Ukraynada gedən hərbi əməliyyatlarda son durum: RF MN açıqladı
22:44 10.03.2022 (Yenilənib: 00:03 11.03.2022)
© Sputnik / Евгений Биятов
/ Abunə olmaq
Rusiya Silahlı qüvvələri Ukrayna hərbi infrastruktururuna daxil olan 3000-ə yaxın obyekti məhv ediblər.
BAKI, 10 mart - Sputnik. Rusiyanın Müdafiə Nazirliyi Ukraynadakı son vəziyyət barədə məlumatını açıqlayıb.
Qeyd edilir ki, Rusiya təyyarələri Mariupol ətrafında yerüstü obyektlərə zərbələr endirməyib, xəstəxananın vurulması xəbəri təxribatdır.
Mariupol şəhər xəstəxanası “Azov” batalyonunun dayaq məntəqəsinə çevrilib.
Rusiya Silahlı qüvvələri Ukrayna hərbi infrastruktururuna daxil olan 3000-ə yaxın obyekti məhv ediblər.
"Gün ərzində RF SQ bir MiQ-29, üç “Bayraktar TB-2” pilotsuz uçuş aparatını və bir taktiki raketi havada məhv ediblər.", - MN-in məlumatında deyilir.
Əməliyyat başlayandan Ukrayna tərəfi 98 təyyarə, 110 PUA, 1007 tank, 109 yaylım atəşi sistemi, 144 havadan müdafiə raket kompleksi itirib.

Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on beş gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.