https://sputnik.az/20220311/rusiya-merkezi-bankina-sirketlerin-melumatlarina-giris-selahiyyeti-verilir-440060280.html
Rusiya Mərkəzi Bankına şirkətlərin məlumatlarına giriş səlahiyyəti verilir
Rusiya Mərkəzi Bankına şirkətlərin məlumatlarına giriş səlahiyyəti verilir
Sputnik Azərbaycan
Qanun layihəsində Rusiya sığortaçılarının xarici sığorta şirkətləri və ya brokerlərlə müqavilə bağlaya bilməyəcəyi qeyd olunur. 11.03.2022, Sputnik Azərbaycan
2022-03-11T17:51+0400
2022-03-11T17:51+0400
2022-03-11T17:51+0400
rusiya
rusiya
dövlət duması
rusiya federasiyası dövlət duması
rusiya dövlət duması
mərkəzi bank
https://cdnn1.img.sputnik.az/img/41954/51/419545146_0:161:3071:1888_1920x0_80_0_0_d301e218d6b2e0d01e5b5ee961d0fcab.jpg
BAKI, 11 mart — Sputnik. Rusiya Dövlət Duması ilin sonuna kimi maliyyə bazarının və korporativ münasibətlərin xüsusi tənzimlənməsini müəyyən edən qanun layihəsini birinci oxunuşda qəbul edib.Sputnik Azərbaycan-ın "RİA Novosti"yə istinadən xəbərinə görə, Rusiya hökuməti tərəfindən təqdim edilən sənəd ölkənin milli maraqlarını xarici dövlətlərin və beynəlxalq təşkilatların qeyri-dost hərəkətlərindən qorumaq üçün nəzərdə tutulub.Qeyd olunub ki, xarici səhmdarlar tərəfindən Rusiya şirkətlərinin fəaliyyətinin sabitliyinin pozulmasının qarşısını almaq üçün qanun layihəsi onların səhmdar cəmiyyətinin kapitalında iştirak həddini artırır ki, bu da şirkətin əməliyyatlarına, hərəkətlərinə məhkəmə yolu ilə etiraz etmək hüququ verir.Onu da qeyd edək ki, sənədə əsasən, Rusiya Mərkəzi Bankı maliyyə institutlarının açıqlaya bilməyəcəyi məlumatların siyahısını müəyyən etmək hüququna sahib olacaq.Qanun layihəsində Rusiya sığortaçılarının xarici sığorta şirkətləri və ya brokerlərlə müqavilə bağlaya bilməyəcəyi qeyd olunur. Hüquqi şəxslərə artıq bağlanmış müqavilələr üzrə ödənişlər etmək də qadağandır. Bu cür əməliyyatları həyata keçirmək üçün Rusiya Mərkəzi Bankı müstəsna hallarda xüsusi icazə verəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41954/51/419545146_170:0:2901:2048_1920x0_80_0_0_4fe15910fe21220bbecb5a5cfd9bdf6c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, dövlət duması, rusiya federasiyası dövlət duması, rusiya dövlət duması, mərkəzi bank
rusiya, dövlət duması, rusiya federasiyası dövlət duması, rusiya dövlət duması, mərkəzi bank
Rusiya Mərkəzi Bankına şirkətlərin məlumatlarına giriş səlahiyyəti verilir
Qanun layihəsində Rusiya sığortaçılarının xarici sığorta şirkətləri və ya brokerlərlə müqavilə bağlaya bilməyəcəyi qeyd olunur.
BAKI, 11 mart — Sputnik. Rusiya Dövlət Duması ilin sonuna kimi maliyyə bazarının və korporativ münasibətlərin xüsusi tənzimlənməsini müəyyən edən qanun layihəsini birinci oxunuşda qəbul edib.
Sputnik Azərbaycan-ın "RİA Novosti"yə istinadən xəbərinə görə, Rusiya hökuməti tərəfindən təqdim edilən sənəd ölkənin milli maraqlarını xarici dövlətlərin və beynəlxalq təşkilatların qeyri-dost hərəkətlərindən qorumaq üçün nəzərdə tutulub.
Qeyd olunub ki, xarici səhmdarlar tərəfindən Rusiya şirkətlərinin fəaliyyətinin sabitliyinin pozulmasının qarşısını almaq üçün qanun layihəsi onların səhmdar cəmiyyətinin kapitalında iştirak həddini artırır ki, bu da şirkətin əməliyyatlarına, hərəkətlərinə məhkəmə yolu ilə etiraz etmək hüququ verir.
Onu da qeyd edək ki, sənədə əsasən, Rusiya Mərkəzi Bankı maliyyə institutlarının açıqlaya bilməyəcəyi məlumatların siyahısını müəyyən etmək hüququna sahib olacaq.
Qanun layihəsində Rusiya sığortaçılarının xarici sığorta şirkətləri və ya brokerlərlə müqavilə bağlaya bilməyəcəyi qeyd olunur. Hüquqi şəxslərə artıq bağlanmış müqavilələr üzrə ödənişlər etmək də qadağandır. Bu cür əməliyyatları həyata keçirmək üçün Rusiya Mərkəzi Bankı müstəsna hallarda xüsusi icazə verəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.