Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya MN Ukraynanın itkilərini açıqladı

© Sputnik / Иван Родионов / Mediabanka keçidUkrayna
Ukrayna - Sputnik Azərbaycan, 1920, 06.03.2022
Abunə olmaq
RF Silahlı qüvvələri 6 martda yüksək dəqiq silah sistemlərindən zərbə ilə Ukrayna HHQ Starokonstantinov aerodromunu sıradan çıxarıb.
BAKI, 6 mart — Sputnik. Rusiya müdafiə nazirliyi Ukraynadakı son vəziyyət barədə məlumat yayıb. Sputnik Azərbaycan Rusiya MN-ə istinadən xəbər verir ki, əməliyyat başlayandan Rusiya ordusu Ukraynanın hərbi ifrastrukturunun 2203 obyekti məhv edilib.
Ölkə Silahlı qüvvələri 6 martda yüksək dəqiq silah sistemlərindən zərbə ilə Ukrayna HHQ Starokonstantinov aerodromunu sıradan çıxarıb. Hava hücumundan müdafiə qüvvələri Jitomir, Radomişl və Nejin ətrafında 5 Su-27, iki Su-25 və bir MiQ-29 təyyarəsi vurublar.
Qeyd olunub ki, Rusiya ordusu ümumilikdə yerdı və səmada 93 təyyarə məhv edib, bundan başqa 778 tank və digər zirehli texnika sıradan çıxarılıb. Rusiya raket qüvvələri Ukraynanın daha bir S-300 raket kompleksini məhv edib. Sutka ərzində Rusiya hava qüvvələri Kiyev ətrafında iki Mİ-8 helikopterini vurub. Bundan əlavə, “Bayraktar TB-2” daxil, daha altı PUA məhv edilib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on bir gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0