Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Putin Təhlükəsizlik Şurasının iclasının keçirir

© Sputnik / POOL / Mediabanka keçidVladimir Putin, arxiv şəkli
Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.03.2022
Abunə olmaq
Putin Qərb sərhədlərinin möhkəmləndirilməsi məsələsinin xüsusi diqqət tələb etdiyini bildirib.
BAKI, 11 mart — Sputnik. Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə iclas keçirir.
Sputnik Azərbaycan bu barədə "RİA Novosti"yə istinadla xəbər verir ki, Putin Qərb sərhədlərinin möhkəmləndirilməsi məsələsinin xüsusi diqqət tələb etdiyini bildirib: "Bununla bağlı təkliflər hazırlanmalı, hesabat verilməlidir.
Yaxın Şərqdən olan və Ukraynada Rusiyaya kömək etməyə hazır olan könüllülərin döyüş bölgəsinə çatmasına kömək etmək lazımdır. Ukraynanın qərbdən olan himayədarları beynəlxalq hüquq normalarına məhəl qoymayaraq, ölkədə dünyanın hər yerindən muzdluların topladıqlarını gizlətmirlər".
"Dünyanın hər yerindən muzdluların toplanıb Ukraynaya göndərilməsinə gəlincə, biz görürük ki, onlar gizlətmirlər, Ukrayna rejimi bunu gizlətmir, bütün normalara məhəl qoymadan bunu açıq şəkildə edirlər", - deyə Putin bildirib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on altı gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0