Rusiya Müdafiə Nazirliyi Ukrayna və Çernobıl AES ətrafındakı son durum barədə
22:10 09.03.2022 (Yenilənib: 22:27 09.03.2022)
© Sputnik / Евгений Биятов
/ Abunə olmaq
Rusiya MN-in məlumatında qeyd olunur ki, humanitar dəhlizlərlə Rusiyaya getmək istəyənlərin olmaması ilə bağlı Kiyevin irəli sürdüyü iddialar yalan və açıq təxribat xarakteri daşıyır.
BAKI, 9 mart - Sputnik. Rusiya Federasiyasının Müdafiə Nazirliyi Çernobıl Atom Elektrik Stansiyasının ətrafındakı vəziyyətlə bağlı açıqlama yayıb.
Orada qeyd olunur ki, Ukrayna millətçiləri son dərəcə təhlükəli təxribat törədiblər. Onlar Çernobıl AES-in elektrik enerjisi ilə təmin edən obyektlərə zərbələr endiriblər.
Rusiya MN bildirib ki, Ukrayna tərəfi Çernobıl AES-in enerji təchizatı ilə bağlı təmir-bərpa işlərindən yayınır.
Rusiya Federasiyasının Energetika Nazirliyi bildirib ki, Rusiya Belarusla AES-in daimi sxemi üzrə elektrik enerjisi təchizatının bərpası barədə razılığa gəlib.
Rusiya Federasiyasının Energetika Nazirliyi bildirib ki, Rusiya Belarusla AES-in daimi sxemi üzrə elektrik enerjisi təchizatının bərpası barədə razılığa gəlib.
***
Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukraynadakı vəziyyətlə bağlı məlumat verib.
Məlumatda qeyd olunur ki, Ukrayna tərəfi martın 9-da Rusiyanın öz ölkəsinə təxliyə üçün təklif etdiyi marşrutları qəti şəkildə rədd edib.
Çərşənbə günü humanitar dəhlizlərin açılması və sakinlərin təxliyəsi üzrə dəqiq şəkildə düşünülmüş əməliyyat Kiyev rəhbərliyinə görə gözlənilən nəticəni verməyib.
Çərşənbə günü humanitar dəhlizlərin açılması və sakinlərin təxliyəsi üzrə dəqiq şəkildə düşünülmüş əməliyyat Kiyev rəhbərliyinə görə gözlənilən nəticəni verməyib.
"Kiyevin humanitar dəhlizlərlə bağlı tələbləri göstərdi ki, Ukrayna tərəfdən onların razılaşdırması üçün cavabdeh olan şəxslər həmin ərazidə vəziyyətə hakim deyil", - məlumatda deyilir.
Qeyd olunur ki, humanitar dəhlizlərlə Rusiyaya getmək istəyənlərin olmaması ilə bağlı Kiyevin irəli sürdüyü iddialar yalan və açıq təxribat xarakteri daşıyır.
"Ukrayna radikalları "canlı qalxan" kimi 4,5 milyondan çox dinc sakini girov saxlayır", - Rusiya MN bildirib.
Xəbərdə deyilir ki, Kiyev millətçilərin silahdan istifadəsini Rusiya ərazisinə təxliyəyə cəhd edən şəxslərə qarşı icazə verib. Onları yaxınlarını öldürməklə hədələyirlər.

Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on üç gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.