https://sputnik.az/20220308/rusiyadan-15-milyon-turist-gelse-de-qebul-etmeye-haziriq---turkiyenin-turizm-derneyi-439956503.html
Rusiyadan 15 milyon turist gəlsə də, qəbul etməyə hazırıq - Türkiyənin Turizm Dərnəyi
Rusiyadan 15 milyon turist gəlsə də, qəbul etməyə hazırıq - Türkiyənin Turizm Dərnəyi
Sputnik Azərbaycan
Anadolu Turizm Operatorları Dərnəyinin sədri deyib ki, açıq hava məkanına sahib olmaq Türkiyə üçün bir üstünlük olacaq. 08.03.2022, Sputnik Azərbaycan
2022-03-08T16:56+0400
2022-03-08T16:56+0400
2022-03-08T16:56+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
türkiyə
rusiya
turist
https://cdnn1.img.sputnik.az/img/42022/16/420221601_0:109:2048:1261_1920x0_80_0_0_fabac4ff11ac5f557ec7ea530ba8267c.jpg
BAKI, 8 mart - Sputnik. “Hava məkanımızın açıq olması bizim üçün bir üstünlük olacaq. Bu il Rusiyadan çoxlu turist gözləyirik. Sputnik Türkiyə xəbər verir ki, belə bir açıqlama ilə agentliyə müsahibəsində Anadolu Turizm Operatorları Dərnəyi (ATİD) İdarə Heyətinin sədri Birol Akman çıxış edib.Onun sözlərinə görə, 2019-cu ildə Türkiyəyə Rusiyadan 5 milyon turist gəlib, lakin son iki ildə bir qədər azalma olub. Bu il isə turistlərin sayının artacağı gözlənilir:"Ümid edirəm ki, yaxın günlərdə bizim hökumət siyasətimiz hava məkanımızı bağlamaq olmayacaq. Biz 5 milyondan çox turist gözləyirik. Avropaya gedə bilməyəcək rusiyalı turistləri də əlavə etsək, bu rəqəm bəlkə də 10 milyona çatacaq. Bu, iqtisadiyyatımız üçün böyük üstünlük olacaq. 2019-cu ildə Türkiyəyə cəmi 55 milyon turist gəldi və biz 2022-ci il üçün 42 milyon turist qəbul etməyi planlaşdırmışdıq. Daha sonra İH sədri bildirib ki, Türkiyənin 70 milyon turist qəbul etmək gücü var:Qeyd olunur ki, Avropa İttifaqının gördüyü tədbirlərdən biri də qitə ölkələrinin hava məkanının Rusiya təyyarələri üçün bağlanmasından sonra yaranmış vəziyyətin Rusiyadan Avropaya gələn turistlərin sayında özünü göstərəcəyi gözlənilir. Rusiyalı turistlərin xüsusilə üstünlük verdiyi İspaniya, İtaliya və Yunanıstan kimi Aralıq dənizi ölkələrinə gedən turistlərin bu il Türkiyəyə üstünlük verəcəyi gözlənilir. Belə ki, Rusiya Federal Turizm Agentliyinin (Rosturizm) rəhbəri Zarina Doquzova da rusiyalı turistlər üçün Türkiyə və Misirə işarə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220227/azerbaycana-en-cox-birlesmis-ereb-emirliklerinden-gelibler---detallar-439623991.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42022/16/420221601_112:0:1937:1369_1920x0_80_0_0_131c73013983a84114f537247c71419b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, rusiya, turist
Rusiyadan 15 milyon turist gəlsə də, qəbul etməyə hazırıq - Türkiyənin Turizm Dərnəyi
Anadolu Turizm Operatorları Dərnəyinin sədri deyib ki, açıq hava məkanına sahib olmaq Türkiyə üçün bir üstünlük olacaq.
BAKI, 8 mart - Sputnik. “Hava məkanımızın açıq olması bizim üçün bir üstünlük olacaq. Bu il Rusiyadan çoxlu turist gözləyirik. Sputnik Türkiyə xəbər verir ki, belə bir açıqlama ilə agentliyə müsahibəsində Anadolu Turizm Operatorları Dərnəyi (ATİD) İdarə Heyətinin sədri Birol Akman çıxış edib.
Onun sözlərinə görə, 2019-cu ildə Türkiyəyə Rusiyadan 5 milyon turist gəlib, lakin son iki ildə bir qədər azalma olub. Bu il isə turistlərin sayının artacağı gözlənilir:
"Ümid edirəm ki, yaxın günlərdə bizim hökumət siyasətimiz hava məkanımızı bağlamaq olmayacaq. Biz 5 milyondan çox turist gözləyirik. Avropaya gedə bilməyəcək rusiyalı turistləri də əlavə etsək, bu rəqəm bəlkə də 10 milyona çatacaq. Bu, iqtisadiyyatımız üçün böyük üstünlük olacaq. 2019-cu ildə Türkiyəyə cəmi 55 milyon turist gəldi və biz 2022-ci il üçün 42 milyon turist qəbul etməyi planlaşdırmışdıq.
Daha sonra İH sədri bildirib ki, Türkiyənin 70 milyon turist qəbul etmək gücü var:
"Covid-19 ilə bağlı təhlükəsiz sertifikatı tətbiq edən ilk ölkələrdən biriyik. Ona görə də biz İspaniya və Yunanıstan kimi ölkələri qabaqladıq. Covid-19-dan keçdiyimiz 2020-2021-ci illərdə ən çox turist gələn ölkə olduq. Bu kontekstdə turist qəbul etməyə digər ölkələrlə müqayisədə daha çox hazırıq. 10 deyil, 15 milyon rusiyalı turist gəlsə belə, onların hamısını qəbul edə bilərik".
Qeyd olunur ki, Avropa İttifaqının gördüyü tədbirlərdən biri də qitə ölkələrinin hava məkanının Rusiya təyyarələri üçün bağlanmasından sonra yaranmış vəziyyətin Rusiyadan Avropaya gələn turistlərin sayında özünü göstərəcəyi gözlənilir.
Rusiyalı turistlərin xüsusilə üstünlük verdiyi İspaniya, İtaliya və Yunanıstan kimi Aralıq dənizi ölkələrinə gedən turistlərin bu il Türkiyəyə üstünlük verəcəyi gözlənilir. Belə ki, Rusiya Federal Turizm Agentliyinin (Rosturizm) rəhbəri Zarina Doquzova da rusiyalı turistlər üçün Türkiyə və Misirə işarə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.