Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

RF Türkiyədə danışıqlara hazırdır - Zaxarova

© Sputnik / Екатерина Чеснокова / Mediabanka keçid Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova
 Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova  - Sputnik Azərbaycan, 1920, 08.03.2022
Abunə olmaq
Daha öncə Zaxarova bəyan edib ki, Antalyada RF və Ukrayna xarici işlər nazirləri Sergey Lavrovla Dmitri Kulebanın görüşü planlaşdırılır.
BAKI, 8 mart - Sputnik. RF Türkiyədə danışıqlara hazırdır, məsələ Ukrayna tərəfinin qətiyyətindədir. Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova belə bir bəyanatla çıxış edib.
"Siz bizim konsepsiyanı və danışıqlara hazırlığımızı bilirsiniz, məsələ digər (Ukrayna" tərəfdədir, o tərəfin nə qədər adekvat olmasındadır", - deyə Zaxarova bildirib.
Daha öncə Zaxarova bəyan edib ki, Antalya diplomatik forumu çərçivəsində Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun iştirakı ilə RF və Ukrayna xarici işlər nazirləri Sergey Lavrovla Dmitri Kulebanın görüşü planlaşdırılır. Sonradan Dmitri Kuleba görüşüm martın 10-na planlaşdırıldığını bildirib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on üç gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0