https://sputnik.az/20220311/rusiyadan-azerbaycana-gelen-turistlerin-sayinda-ciddi-enis-gozlenilir-440029805.html
Rusiyadan Azərbaycana gələn turistlərin sayında ciddi eniş gözlənilir
Rusiyadan Azərbaycana gələn turistlərin sayında ciddi eniş gözlənilir
Sputnik Azərbaycan
Rusiya ilə Azərbaycan arasında reyslərin dayandırılması gəlmə turizmə təsir edəcək. 11.03.2022, Sputnik Azərbaycan
2022-03-11T08:50+0400
2022-03-11T08:50+0400
2022-03-11T08:50+0400
rusiya
rusiya
turizm
"buta airways" aviaşirkəti
"azərbaycan hava yolları" qsc
azal
https://cdnn1.img.sputnik.az/img/42184/77/421847774_0:55:3073:1783_1920x0_80_0_0_fd655cceb6aad3537863253581cc4fed.jpg
BAKI, 11 mart — Sputnik. Bu ilin mart ayının 6-dan etibarən Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə Rusiya aviaşirkətlərinin Azərbaycana reysləri qeyri-müəyyən müddətə dayandırılıb. Yaranmış vəziyyət turizm sektoruna da təsirsiz ötüşməyib. Sputnik Azərbaycan-ın apardığı araşdırma zamanı məlum olub ki, turizm şirkətləri Rusiyadan Azərbaycana və əks istiqamətə bütün tur paketləri ləğv ediblər.Tur paketlər ləğv edilib"Business Travel" turizm şirkətindən Sputnik Azərbaycan-a bildirdilər ki, artıq bütün turlar ləğv edilib: "Gediş-gəliş çox çətinləşib. Aviareyslər dayandırıldığından Rusiya ilə gediş-gəliş üçüncü ölkə üzərindən mümkündür. Bu isə çox baha başa gəlir. Ona görə də bu ölkəyə və əks istiqamətə olan bütün tur paketləri ləğv etmişik"."Business Travel"dən onu da qeyd etdilər ki, hazırda Rusiyadan çıxış ancaq səfirliyin rəsmi icazəsi ilə mümkündür."Amina Tour" şirkətindən də artıq Rusiyaya və Rusiyadan Azərbaycana tur paketlərin satılmadığını bildirdilər. Şirkətdən onu da qeyd etdilər ki, Rusiyadan Azərbaycana uçuş üçün xərc artdığından bu rusiyalı turistlər üçün sərfəli deyil. Tur şirkətindən bildirdilər ki, turistlərin istəyinə uyğun olaraq tur paketlərə ödənilən məbləğ geri qaytarılır, yaxud da səfər vaxtı dəyişdirilir.Hələki ümid varEkspertlər isə Rusiya ilə Azərbaycan arasında hava məkanın bağlanmasının gəlmə turizmə təsirsiz ötüşməyəcəyini bildirirlər. Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Rusiya ölkəmizə ən çox turist gələn ölkələr sırasındadır. Ona görə də, Rusiya ilə Azərbaycan arasında reyslərin dayandırılması gəlmə turizmə təsir edəcək.G. Qəhrəmanovun sözlərinə görə, pandemiya dövründə Azərbaycana bütün ölkələrdən gələn turist sayında azalma qeydə alınıb. Odur ki, ekspert turizm mövsümünün başlaması ərəfəsində verilmiş bu qərarın da turist sayını daha da azaldacağını bildirib. Amma Şura sədri bütün bunların Azərbaycanla Rusiya arasında hava məkanın nə qədər bağlı qalacağından asılı olacağını söyləyib: " Hələki turizm mövsümü başlamayıb. Ümid edirik ki, həmin vaxtadək qadağa aradan götürülər, Rusiya ilə Azərbaycan arasında uçuşlar bərpa edilər. Əksi olsa əlbəttə ki, ölkəyə gələn turist sayı azalacaq",Quru sərhədlər açılarsaATAA təmsilçisi deyir ki, yaranmış vəziyyətin gəlmə turizmə təsirini azaltmaq məqsədilə digər qonşu dövlətlərlə quru sərhədlərin açılması müzakirə oluna bilər: "Hər il Novruz Bayramında İrandan ölkəmizə xeyli sayda turist gəlir. Ona görə İranla quru sərhədin açılması gəlmə turizmə töhvə verə bilər. İranda yaşayan azərbaycanlılar Novruz tətilini Azərbaycanda qeyd etməyə daha çox üstünlük verirlər. Bu qismən də olsa Rusiyadan gələn turistlərin sayında baş verəcək azalmanı konpensasiya edə bilər".Rusiya turist sayında birincidirQeyd edək ki, 2021-ci ilin dekabr ayında Azərbaycana ən çox əcnəbinin gəldiyi ölkə arasında Rusiya siyahıya başçılıq edir. Rusiyadan Azərbaycan ötən ilin dekabr ayında 29324 turist gəlib. 