Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Prezidentin köməkçisi: "Azərbaycan Rusiya-Ukrayna görüşünə ev sahibliyi etməyə hazırdır"

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidHikmət Hacıyev
Hikmət Hacıyev  - Sputnik Azərbaycan, 1920, 12.03.2022
Abunə olmaq
Hacıyevin sözlərinə görə, Azərbaycan əvvəllər ABŞ-la Rusiya generallarının görüşlərinə, NATO-Rusiya dialoquna ev sahibliyi edib.
BAKI, 12 mart - Sputnik. "Azərbaycan və Türkiyə prezidentləri tərəfindən Ukraynada savaşın dayandırılması, atəşkəsin əldə olunması üçün səylər göstərilir”.
Bunu Antalya Diplomatiya Forumunda iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Prezidentin köməkçisi bildirib ki, Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşünün keçirilməsi böyük addım idi: “Bu, sülhə ən böyük töhfə idi. Biz də öz tərəfimizdən bunu təqdir edirik, beynəlxalq ictimaiyyət də bunu yüksək səviyyədə qiymətləndirir”.
Hikmət Hacıyev Ukrayna-Rusiya görüşünə Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı məsələyə də münasibət bildirib:
"Ukrayna tərəfindən belə təklif olunmuşdu. Belə bir niyyət olarsa, biz hər zaman ev sahibliyi etməyə hazırıq. Azərbaycan əvvəllər ABŞ-la Rusiya generallarının görüşlərinə, NATO-Rusiya dialoquna ev sahibliyi edib. Burada məntiq ondan ibarətdir ki, Azərbaycan nə NATO-nun, nə də KTMT-nin üzvüdür. Azərbaycan həmçinin Qoşulmama Hərəkatına sədrlik edir. Təklif olarsa, Azərbaycan öz dəstəyini verməyə hazırdır. Biz Ukraynada baş verən böhranı görürük. Azərbaycan tərəfindən Ukraynaya humanitar yardımlar davam edir”.
Azərbaycan Prezidentinin köməkçisi Qərbin Rusiya mədəniyyət və incəsənət xadimlərinə qarşı sanksiyalar tətbiq etməsi barədə "Sputnik" İnformasiya Agentliyinə şərh verib.
Hikmət Hacıyev bildirib ki, mədəniyyət və incəsənət siyasətlə bağlı məsələlərdən ayrılmalıdır: "Biz hesab edirik ki, mədəniyyət də, dil də siyasətdən ayrı tutulmalıdır. Bu, mühüm məsələdir. Heç bir halda mədəniyyət və ümumbəşəri məsələlər və normalar siyasətlə əlaqələndirilməməlidir. Bu proses siyasi çalarlar xaricində səciyyələndirilməlidir".
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on yeddi gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0