Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Kreml Ukraynadakı son vəziyyəti dəyərləndirdi

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidKremlə mənzərə, arxiv şəkli
Kremlə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.03.2022
Abunə olmaq
Peskov deyib ki, Facebook və Instagramda ruslara qarşı zorakılığa çağırışlara imkan verilib-verilmədiyi yoxlanılacaq. Faktlar olarsa, onların fəaliyyəti qətiyyətlə dayandırılmalıdır.
BAKI, 11 mart - Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynadakı vəziyyətlə bağlı açıqlama verib.
O️nun sözlərinə görə, Kreml ümid edir ki, qərb ölkələri ruslara qarşı nifrət və rusofobiya abu-havasını dəstəkləməyəcək.
"️Facebook və Instagramda ruslara qarşı zorakılığa çağırışlara imkan verilib-verilmədiyi yoxlanılacaq. Faktlar olarsa, onların fəaliyyəti qətiyyətlə dayandırılmalıdır", - deyə Peskov sosial şəbəkələrdə Rusiyaya qarşı çağırışlar ediləcəyi təqdirdə hansı addımların atılacağı barədə sualı cavablandırarkən deyib.
P️eskovun sözlərinə görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu könüllülərdən danışarkən, Yaxın Şərqdən olanları nəzərdə tutub:
"Orada həmvətənlərdən söhbət getməyib. Nazir ora maddi təmənna güdmədən yollanmağa hazır olanlardan danışırdı".
Peskov qeyd edib ki, əsl rus rus olduğuna görə utanmaz, utanırsa, deməli, o rus deyil və Rusiyanın yolunu davam edə bilməz.
Kremlin sözçüsü qeyd edib ki, Ukrayna üzrə beynəlxalq danışıqlara ehtiyac və tələbat var:
"️Rusiya tələblərini Kiyevə təqdim edib. Ukrayna tərəfi onları Vaşinqton və Brüssellə müzakirə edir".
Peskov Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüşün keçirilməsini istisna etməyib.
"Bəli, bu mümkündür. Lakin görüş nəticə üçün olmalıdır. Bundan ötrü isə həm nümayəndə heyətləri, həm də nazirlər öhdəliklərini yerinə yetirməlidirlər. Rusiyanın mövqeləri məlumdur. Bu görüşün keçirilməsi həqiqətən də konseptual olaraq mümkündür. ", - deyə o qeyd edib
Peskov onu da əlavə edib ki, ️Rusiyanın qərb sərhədlərini möhkəmləndirməsinin qapadılma ilə əlaqəsi yoxdur.
Xatırladaq ki, bu gün Rusiya Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda Müdafiə naziri Sergey Şoyqu prezident Putinə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının RF-nın qərb sərhədlərinin möhkəmləndirilməsi üzrə hazırladığı planlar barədə məruzə edib.
Onun sözlərinə görə, Baş Qərargah Rusiya Federasiyasının qərb sərhədləri yaxınlığında Qərbin öz qüvvələrini gücləndirmək üçün tədbirlərini nəzərdən keçirib. Baxmayaraq ki, onlar üçün hər hansı bir təhdid mövcud deyil, hər gün daha çox yeni bölmələr gəlir.
İclasda Rusiya prezidenti deyib ki, Donbasa hərbi yardım göstərmək üçün təmannasız könüllülər cəlb etmək olar.
Şoyqu isə öz növbəsində qeyd edib ki, Yaxın Şərq ölkələrinin sakinləri Rusiyanın xüsusi əməliyyatında könüllü iştirak etmək üçün artıq 16 mindən çox müraciət edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0