2022-ci ilin yanvar ayında da ölkəmizə ən çox turistin gəldiyi ölkə Rusiya olub. Bu rəqəm bu ilin yanvar ayında 26131 olub.Rəqəmlər nə vəd edir?Dövlət Turizm Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirdilər ki, 2018-ci ildə Rusiyadan Azərbaycana 878391, 2019-cu ildə 932198, 2020-ci ildə 225214, 2021-ci ildə isə 257959 əcnəbi gəlib. Rusiyadan Azərbaycana gələn turistlərin sayında 2018-2019-cu ildə 6,10 faiz artım olub. 2019-cu illə 2020-ci ili müqayisə etsək, Rusiyadan ölkəmizə gələn əcnəbilərin sayı 75,80 faiz azalıb. 2020-ci illə 2021-ci ilin rəqəmlərini müqayisə etdikdə görmək olur ki, bu dövrdə Rusiyadan Azərbaycana gələnlərin sayında yenidən artım baş verib. Həmin dövrdə Rusiyadan ölkəmizə gələn turistlərin sayı 14,50 faiz artıb. 2019-cu illə 2021-ci ili müqayisə etsək isə görərik ki, bu üç il ərzində Rusiyadan Azərbaycana gələn turistlərin sayı ümumilikdə 72,30 faiz azalıb. Azərbaycanla Rusiya arasında aviareyslərin dayandırılmasının bu statistikaya əhəmiyyətli təsir edəcəyi qaçılmazdır.Biletlərin dəyəri geri qaytarılırMəlumat üçün bildirək ki, AZAL Rusiya ilə aviareyslərin dayandırılmasını tətbiq edilən sanksiyalarla bağlı beynəlxalq aviasiya sığortası və təkrarsığorta bazarında son dəyişikliklərlə əlaqəli olduğunu açıqlayıb. Məlumatda bildirilir ki, bu dəyişikliklər Azərbaycanın milli aviadaşıyıcısının fəaliyyətinə də təsir göstərib: "Mövcud şəraitdə AZAL və sığorta şirkətləri yaranmış vəziyyəti ətraflı təhlil etməli, bütün mənfi və müsbət təsirləri qiymətləndirməli, öz siyasətlərində bütün mümkün dəyişiklikləri araşdırmalıdırlar. Uçuşların təhlükəsizliyi AZAL aviaşirkətinin siyasətinin mühüm meyarlarından biridir. Beynəlxalq uçuşlar yerinə yetirilərkən tam sığorta imkanının olmaması ölkələrimizin vətəndaşları, aviaşirkətlər və digər hüquqi şəxslər üçün əsassız risklər yaradır. Yuxarıda qeyd olunanlarla əlaqədar, "Azərbaycan Hava Yolları" və "Buta Airways" aviaşirkətləri 6 mart tarixi saat 08:00-dan etibarən Rusiya Federasiyasının şəhərlərinə bütün reysləri dayandırır. Bütün sərnişinlərdən aviaşirkətlərin sosial şəbəkələrdəki rəsmi səhifələrində və kütləvi informasiya vasitələrində aviaşirkətin reysləri haqqında son məlumatları izləməyi xahiş edirik. Ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişmək və ya cərimə tətbiq edilmədən biletlərin dəyərini geri almaq hüququna malikdirlər".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42184/77/421847774_0:0:2731:2048_1920x0_80_0_0_e00865bf73f431bb3acdef78d189738a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
rusiya, turizm, "buta airways" aviaşirkəti, "azərbaycan hava yolları" qsc, azal
rusiya, turizm, "buta airways" aviaşirkəti, "azərbaycan hava yolları" qsc, azal
Rusiyadan Azərbaycana gələn turistlərin sayında ciddi eniş gözlənilir
Rusiya ilə Azərbaycan arasında reyslərin dayandırılması gəlmə turizmə təsir edəcək.
