https://sputnik.az/20220308/ukraynanin-qaz-neqli-sistemine-qarsi-texribatlar-haqda-rf-nin-elinde-melumat-var---novak-439953157.html
Ukraynanın qaz nəqli sisteminə qarşı təxribatlar haqda RF-nın əlində məlumat var - Novak
Ukraynanın qaz nəqli sisteminə qarşı təxribatlar haqda RF-nın əlində məlumat var - Novak
Sputnik Azərbaycan
Baş nazirin müavini deyib ki, Rusiya Avropanın onun enerji resurslarından imtinasına hazırdır və onları hara yönəldəciyini bilir. 08.03.2022, Sputnik Azərbaycan
2022-03-08T12:57+0400
2022-03-08T12:57+0400
2022-03-08T13:34+0400
aleksandr novak
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
neft
qaz
nəql
təxribat
rusiya
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434213139_0:0:3009:1694_1920x0_80_0_0_412417517bbf133010a173d0395b6021.jpg
BAKI, 8 mart - Sputnik. Rusiya baş nazirinin müavini Aleksandr Novak Ukrayna ətrafında vəziyyətlə bağlı bəyanat verib."Şimal axını-2” layihəsinə qadağa səbəbindən cavab olaraq Rusiyanın “Şimal axını-1” kəməri ilə qaz ötürülməsini dayandırmağa haqqı var, lakin bunu etmir" - o bildirib. Novak qeyd edib ki, neftin bir barrelinin qiymətinin 130 dollara qədər qalxması qərb ölkələrinin Rusiya nefti və neft məhsullarından imtinası barədə bəyanatları səbəbindən baş verib: "Rusiya neftindən imtina dünya bazarı üçün fəlakətə çevrilə bilər və bir barrel üçün qiymətin $300-dək və daha da bahalaşmasına səbəb olar. Neft və qaz qiymətlərinin artması Avropanın bərbad enerji siyasətinin nəticəsidir, Rusiyanın hazırkı qiymət sıçrayışına aidiyyatı yoxdur". Baş nazirin müavini deyib ki, Rusiya Avropanın onun enerji resurslarından imtinasına hazırdır və onları hara yönəldəciyini bilir. O həmçinin əlavə edib ki, Ukraynanın qaz nəqli sisteminə qarşı təxribatların hazırlandığı barədə Rusiyanın əlində məlumatlar var: "Bu təhlükəlidir və Moskva bunda maraqlı deyil".Ukraynada nə baş verirFevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.Artıq on üç gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434213139_255:0:2986:2048_1920x0_80_0_0_8387c4a911691204d53b09297417f947.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aleksandr novak, neft, qaz, nəql, təxribat, rusiya, ukrayna
aleksandr novak, neft, qaz, nəql, təxribat, rusiya, ukrayna
Ukraynanın qaz nəqli sisteminə qarşı təxribatlar haqda RF-nın əlində məlumat var - Novak
12:57 08.03.2022 (Yenilənib: 13:34 08.03.2022) Baş nazirin müavini deyib ki, Rusiya Avropanın onun enerji resurslarından imtinasına hazırdır və onları hara yönəldəciyini bilir.
BAKI, 8 mart - Sputnik. Rusiya baş nazirinin müavini Aleksandr Novak Ukrayna ətrafında vəziyyətlə bağlı bəyanat verib.
"Şimal axını-2” layihəsinə qadağa səbəbindən cavab olaraq Rusiyanın “Şimal axını-1” kəməri ilə qaz ötürülməsini dayandırmağa haqqı var, lakin bunu etmir" - o bildirib.
Novak qeyd edib ki, neftin bir barrelinin qiymətinin 130 dollara qədər qalxması qərb ölkələrinin Rusiya nefti və neft məhsullarından imtinası barədə bəyanatları səbəbindən baş verib: "Rusiya neftindən imtina dünya bazarı üçün fəlakətə çevrilə bilər və bir barrel üçün qiymətin $300-dək və daha da bahalaşmasına səbəb olar. Neft və qaz qiymətlərinin artması Avropanın bərbad enerji siyasətinin nəticəsidir, Rusiyanın hazırkı qiymət sıçrayışına aidiyyatı yoxdur".
Baş nazirin müavini deyib ki, Rusiya Avropanın onun enerji resurslarından imtinasına hazırdır və onları hara yönəldəciyini bilir.
O həmçinin əlavə edib ki, Ukraynanın qaz nəqli sisteminə qarşı təxribatların hazırlandığı barədə Rusiyanın əlində məlumatlar var: "Bu təhlükəlidir və Moskva bunda maraqlı deyil".
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on üç gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.