Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

“Facebook” və “Instagram” rusları təhrik etməyə icazə verdi

© REUTERS / DADO RUVICFacebook
Facebook - Sputnik Azərbaycan, 1920, 11.03.2022
Abunə olmaq
Rusiyanın Vaşinqtondakı səfirliyi cavab olaraq ABŞ hakimiyyətindən “Meta”nın ekstremist fəaliyyətini dayandırmağı tələb edib.
BAKI, 11 mart — Sputnik. “Meta Platforms” (keçmiş “Facebook”) Ukraynadakı vəziyyət kontekstində bəzi ölkələrdəki “Facebook” və “Instagram” istifadəçilərinə ruslara və rus hərbçilərinə qarşı zorakılığa, həmçinin Rusiya Prezidenti Vladimir Putinin və Belarus lideri Aleksandr Lukaşenkonun ölümünə çağırış etmək imkanı verəcək. Bu barədə “Reuters” agentliyi daxili korporativ sənədlərə istinadən xəbər verir.
Beləliklə, söhbət sosial şəbəkələrdə nifrət nitqinin qadağan edilməsi siyasətinin dəyişdirilməsindən gedir.
Agentliyin məlumatına görə, zorakılığa çağırış üçün müvəqqəti icazə Rusiya, Ukrayna və Polşa, eləcə də Latviya, Litva, Estoniya, Macarıstan, Rumıniya və Slovakiya kimi ölkələrə şamil edilir. Məzmun moderatorlarına müvafiq elektron məktublar göndərilib.
"Digər insanların hədəf kimi daxil edilmədiyi, yer (subyektin) və ya üsulun (qətl) göstərilmədiyi müddətcə liderlərin ölümünə dair çağırışlara icazə veriləcək", - Agentlik məktublardan birinə istinadən yazır.
Sirkulyarlarda həmçinin qeyd edilir ki, əgər məlumatda Ukraynadakı münaqişə barədə açıq şəkildə qeyd olunursa, ruslara qarşı zorakılıq çağırışlarına icazə verilməlidir. Eyni zamanda, rus əsgərlərinə qarşı zorakılıq çağırışları hərbi əsirlərə şamil edilmir.
İlk reaksiya
“The Washington Post” qəzeti “Meta”nın qalmaqallı qərarına dərhal cavab verdi.
Artıq materialın başlığında deyilir ki, korporasiya bununla etnik və ya dini zəmində nifrət nitqi ilə mübarizə üçün öz qaydalarını pozur.
Nəşr qeyd edir ki, “Facebook” məzmunun moderasiyası qaydalarını ilk dəfə deyil ki, dəyişir, o, müstəqil nəzarət şurası tərəfindən artıq tənqid edilib.
Nəşr xatırladır ki, belə bir "istisna" keçən il “Facebook”un iranlı fəallara ölkənin ali lideri Əli Xameneinin ölümünə çağırış etməyə icazə verdiyi zaman baş vermişdi. İki həftəlik hökumət əleyhinə etirazlar zamanı istifadəçilərə “Xameneiyə ölüm” sözlərini yerləşdirməyə və ya bu ifadəni səsləndirən insanların videolarını nümayiş etdirməyə icazə verilib.
Anti-Rusiya düzəlişlərinə gəlincə, nəşr onların peyda olmasını "son dərəcə qeyri-adi", eyni zamanda ardıcıl olaraq xarakterizə edir: Ötən həftə “Facebook” istifadəçilərinə Rusiyanın Ukraynadakı xüsusi əməliyyatına qarşı durmağa çalışan qüvvələrin tərkibində neonasist batalyonunu tərifləməyə icazə verildi.
Xəbər lenti
0