Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Qonşulara qarşı pis niyyətimiz yoxdur - Putin

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 04.03.2022
Abunə olmaq
Fevralın 24-də səhər tezdən Rusiya Ukraynanı demilitarizasiya etmək üçün hərbi xüsusi əməliyyata başlayıb.
BAKI, 4 mart — Sputnik. Rusiya yalnız mənfi addımlara cavab olaraq hərəkət edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O bildirib ki, Rusiyanın qonşularına qarşı pis niyyətimiz yoxdur:
"Düşünürəm ki, onlar münasibətləri necə normallaşdırmaq, normal əməkdaşlıq etmək, münasibətləri normal inkişaf etdirmək barədə düşünməlidir. Əcnəbi tərəfdaşların Rusiya ilə birgə layihələrdən imtinası müəyyən bizə zərər vursa da, ölkəmizin qarşısında duran bütün vəzifələr yerinə yetiriləcək. Son nəticədə biz bundan faydalanacağıq, çünki dediyim kimi, biz əlavə imkanlara sahib olacağıq".
Fevralın 21-də "Donbasın xalq respublikaları"nın sorğularına cavab olaraq və Dövlət Duması deputatlarının müraciətindən sonra prezident Putin "LXR" və "DXR"in suverenliyini tanıyan fərmanlar imzalayıb.
Fevralın 24-də səhər tezdən Rusiya Ukraynanı demilitarizasiya etmək üçün hərbi xüsusi əməliyyata başlayıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq doqquz gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Zaporojye AES - Sputnik Azərbaycan, 1920, 04.03.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Zaporojye AES-də təxribat: Rusiya MN təfərrüatları açıqladı
Xəbər lenti
0