Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lukaşenko Moskvaya təcili səfər edib

© Sputnik / Михаил Климентьев / Mediabanka keçidBelarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli
Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.03.2022
Abunə olmaq
Belarus Prezidenti Lukaşenko Rusiya lideri Vladimir Putinlə son vəziyyəti müzakirə etmək üçün Moskvaya gedib.
BAKI, 11 mart — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya işgüzar səfərə gedib. Bu barədə Sputnik Belarus xəbər verir.
"Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Federasiyasına işgüzar səfərə gedib", - deyə məlumatda qeyd olunur.
Belarus dövlət başçısının mətbuat xidmətinin əvvəlcədən xəbər verdiyi kimi, Moskvada martın 11-də Lukaşenko ilə Putin arasında danışıqlar baş tutacaq.
Hər iki ölkə lideri ikitərəfli münasibətlərin aktual məsələlərini, ittifaq əməkdaşlığının inkişafı, sanksiya təzyiqi altında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər. Həmçinin regiondakı və Ukraynadakı vəziyyət gündəmdədir.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on altı gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0