Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya Ukraynada sükut elan edib

© Sputnik / Валерий Мельников / Mediabanka keçidUkrayna
Ukrayna - Sputnik Azərbaycan, 1920, 05.03.2022
Abunə olmaq
Məlumatda qeyd olunub ki, humanitar dəhlizlər və çıxış yolları Ukrayna tərəfi ilə razılaşdırılıb.
BAKI, 5 mart — Sputnik. Rusiya Mariupol və Volnovaxadan dinc əhalinin çıxması üçün sükut rejimi elan edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Bu gün, martın 5-i, Moskva vaxtı ilə səhər saat 10-dan etibarən Rusiya tərəfi sükut rejimi elan edir və mülki əhalinin Mariupol və Volnovaxadan çıxması üçün humanitar dəhlizlər açır", - deyə nazirlikdən bildirib.
Məlumatda qeyd olunub ki, humanitar dəhlizlər və çıxış yolları Ukrayna tərəfi ilə razılaşdırılıb.
Xatırladaq ki, martın 3-də keçirilən görüşdə Ukrayna və Rusiya nümayəndə heyətləri atəşkəsin mümkün müvəqqəti dayandırılması barədə razılığa gəliblər.
Tərəflər görüşlərin ikinci raundunda əsasən humanitar aspektləri müzakirə ediblər:
Vətəndaşların evakuasiyası, ərzaq və dərmanların çatdırılması üçün humanitar dəhlizlərin təmin edilməsinə dair razılığa gəlinib.
Danışıqların üçüncü mərhələsinin yaxın günlərdə baş tutacağı bildirilir.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq doqquz gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0