Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

ABŞ-ın Ukraynadakı biolaboratoriyaları yarasa koronavirusu ilə təcrübələr aparıb

© AFP 2024 / ROSLAN RAHMANYarasa, arxiv şəkli
Yarasa, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.03.2022
Abunə olmaq
Konaşenkovun sözlərinə görə, sənədlərə əsasən, Amerika tərəfi quşlarda, yarasalarda və sürünənlərdə patogenləri və bu heyvanların Afrika donuz taunu və qarayara daşıyıcısı olma ehtimalını öyrənməyi planlaşdırıb.
BAKI, 10 mart — Sputnik. Ukraynada ABŞ-ın maliyyələşdirdiyi biolaboratoriyalar yarasa koronavirusu ilə təcrübə keçirib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov jurnalistlərə bildirib.
“Ukraynada yaradılan və maliyyələşdirilən biolaboratoriyalarda, sənədlərdə göstərildiyi kimi, yarasa koronavirusunun nümunələri ilə təcrübələr aparılıb”, - deyə o bildirib.
Onun sözlərinə görə, Ukrayna, Rusiya və digər qonşu ölkələr arasında miqrasiya edən çöl quşları tərəfindən patogenlərin ötürülməsinin öyrənilməsi üzrə ABŞ-ın layihəsinin həyata keçirilməsinə dair ətraflı məlumat xüsusi maraq doğurur.
Konaşenkovun sözlərinə görə, sənədlərə əsasən, Amerika tərəfi quşlarda, yarasalarda və sürünənlərdə patogenləri və bu heyvanların Afrika donuz taunu və qarayara daşıyıcısı olma ehtimalını öyrənməyi planlaşdırıb.
"Ukraynada Pentaqonun maliyyələşdirdiyi bu və digər bioloji tədqiqatların məqsədi ölümcül patogenlərin gizli şəkildə yayılması mexanizmini yaratmaq olub", - deyə general əlavə edib.
Bundan əvvəl Dövlət Departamentindən bildirilmişdi ki, ABŞ-ın Ukraynada laboratoriyaları yoxdur, lakin daha əvvəl Departament rəhbərinin müavini Viktoriya Nuland Senatda çıxış edərkən orada bioloji tədqiqat obyektlərinin olduğunu qeyd etmişdi. Onun sözlərinə görə, Kiyev və Vaşinqton onların Rusiya qüvvələrinin əlinə keçməsinin qarşısını almağa çalışır.
Fevralın 24-də Rusiya Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün hərbi əməliyyata başlayıb. Silahlı qüvvələr bəyan edirlər ki, onlar yalnız hərbi infrastrukturu və Ukrayna qoşunlarını hədəfə alırlar. Hər iki tərəfdən ölənlər var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Elmi işçi  - Sputnik Azərbaycan, 1920, 10.03.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Ukraynadakı biolaboratoriyalarla bağlı sənədləri dərc edəcək
Xəbər lenti
0