Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Putin Almaniyanın federal kansleri ilə nə danışıb?

© Sputnik / Андрей Горшков / Mediabanka keçidПрезидент РФ В. Путин принял участие в церемонии поднятия флага на пароме "Маршал Рокоссовский"
Президент РФ В. Путин принял участие в церемонии поднятия флага на пароме Маршал Рокоссовский - Sputnik Azərbaycan, 1920, 09.03.2022
Abunə olmaq
Telefon danışığı zamanı Ukraynadakı vəziyyətin humanitar aspektlərini, Rusiya və Ukrayna arasındakı danışıqların üçüncü raundunun yekunları da daxil olmaqla, siyasi-diplomatik səyləri müzakirə ediblər.
BAKI, 9 mart - Sputnik. Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla telefonla danışıb.
Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, Putin və Şolts Ukrayna və "Donbasın xalq respublikaları"nda vəziyyətin humanitar aspektlərini müzakirə ediblər.
"Rusiya Prezidenti Vladimir Putin Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şolz ilə telefon danışığı aparıb... Ukrayna və Donbass respublikalarında vəziyyətin humanitar aspektlərinə xüsusi diqqət yetirilib", - məlumatda deyilir.
Telefon danışığı zamanı Ukraynadakı vəziyyətin humanitar aspektlərini, Rusiya və Ukrayna arasındakı danışıqların üçüncü raundunun yekunları da daxil olmaqla, siyasi-diplomatik səyləri müzakirə ediblər.
Putin Şoltsa Ukraynada humanitar dəhlizlərin təşkili ilə bağlı tədbirlər və silahlıların insanların təhlükəsiz təxliyəsinə mane olmaq cəhdləri barədə məlumat verib.
"Rusiya Federasiyasının prezidenti Şoltsu toqquşmaların baş verdiyi ərazilərdən dinc əhalinin evakuasiyası üçün humanitar dəhlizlərin təşkili tədbirləri və silahlıların insanların təhlükəsiz təxliyəsinə mane olmaq cəhdləri barədə məlumatlandırıb. Müxtəlif səviyyələrdə əlaqələrin davam etdirilməsi razılaşdırılıb", - məlumatda əlavə edilir.
Bundan başqa, Putin və Şolts siyasi və diplomatik səylərin variantlarını, o cümlədən Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqların üçüncü raundunun nəticələrini müzakirə ediblər.
“Donbasın müdafiəsi üzrə xüsusi hərbi əməliyyat ətrafında vəziyyətin inkişafı kontekstində siyasi və diplomatik səylərin variantları, xüsusən Rusiya nümayəndə heyəti ilə Kiyev hakimiyyətinin nümayəndələri arasında danışıqların üçüncü raundunun nəticələri müzakirə edilib.", - Kremlin məlumatında deyilir.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on üç gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0