BAKI, 11 mart — Sputnik. Bu ilin mart ayının 6-dan etibarən Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə Rusiya aviaşirkətlərinin Azərbaycana reysləri qeyri-müəyyən müddətə dayandırılıb.
Yaranmış vəziyyət turizm sektoruna da təsirsiz ötüşməyib. Sputnik Azərbaycan-ın apardığı araşdırma zamanı məlum olub ki, turizm şirkətləri Rusiyadan Azərbaycana və əks istiqamətə bütün tur paketləri ləğv ediblər.
"Business Travel" turizm şirkətindən Sputnik Azərbaycan-a bildirdilər ki, artıq bütün turlar ləğv edilib: "Gediş-gəliş çox çətinləşib. Aviareyslər dayandırıldığından Rusiya ilə gediş-gəliş üçüncü ölkə üzərindən mümkündür. Bu isə çox baha başa gəlir. Ona görə də bu ölkəyə və əks istiqamətə olan bütün tur paketləri ləğv etmişik".
"Business Travel"dən onu da qeyd etdilər ki, hazırda Rusiyadan çıxış ancaq səfirliyin rəsmi icazəsi ilə mümkündür.
"Amina Tour" şirkətindən də artıq Rusiyaya və Rusiyadan Azərbaycana tur paketlərin satılmadığını bildirdilər. Şirkətdən onu da qeyd etdilər ki, Rusiyadan Azərbaycana uçuş üçün xərc artdığından bu rusiyalı turistlər üçün sərfəli deyil. Tur şirkətindən bildirdilər ki, turistlərin istəyinə uyğun olaraq tur paketlərə ödənilən məbləğ geri qaytarılır, yaxud da səfər vaxtı dəyişdirilir.
Ekspertlər isə Rusiya ilə Azərbaycan arasında hava məkanın bağlanmasının gəlmə turizmə təsirsiz ötüşməyəcəyini bildirirlər. Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Rusiya ölkəmizə ən çox turist gələn ölkələr sırasındadır. Ona görə də, Rusiya ilə Azərbaycan arasında reyslərin dayandırılması gəlmə turizmə təsir edəcək.
G. Qəhrəmanovun sözlərinə görə, pandemiya dövründə Azərbaycana bütün ölkələrdən gələn turist sayında azalma qeydə alınıb. Odur ki, ekspert turizm mövsümünün başlaması ərəfəsində verilmiş bu qərarın da turist sayını daha da azaldacağını bildirib.
Amma Şura sədri bütün bunların Azərbaycanla Rusiya arasında hava məkanın nə qədər bağlı qalacağından asılı olacağını söyləyib: " Hələki turizm mövsümü başlamayıb. Ümid edirik ki, həmin vaxtadək qadağa aradan götürülər, Rusiya ilə Azərbaycan arasında uçuşlar bərpa edilər. Əksi olsa əlbəttə ki, ölkəyə gələn turist sayı azalacaq",
ATAA təmsilçisi deyir ki, yaranmış vəziyyətin gəlmə turizmə təsirini azaltmaq məqsədilə digər qonşu dövlətlərlə quru sərhədlərin açılması müzakirə oluna bilər: "Hər il Novruz Bayramında İrandan ölkəmizə xeyli sayda turist gəlir.
