Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya Ukraynadakı biolaboratoriyalarla bağlı beynəlxalq tribunal təşkil edə bilər

© Sputnik / Максим Блинов / Mediabanka keçidNikolay Noviçkov
Nikolay Noviçkov - Sputnik Azərbaycan, 1920, 10.03.2022
Abunə olmaq
O bildirib ki, bu, çox qorxulu, təhlükəlidir və indi dəlil əldə etmək, belə tədqiqatların aparıldığına dair inandırıcı sübutlar tapmaq çox vacibdir.
BAKI, 10 mart — Sputnik. Rusiya Ukraynada tapılmış biolaboratoriyalara görə beynəlxalq tribunalda istintaqa başlaya bilər. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla bildirir ki, bunu Rusiya Dövlət Dumasının deputatı, Rusiya və Belarus İttifaqı Parlament Assambleyasının ekologiya, təbiətdən istifadə və qəzaların nəticələrinin aradan qaldırılması məsələləri üzrə komissiyasının üzvü Nikolay Noviçkov deyib.
O bildirib ki, bu, çox qorxulu, təhlükəlidir və indi dəlil əldə etmək, belə tədqiqatların aparıldığına dair inandırıcı sübutlar tapmaq çox vacibdir:
"Məqsədləri, onların bunu niyə həyata keçirildiyini müəyyən etmək lazımdır və mən hesab edirəm ki, biz bundan çox da uzaqda deyilik".
Onun sözlərinə görə, İkinci Dünya Müharibəsi illərində bakterioloji silahlardan əziyyət çəkən Çin Xalq Respublikasından olan həmkarları məmnuniyyətlə belə bir tribunal təşkil edəcək və günahkarlar cəzalandırılacaq.
İndi ən vacibi Ukrayna vətəndaşlarının, hərbçilərimizin təhlükəsizliyini təmin etməkdir, ikinci mərhələ isə sübutların tapılması, üçüncüsü isə günahkarların tapılıb cəzalandırılmasıdır".
ABŞ üçün işləyən Ukrayna biolaboratoriyaları
Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələri hərbi bioloji proqramın izlərinin dərhal təmizlənməsi faktlarını aşkarlayıb. Xüsusi təhlükəli patogenlərin məhv edilməsi haqqında məlumatlar var: "taun, qarayara, tulyaremiya, vəba və digər ölümcül xəstəliklərin törədiciləri".
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Ukrayna ərazisində biolaboratoriyalarda aparılan işlərin sifarişçisi ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhdidlərinin Azaldılması İdarəsidir (DTRA). Layihədə Pentaqona bağlı "Black and Veatch" şirkəti iştirak edib.
"Ukrayna ərazisində 30-dan çox bioloji laboratoriyadan ibarət şəbəkə formalaşıb. Bunları tədqiqat və sanitar-epidemioloji laboratoriyalara bölmək olar", - Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəhbəri İqor Kirillov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Elmi işçi  - Sputnik Azərbaycan, 1920, 10.03.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Ukraynadakı biolaboratoriyalarla bağlı sənədləri dərc edəcək
Xəbər lenti
0