Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Azarov: Zelenski AES-dəki fövqəladə haldan istifadə etmək istəyirdi

© Sputnik / Grigoriy Syisoev / Mediabanka keçidAzarov
Azarov - Sputnik Azərbaycan, 1920, 05.03.2022
Abunə olmaq
Ukraynanın keçmiş baş naziri Nikolay Azarov bildirib ki, Vladimir Zelenskinin gizləndiyi iddia edilən Kiyevdəki “prezident” bunkeri nüvə zərbəsindən qorunur.
BAKI, 5 mart — Sputnik. Sabiq baş nazir Azarov RİA Novosti-yə bildirib ki, o, Ukraynada hakimiyyətə gəlməyə özü cəhd etməyəcək, lakin onun bilik və təcrübəsinə ehtiyac olarsa, kənarda durmayacaq.
"Zaporojye AES-dəki təxribat diqqətlə düşünülmüşdü, Volodimir Zelenski bundan istifadə edərək Qərb ölkələrini Ukrayna üzərində uçuşa qadağa zonası tətbiq etməyə inandırmaq istəyirdi". Bunu Ukraynanın sabiq baş naziri Nikolay Azarov RİA Novosti-yə bildirib.
“Əlbəttə, bu, düşünülmüş təxribatdır, çünki birincisi odur ki, Rusiya və ya Ukrayna ordusundan heç bir ağlı başında olan hərbçi heç vaxt Avropanın altı atom bloku olan ən böyük atom elektrik stansiyasının ərazisində belə təxribat törətməyə cəsarət edə bilməz”, - deyə Azarov bildirib.
O qeyd edib ki, "bu, təlim və təkrar hazırlıq mərkəzində ikinci dərəcəli yanğın olsa belə, yenə də belə bir yüksək kateqoriyalı atom obyektində fövqəladə vəziyyətdir".
"Ona görə də, birincisi, bunun qəsdən törədilmiş təxribat olduğu tamamilə açıq-aydın görünür. İkincisi, Zelenskinin ani reaksiyası - bu, gecə baş vermişdi və onun dərhal amerikalılara və Böyük Britaniyaya tamamilə yalan məlumatla müraciət etməsi özlüyündə bunun hazırlanmış təxribat olduğunu göstərir. Bunun hazırlanmasından o xəbərdar idi, çünki bu təxribatdan Ukrayna üzərində uçuşa qadağa zonası yaratmaq üçün istifadə edir”, - deyə Azarov əlavə edib.
Kiyevdə "prezident" bunkeri
Ukraynanın keçmiş baş naziri Nikolay Azarov bildirib ki, Vladimir Zelenskinin gizləndiyi iddia edilən Kiyevdəki “prezident” bunkeri nüvə zərbəsindən qorunur.
“Əgər o, Kiyevdə, prezident administrasiyasının ərazisindəki mənim yaxşı tanıdığım bunkerdədirsə, o, atom hücumundan tamamilə qorunan, hələ sovet dövründə ali siyasi və hərbi rəhbərliyin işi üçün hazırlanmış bunkerdir. Təsəvvür edin: nüvə silahının birbaşa zərbəsi bu bunkerin sakinlərinə heç bir ziyan vurmayacaq”, - deyə Azarov qeyd edib.
O əlavə edib ki, bunkerdə bir neçə ehtiyat çıxışı, “istirahət, iş və s. üçün lazım olan hər şeylə təchiz edilmiş xeyli sayda otaqlar” var.
“Üstəlik, elə çıxışlar var ki, helikopter meydançasına sözün əsl mənasında bir neçə dəqiqəyə çatmağa imkan verir. Yəni, onun üçün heç bir təhlükə yoxdur”, - deyə Azarov bildirib.
Eyni zamanda o vurğulayıb ki, Zelenskinin Kiyevdə olub-olmaması hələ də bəlli deyil. "Xaricdə olub-olmadığını da demək çətindir", - Azarov qeyd edib.
Kiyev hakimiyyəti istefaya getməlidir
Nikolay Azarovun sözlərinə görə, indi əsas məsələ hazırkı Kiyev hakimiyyətinin istefasıdır.
"Mən vurğulayıram, indi əsas və vacib məsələ Ukraynada qan tökülməsini dayandırmaq və sülhü bərqərar etməkdir. Bu problemi həll etməyin yeganə yolu bütün kamarillanın istefasıdır, bu, ən vacib vəzifədir", - deyə o bildirib.
Ukraynanın sabiq baş naziri Nikolay Azarov RİA-Novostiyə siyasətə qayıtmasının mümkünlüyü barədə danışarkən bildirib ki, ölkədə hakimiyyət dəyişikliyi olarsa, kənarda oturmayacağını bəyan edib.
“Ukraynada çoxlu sayda yaxşı mütəxəssislər var, o cümlədən mənimlə işləyənlər, kimləri ki, mən yaxşı tanıyıram”, - o, ölkədə hakimiyyətin dəyişəcəyi təqdirdə siyasətə qayıtmağın mümkünlüyündən danışarkən deyib.
“Ona görə də mən əminəm ki, Ukraynada seçim kifayət qədər böyükdür”, - deyə o qeyd edib.
"Orada biliklərimi, təcrübəmi istifadə etməyə hər hansı ehtiyac yaranarsa, mən kənarda oturmaq istəmirəm. Ukraynanın milli iqtisadiyyatının bərpası prosesi gedir. Amma özüm heç yerə müraciət etməyəcəm”, - deyə o əlavə edib.
Hakimiyyət dəyişikliyi olarsa, nəzərində ölkəyə rəhbərlik edə biləcək kimsə varmı sualına Azarov belə cavab verib: “Birincisi, tanıdığım şəxslərin adlarını çəkmək istəməzdim, çünki onların bəziləri Ukraynada, Kiyevdə yaşayır. "Ona görə də, indi onların adlarını çəksəm, sadəcə olaraq, onların həyatını lazımsız riskə atmış olaram", - sabiq baş nazir izah edib.
Onun sözlərinə görə, “mütəxəssislərin bir hissəsi təəssüf ki, mənim kimi immiqrasiya edib, ona görə də bu məsələ ortaya nə zaman çıxarsa, o zaman müzakirə edərik”.
“İndi əsas vəzifə qan tökülməsinin və ölkənin dağıdılmasının dayandırılmasıdır”, - deyə o yekunlaşdırıb.
Xəbər lenti
0