Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rəsmi Kiyevin nüvə planlarının üstü açıldı

© REUTERS / KCNARaketa
Raketa - Sputnik Azərbaycan, 1920, 06.03.2022
Abunə olmaq
Nümayəndənin sözlərinə görə, “Nüvəli Ukrayna” layihəsi ən yaxın perspektivdə reallaşa bilərdi
BAKI, 6 mart — Sputnik. Son illər Kiyev uran hasilatı və onun zənginlləşdirilməsi ilə maraqlanıb, xarici şirkətlərlə bu sahədə kömək barədə danışıqlar aparıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiyanın aidiyyatı qurumlarından birinin nümayəndəsi Ukraynanın nüvə sahəsində fəaliyyətindən RİA Novosti-yə danışarkən deyib.
O bidirib ki, Ukrayna ərazisindəki uran mədənlərinin dərin laylarında geoloji kəşfiyyat fəaliyyəti aktivləşdirib: “Kiyev işlənmiş nüvə yanacağından alınmış plutonium əsasında nüvə partlayıcısını əldə etməyə daha çox yaxın idi, bunu bir neçə ay ərzində edə bilərdi. ABŞ-ın bir vaxtlar Kiyevə nüvə silahı yaratmağa yararlı plutoniumu verdiyini ehtimal etməyə əsaslar var”.
Nümayəndənin sözlərinə görə, “Nüvəli Ukrayna” layihəsi ən yaxın perspektivdə reallaşa bilərdi: “Plutoniumun əldə olunması və “çirkli” bomba istehsal etmək üçün Kiyev Çernobil fəlakəti zonasını istifadə edib. Zaporojye AES-nın ətrafındakı toqquşmalar Kiyevin orada nüvə silahı üzrə fəaliyyət barədə sənədləri saxlaması ehtimalı ilə əlaqəli ola bilər”.
“Fevralın 28-də Rusiya Silahlı Qüvvələri Enerqodar şəhəri, Zaporojye atom elektrik stansiyası və ona bitişik əraziyə nəzarəti ələ keçirib. Elektrik stansiyasını qoruyan Ukrayna Milli Qvardiyasının hərbçiləri Rusiya bölmələri gələnə qədər obyekti tərk edərək naməlum istiqamətə qaçıblar”, - Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.
O qeyd edib ki, zavodun obyektləri və ona bitişik ərazi Rusiya hərbçiləri tərəfindən mühafizəyə götürülüb, son beş gün ərzində Zaporojye AES-in şəxsi heyəti obyektlərə xidmət göstərilməsi və radioaktiv vəziyyətin monitorinqi üzrə planlaşdırılmış işləri adi rejimdə davam etdirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0