https://sputnik.az/20220309/slutski-rusiya-ukrayna-ile-danisiqlarda-hec-bir-bendden-geri-cekilmeyecek-440001466.html
Slutski: Rusiya Ukrayna ilə danışıqlarda heç bir bənddən geri çəkilməyəcək
Slutski: Rusiya Ukrayna ilə danışıqlarda heç bir bənddən geri çəkilməyəcək
Sputnik Azərbaycan
Artıq Belarus ərazisində Rusiya-Ukrayna danışıqlarının üç raundu keçirilib. Onlar Ukraynadakı vəziyyətin həllinin siyasi, humanitar və hərbi aspektlərini... 09.03.2022, Sputnik Azərbaycan
2022-03-09T23:07+0400
2022-03-09T23:07+0400
2022-03-10T10:31+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
vladimir putin
rusiya prezidenti vladimir putin
ukrayna
slutski
leonid slutski
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1c/439687702_0:0:3449:1941_1920x0_80_0_0_89de3be60c4d7f66ed065708ada1940e.jpg
BAKI, 9 mart - Sputnik. Rusiya tərəfi danışıqlarda Ukrayna tərəfinə heç bir bənd üzrə güzəştə getməyəcək.Bu sözləri Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin rəhbəri, Ukrayna ilə danışıqlar üzrə Rusiya nümayəndə heyətinin üzvü Leonid Slutski deyib.Artıq Belarus ərazisində Rusiya-Ukrayna danışıqlarının üç raundu keçirilib. Onlar Ukraynadakı vəziyyətin həllinin siyasi, humanitar və hərbi aspektlərini müzakirə edirlər. Tərəflər danışıqların davam etdiriləcəyini bəyan ediblər."Rusiya nümayəndə heyəti danışıqlarda heç bir bənddən geri çəkilməyəcək”, - deyə Slutski “Solovyov Live” YouTube kanalının efirində danışıqları şərh edərkən bildirib.O, danışıqların nə qədər çətin getdiyini nəzərə alaraq daha az danışmağa üstünlük verdiyini deyib.Ukraynada nə baş verirFevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.Artıq on üç gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1c/439687702_0:0:2729:2047_1920x0_80_0_0_9ede1084c344936010843b16937e8b40.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vladimir putin, rusiya prezidenti vladimir putin, ukrayna, slutski, leonid slutski
vladimir putin, rusiya prezidenti vladimir putin, ukrayna, slutski, leonid slutski
Slutski: Rusiya Ukrayna ilə danışıqlarda heç bir bənddən geri çəkilməyəcək
23:07 09.03.2022 (Yenilənib: 10:31 10.03.2022) Artıq Belarus ərazisində Rusiya-Ukrayna danışıqlarının üç raundu keçirilib. Onlar Ukraynadakı vəziyyətin həllinin siyasi, humanitar və hərbi aspektlərini müzakirə edirlər.
BAKI, 9 mart - Sputnik. Rusiya tərəfi danışıqlarda Ukrayna tərəfinə heç bir bənd üzrə güzəştə getməyəcək.
Bu sözləri Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin rəhbəri, Ukrayna ilə danışıqlar üzrə Rusiya nümayəndə heyətinin üzvü Leonid Slutski deyib.
Artıq Belarus ərazisində Rusiya-Ukrayna danışıqlarının üç raundu keçirilib. Onlar Ukraynadakı vəziyyətin həllinin siyasi, humanitar və hərbi aspektlərini müzakirə edirlər. Tərəflər danışıqların davam etdiriləcəyini bəyan ediblər.
"Rusiya nümayəndə heyəti danışıqlarda heç bir bənddən geri çəkilməyəcək”, - deyə Slutski “Solovyov Live” YouTube kanalının efirində danışıqları şərh edərkən bildirib.
O, danışıqların nə qədər çətin getdiyini nəzərə alaraq daha az danışmağa üstünlük verdiyini deyib.
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on üç gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.