https://sputnik.az/20220309/bakinin-bas-planinin-dovlet-qurumlari-ile-razilasdirilmasi-yekunlasib-439993381.html
Bakının Baş Planının dövlət qurumları ilə razılaşdırılması yekunlaşıb
Bakının Baş Planının dövlət qurumları ilə razılaşdırılması yekunlaşıb
Sputnik Azərbaycan
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı ilə yanaşı, Gəncə, Goranboy, Gədəbəy, Astara, Dəliməmmədli, Qovlar, Göytəpə şəhərlərinin baş planlarının... 09.03.2022, Sputnik Azərbaycan
2022-03-09T19:30+0400
2022-03-09T19:30+0400
2022-03-09T19:30+0400
azərbaycan
paytaxt xəbərləri
dövlət şəhərsalma və arxitektura komitəsi
bakı
baş plan
https://cdnn1.img.sputnik.az/img/07e5/06/16/427284011_0:0:3069:1727_1920x0_80_0_0_308a900042de7892f64b2d31c38a1698.jpg
BAKI, 9 mart — Sputnik. Bakının 2020-2040-cı illəri əhatə edən Baş Plan layihəsinin aidiyyatı dövlət qrumları ilə razılaşdırılması işləri yekunlaşdırılıb.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir.Sənəddə həmçinin deyilir ki, ötən il Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı ilə yanaşı, Gəncə, Goranboy, Gədəbəy, Astara, Dəliməmmədli, Qovlar, Göytəpə şəhərlərinin baş planlarının hazırlanması ilə bağlı işləri davam etdirib.Xatırladaq ki, Bakının Baş Planının ilkin versiyası 2020-ci ilin oktyabrın 9-da ictimaiyyətə təqdim edilib. Layihə paytaxtın 213 500 hektarlıq bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 ildə şəhərin əsas inkişaf prioritetlərini, o cümlədən güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan davamlı şəhər mühiti, mədəni və tarixi-memarlıq irsinin qorunması, habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/16/427284011_0:0:2731:2048_1920x0_80_0_0_4cac4e20c79c5155f99a61e63776d208.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, dövlət şəhərsalma və arxitektura komitəsi, bakı, baş plan
azərbaycan, dövlət şəhərsalma və arxitektura komitəsi, bakı, baş plan
Bakının Baş Planının dövlət qurumları ilə razılaşdırılması yekunlaşıb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı ilə yanaşı, Gəncə, Goranboy, Gədəbəy, Astara, Dəliməmmədli, Qovlar, Göytəpə şəhərlərinin baş planlarının hazırlanması ilə bağlı işləri davam etdirib.
BAKI, 9 mart — Sputnik. Bakının 2020-2040-cı illəri əhatə edən Baş Plan layihəsinin aidiyyatı dövlət qrumları ilə razılaşdırılması işləri yekunlaşdırılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənəddə həmçinin deyilir ki, ötən il Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı ilə yanaşı, Gəncə, Goranboy, Gədəbəy, Astara, Dəliməmmədli, Qovlar, Göytəpə şəhərlərinin baş planlarının hazırlanması ilə bağlı işləri davam etdirib.
Xatırladaq ki, Bakının Baş Planının ilkin versiyası 2020-ci ilin oktyabrın 9-da ictimaiyyətə təqdim edilib. Layihə paytaxtın 213 500 hektarlıq bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 ildə şəhərin əsas inkişaf prioritetlərini, o cümlədən güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan davamlı şəhər mühiti, mədəni və tarixi-memarlıq irsinin qorunması, habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.