Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya hərbçiləri gizli sənədləri ələ keçirdi

© Пресс-служба Минобороны РФ / Mediabanka keçidİqor Konaşenkov
İqor Konaşenkov  - Sputnik Azərbaycan, 1920, 09.03.2022
Abunə olmaq
Konaşenkov əlavə edib ki, ABŞ və NATO-nun Ukraynanın Donbasa hücum əməliyyatının planlaşdırılmasında iştirak səviyyəsi ilə bağlı məsələ qeyri-müəyyən olaraq qalır.
BAKI, 9 mart — Sputnik. Rusiya hərbçiləri Ukraynanın martda Donbasa hücum edəcəyi ilə bağlı sənədləri ələ keçirib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi, general-mayor İqor Konaşenkov məlumat verib.

"Keçirilən xüsusi əməliyyat çərçivəsində hərbçilərimizi Ukrayna Milli qvardiyasının gizli sənədlərini ələ keçirib. Bu sənədlər Kiyev rejiminin 2022-ci ilin martında Donbasa hücum əməliyyatına gizli hazırlıqlarını təsdiqləyir", - deyə Rusiya MN nümayəndəsi qeyd edib.

Konaşenkov vurğulayıb ki, Müdafiə Nazirliyi Kiyev rejimi rəhbərliyinin fevralda Qərb mediası tərəfindən "Luqansk" və "Donetsk Xalq Respublikalarının" silahlı zəbt edilməsi planlarının olmaması və bütün məsələləri siyasi və diplomatik yollarla həll etmək istəyi ilə bağlı yaydığı bəyanatları yaxşı xatırlayır:
"Lakin ələ keçirilmiş gizli sənədlər bu bəyanatların birmənalı oalraq yalan olduğunu üzə çıxarır. Rusiyanın sərəncamında Ukrayna Milli Qvardiyasının komandanı, general-polkovnik Nikolay Balanın 22 yanvar 2022-ci il tarixli əmri var. Orada Donbasda "Birgə Qüvvələr Əməliyyatı" zonasında zərbə qruplarından birinin hücum əməliyyatlarına hazırlanması planı ətraflı təsvir olunub. Sənəddə "kadrların seçilməsi, hamısının psixoloqlar tərəfindən müayinəsi və onların yüksək motivasiyasının təmin edilməsi" məsələlərinə mühüm diqqət yetirilir".
Konaşenkov əlavə edib ki, ABŞ və NATO-nun Ukraynanın Donbasa hücum əməliyyatının planlaşdırılmasında iştirak səviyyəsi ilə bağlı məsələ qeyri-müəyyən olaraq qalır:
"Amma məlumdur ki, amerikalı və britaniyalı təlimatçılar bəzi Ukrayna bölmələrinə "NATO standartı" təlim proqramları üzrə təlim keçiblər. O cümlədən, Ukrayna Milli Qvardiyasının 4-cü əməliyyat briqadasının batalyon-taktiki qrupuna təlim keçiblər. Moskvanın məlumatına görə, ukraynalılar fevralın 28-də Donbasda hücuma hazırlığı başa çatdırmaq niyyətində idilər, lakin Rusiyanın xüsusi əməliyyatı bu planları pozdu".
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on dörd gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.03.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya XİN ABŞ-ın Ukraynadakı bioloji laboratoriyaları ilə bağlı məlumatları şərh edib
Xəbər lenti
0