https://sputnik.az/20220311/pegasus-rusiyaya-ucuslari-dayandirir-440046568.html
"Pegasus" Rusiyaya uçuşları dayandırır
"Pegasus" Rusiyaya uçuşları dayandırır
Sputnik Azərbaycan
Əməliyyat riskləri ilə əlaqədar olaraq, 13 martdan 27 mart 2022-ci il tarixinədək Rusiyaya və bu ölkədən olan bütün uçuşlar müvəqqəti dayandırılıb. 11.03.2022, Sputnik Azərbaycan
2022-03-11T10:51+0400
2022-03-11T10:51+0400
2022-03-11T11:11+0400
rusiya
pegasus
"pegasus airlines"
donbas
avropa ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0d/438116686_0:261:2536:1687_1920x0_80_0_0_85257887e86e6e370e5b979bdff759dc.jpg
BAKI, 11 mart — Sputnik. Türkiyənin "Pegasus" şirkəti Rusiyaya uçuşları dayandırır.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat paylaşılıb.Məlumatda bildirilib ki, Avropa İttifaqının Əsasnaməsinə uyğun olaraq, Rusiya Federasiyasına və bu ölkədən gedən uçuşlarda sığorta, lizinq, əməliyyat və texniki xidmətlərlə bağlı sanksiyalar və məhdudiyyətlər tətbiq edilir.Əməliyyat riskləri ilə əlaqədar olaraq, 13 martdan 27 mart 2022-ci il tarixinədək Rusiyaya və bu ölkədən olan bütün uçuşlar müvəqqəti dayandırılıb."Bu tarixlərdə Moskva, Sankt-Peterburq, Mineralnıye Vodı, Qroznı, Mahaçqala və Krasnodara reyslərdə olan qonaqlarımız biletin pulsuz dəyişdirilməsi və pulun tam geri qaytarılması hüququna malikdirlər", - deyə şirkətdən bildiriblər.Sərnişinlər biletləri dəyişdirmək və geri qaytarmaq hüququna malikdirlər.Ukraynada nə baş verirFevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.Artıq on altı gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0d/438116686_17:169:2317:1894_1920x0_80_0_0_cc253abea260912d663f2bf3a335161a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
pegasus, "pegasus airlines", donbas, avropa ittifaqı
pegasus, "pegasus airlines", donbas, avropa ittifaqı
"Pegasus" Rusiyaya uçuşları dayandırır
10:51 11.03.2022 (Yenilənib: 11:11 11.03.2022) Əməliyyat riskləri ilə əlaqədar olaraq, 13 martdan 27 mart 2022-ci il tarixinədək Rusiyaya və bu ölkədən olan bütün uçuşlar müvəqqəti dayandırılıb.
BAKI, 11 mart — Sputnik. Türkiyənin "Pegasus" şirkəti Rusiyaya uçuşları dayandırır.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat paylaşılıb.
Məlumatda bildirilib ki, Avropa İttifaqının Əsasnaməsinə uyğun olaraq, Rusiya Federasiyasına və bu ölkədən gedən uçuşlarda sığorta, lizinq, əməliyyat və texniki xidmətlərlə bağlı sanksiyalar və məhdudiyyətlər tətbiq edilir.
Əməliyyat riskləri ilə əlaqədar olaraq, 13 martdan 27 mart 2022-ci il tarixinədək Rusiyaya və bu ölkədən olan bütün uçuşlar müvəqqəti dayandırılıb.
"Bu tarixlərdə Moskva, Sankt-Peterburq, Mineralnıye Vodı, Qroznı, Mahaçqala və Krasnodara reyslərdə olan qonaqlarımız biletin pulsuz dəyişdirilməsi və pulun tam geri qaytarılması hüququna malikdirlər", - deyə şirkətdən bildiriblər.
Sərnişinlər biletləri dəyişdirmək və geri qaytarmaq hüququna malikdirlər.
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on altı gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.