Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Lavrov Antalyada Kuleba ilə görüşəcək

© Photo : Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçid Rusiya XİN rəhbəri Sergey Lavrov
 Rusiya XİN rəhbəri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 09.03.2022
Abunə olmaq
Zaxarovanın sözlərinə görə, Lavrovun Antalya Forumunda iştirak etmək üçün bu gün Türkiyəyə uçması planlaşdırılır.
BAKI, 9 mart — Sputnik. Rusiya Xİn rəhbəri Sergey Lavrov və onun ukraynalı həmkarı Dmitri Kulebanın Antalyada görüşü planlaşdırılıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Zaxarovanın sözlərinə görə, Lavrovun Antalya Forumunda iştirak etmək üçün bu gün Türkiyəyə uçması planlaşdırılır:
"Bir sıra ikitərəfli tədbirlər planlaşdırılıb, hamısı aktualdır və təsdiqlənib. Bu konfrans çərçivəsində həqiqətən də Sergey Lavrov və Dmitri Kuleba arasında görüş planlaşdırılır".
Türkiyəni Energetika nazirinin müavini Alparslan Bayraktar deyib ki, martın 10-da keçiriləcək görüşdə danışıqlar prosesinin irəli aparılmasına ümid edir.
"Cümə axşamı xarici işlər nazirləri Lavrov və Kuleba Antalyada görüşəcək. Mən də orada olacam. Ümid edirəm ki, onların sülh danışıqlarında müəyyən irəliləyiş əldə olunacaq", - deyə Bayraktar Hyustonda keçirilən CERAWeek beynəlxalq enerji konfransı çərçivəsində deyib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on dörd gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.03.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya XİN ABŞ-ın Ukraynadakı bioloji laboratoriyaları ilə bağlı məlumatları şərh edib
Xəbər lenti
0