Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Avropa İttifaqı kömək üçün Çinə müraciət edib

© AP Photo / Geert Vanden WijngaertAvropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell, arxiv şəkli
Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.03.2022
Abunə olmaq
Aİ xarici siyasət xidmətinin nümayəndəsi Piter Stano bəyan edib ki, İttifaq Ukraynada tənzimləmənin vasitəçisi ola biləcək müxtəlif beynəlxalq tərəfdaşlarla təmas qurur.
BAKI, 7 mart - Sputnik. Aİ diplomatiyasının şefi Jozep Borrel bəyan edib ki, Çin xarici işlər nazirindən Ukraynada atəşkəsə nail olmaq üçün öz təsirindən istifadə etməyi xahiş edib.
"Mənim çinli nazirlə uzun söhbətim oldu. Mənim fikrimcə, söhbət vasitəçilikdən getmir. Lakin aydındır ki, Çinin Rusiyaya təsiri var. Biz mövcud vəziyyəti, onun səbəblərini, mümkün davamını müzakirə etdik… Mən Çindən mümkün rolu oynamağı və dərhal atəşin kəsilməsi və danışıqlar üçün diplomatik səylərin bir hissəsi olmağı xahiş etdim… Aydındır ki, Çin rol oynaya bilər", - deyə o Avropa İttifaqı ölkələrinin inkişaf nazirlərinin Fransada keçirilmiş qeyri-formal görüşündən sonra bildirib.
Daha öncə Aİ xarici siyasət xidmətinin nümayəndəsi Piter Stano Brüsseldəki brifinqdə bəyan edib ki, İttifaq Ukraynada tənzimləmənin vasitəçisi ola biləcək müxtəlif beynəlxalq tərəfdaşlarla təmas qurur.
Mənbə: RİA Novosti
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on iki gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0