https://sputnik.az/20220309/lavrov-antalyaya-gedib-440001784.html
Antalyada Lavrov və Kulebanın kritik görüşü olacaq
Antalyada Lavrov və Kulebanın kritik görüşü olacaq
Sputnik Azərbaycan
Rusiyanın xarici işlər naziri Sergey Lavrov diplomatik forumda iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə gedib və orada ukraynalı həmkarı Dmitri Kuleba... 09.03.2022, Sputnik Azərbaycan
2022-03-09T23:45+0400
2022-03-09T23:45+0400
2022-03-10T01:22+0400
rusiya
lavrov
rusiya xin rəhbəri sergey lavrov
sergey lavrov
nursultan nazarbayev
ukrayna
antalya
https://cdnn1.img.sputnik.az/img/07e6/03/01/439731929_0:0:3028:1703_1920x0_80_0_0_5b08b1893babb993fbcd59a14b25a2cb.jpg
BAKI, 9 mart - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov diplomatik forumda iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə gedib.Forum çərçivəsində Lavrov ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşəcək. Bu, fevralın 24-də münaqişə başladıqdan sonra Ukrayna ilə Rusiya arasında ən yüksək səviyyəli görüş olacaq.Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə Dmitri Kuleba da Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları dayandırması və müharibəyə son qoyması ilə bağlı danışıqlar aparmaq üçün Antalyaya gəlib.Bu barədə Ukrayna XİN-in mətbuat katibi Oleq Nikolenko "Twitter"də bildirib.Bundan əvvəl Belarus ərazisində Rusiya-Ukrayna danışıqlarının üç raundu keçirilib. Tərəflər Ukraynadakı vəziyyətin həllinin siyasi, humanitar və hərbi aspektlərini müzakirə edirlər. Onlar danışıqların davam etdiriləcəyini bəyan ediblər.***Qeyd edək ki, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev diplomatik forumda iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə gedib.Nazarbayevin mətbuat katibi bildirib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın dəvəti ilə baş tutub.“Türkiyə Prezidenti Ərdoğanın dəvəti ilə elbaşı forumda iştirak etmək üçün Antalyaya gedib. Antalya forumu qlobal və regional məsələlərdə fikir mübadiləsi üçün diskussiya meydanıdır”, - deyə mətbuat katibi bildirib.Qeyd edək ki, Antalya diplomatik forumu 11-13 mart tarixlərində keçiriləcək. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/01/439731929_297:0:3028:2048_1920x0_80_0_0_d61fdcbdaf57972c39ddd2414f84f986.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
lavrov, rusiya xin rəhbəri sergey lavrov, sergey lavrov, nursultan nazarbayev, ukrayna, antalya
lavrov, rusiya xin rəhbəri sergey lavrov, sergey lavrov, nursultan nazarbayev, ukrayna, antalya
Antalyada Lavrov və Kulebanın kritik görüşü olacaq
23:45 09.03.2022 (Yenilənib: 01:22 10.03.2022) Rusiyanın xarici işlər naziri Sergey Lavrov diplomatik forumda iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə gedib və orada ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşəcək.
BAKI, 9 mart - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov diplomatik forumda iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə gedib.
Forum çərçivəsində Lavrov ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşəcək. Bu, fevralın 24-də münaqişə başladıqdan sonra Ukrayna ilə Rusiya arasında ən yüksək səviyyəli görüş olacaq.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə Dmitri Kuleba da Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları dayandırması və müharibəyə son qoyması ilə bağlı danışıqlar aparmaq üçün Antalyaya gəlib.
Bu barədə Ukrayna XİN-in mətbuat katibi Oleq Nikolenko "Twitter"də bildirib.
Bundan əvvəl Belarus ərazisində Rusiya-Ukrayna danışıqlarının üç raundu keçirilib. Tərəflər Ukraynadakı vəziyyətin həllinin siyasi, humanitar və hərbi aspektlərini müzakirə edirlər. Onlar danışıqların davam etdiriləcəyini bəyan ediblər.
Qeyd edək ki, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev diplomatik forumda iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə gedib.
Nazarbayevin mətbuat katibi bildirib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın dəvəti ilə baş tutub.
“Türkiyə Prezidenti Ərdoğanın dəvəti ilə elbaşı forumda iştirak etmək üçün Antalyaya gedib. Antalya forumu qlobal və regional məsələlərdə fikir mübadiləsi üçün diskussiya meydanıdır”, - deyə mətbuat katibi bildirib.
Qeyd edək ki, Antalya diplomatik forumu 11-13 mart tarixlərində keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.