Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya-Ukrayna danışıqlarının növbəti raundu nə ilə başa çatdı

© Sputnik / БелТА / Mediabanka keçidRusiya və Ukrayna bayraqları
Rusiya və Ukrayna bayraqları - Sputnik Azərbaycan, 1920, 07.03.2022
Abunə olmaq
Medinski qeyd edib ki, Rusiya tərəfinin danışıqlardan gözləntiləri özünü doğrultmayıb.
BAKI, 7 mart - Sputnik. Rusiya-Ukrayna danışıqlarının növbəti, üçüncü raundu başa çatıb.
Bu barədə RF-nın Belarusdakı səfirliyi məlumat yayıb.
Belarusun Brest vilayətində keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, "Rusiya tərəfi sabahdan humanitar dəhlizlərin işləyəcəyinə ümid edir, Ukrayna tərəfi bu barədə söz verib". O, Rusiya tərəfinin humanitar dəhlizlər barədə məsələni danışıqlarda Ukrayna tərəfinin qarşısında sərt şəkildə qoyduğunu deyib.
Medinski qeyd edib ki, ümumilikdə Rusiya tərəfinin danışıqlardan gözləntiləri özünü doğrultmayıb.
O deyib ki, Ukrayna nümayəndə heyəti Rusiya tərəfinin danışıqlara gətirdiyi sənədləri "öyrənmək" üçün aparıb.
Ukrayna Prezidenti Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak görüşdən sonra humanitar dəhlizlərin logistikası ilə bağlı kiçik irəliləyişin olduğunu bəyan edib. Onun sözlərinə görə, siyası həll yolu üzrə əsas məsələlər bloku, eyni zamanda atəşkəs və təhlükəsizlik zəmanətləri ilə bağlı məsləhətləşmələr isə davam edir.
"Bu günə əhəmiyyətli nəticə yoxdur", - deyə Podolyak qeyd edib.
Danışıqlar üç saata yaxın davam edib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on iki gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0