Ona görə İranla quru sərhədin açılması gəlmə turizmə töhvə verə bilər. İranda yaşayan azərbaycanlılar Novruz tətilini Azərbaycanda qeyd etməyə daha çox üstünlük verirlər. Bu qismən də olsa Rusiyadan gələn turistlərin sayında baş verəcək azalmanı konpensasiya edə bilər".
Rusiya turist sayında birincidir
Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Azərbaycana ən çox əcnəbinin gəldiyi ölkə arasında Rusiya siyahıya başçılıq edir. Rusiyadan Azərbaycan ötən ilin dekabr ayında 29324 turist gəlib. 2022-ci ilin yanvar ayında da ölkəmizə ən çox turistin gəldiyi ölkə Rusiya olub. Bu rəqəm bu ilin yanvar ayında 26131 olub.
Dövlət Turizm Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirdilər ki, 2018-ci ildə Rusiyadan Azərbaycana 878391, 2019-cu ildə 932198, 2020-ci ildə 225214, 2021-ci ildə isə 257959 əcnəbi gəlib. Rusiyadan Azərbaycana gələn turistlərin sayında 2018-2019-cu ildə 6,10 faiz artım olub. 2019-cu illə 2020-ci ili müqayisə etsək, Rusiyadan ölkəmizə gələn əcnəbilərin sayı 75,80 faiz azalıb.
2020-ci illə 2021-ci ilin rəqəmlərini müqayisə etdikdə görmək olur ki, bu dövrdə Rusiyadan Azərbaycana gələnlərin sayında yenidən artım baş verib. Həmin dövrdə Rusiyadan ölkəmizə gələn turistlərin sayı 14,50 faiz artıb. 2019-cu illə 2021-ci ili müqayisə etsək isə görərik ki, bu üç il ərzində Rusiyadan Azərbaycana gələn turistlərin sayı ümumilikdə 72,30 faiz azalıb. Azərbaycanla Rusiya arasında aviareyslərin dayandırılmasının bu statistikaya əhəmiyyətli təsir edəcəyi qaçılmazdır.
Biletlərin dəyəri geri qaytarılır
Məlumat üçün bildirək ki, AZAL Rusiya ilə aviareyslərin dayandırılmasını tətbiq edilən sanksiyalarla bağlı beynəlxalq aviasiya sığortası və təkrarsığorta bazarında son dəyişikliklərlə əlaqəli olduğunu açıqlayıb. Məlumatda bildirilir ki, bu dəyişikliklər Azərbaycanın milli aviadaşıyıcısının fəaliyyətinə də təsir göstərib:
"Mövcud şəraitdə AZAL və sığorta şirkətləri yaranmış vəziyyəti ətraflı təhlil etməli, bütün mənfi və müsbət təsirləri qiymətləndirməli, öz siyasətlərində bütün mümkün dəyişiklikləri araşdırmalıdırlar. Uçuşların təhlükəsizliyi AZAL aviaşirkətinin siyasətinin mühüm meyarlarından biridir.
Beynəlxalq uçuşlar yerinə yetirilərkən tam sığorta imkanının olmaması ölkələrimizin vətəndaşları, aviaşirkətlər və digər hüquqi şəxslər üçün əsassız risklər yaradır. Yuxarıda qeyd olunanlarla əlaqədar, "Azərbaycan Hava Yolları" və "Buta Airways" aviaşirkətləri 6 mart tarixi saat 08:00-dan etibarən Rusiya Federasiyasının şəhərlərinə bütün reysləri dayandırır.
Bütün sərnişinlərdən aviaşirkətlərin sosial şəbəkələrdəki rəsmi səhifələrində və kütləvi informasiya vasitələrində aviaşirkətin reysləri haqqında son məlumatları izləməyi xahiş edirik. Ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişmək və ya cərimə tətbiq edilmədən biletlərin dəyərini geri almaq hüququna malikdirlər".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.