https://sputnik.az/20220304/putin-almaniya-kanslerine-ukraynada-kecirilen-xususi-emeliyyatin-meqsedlerini-izah-edib-439871444.html
Putin Almaniya kanslerine Ukraynada keçirilən xüsusi əməliyyatın məqsədlərini izah edib
Putin Almaniya kanslerine Ukraynada keçirilən xüsusi əməliyyatın məqsədlərini izah edib
Sputnik Azərbaycan
Prezident xatırladıb ki, səkkiz il ərzində Qərb Kiyev rejiminin Donbas sakinlərinə qarşı törətdiyi soyqırıma göz yumub. 04.03.2022, Sputnik Azərbaycan
2022-03-04T20:24+0400
2022-03-04T20:24+0400
2022-03-04T20:33+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya prezidenti vladimir putin
almaniya
kansler
izahat
https://cdnn1.img.sputnik.az/img/07e6/03/04/439856957_0:0:2816:1585_1920x0_80_0_0_0962963b13158a831e1e4aef04258ec2.jpg
BAKI, 4 mart - Sputnik. Vladimir Putin telefon danışığı zamanı Almaniya kansleri Olaf Şolsa Ukraynada həyata keçiriləcək xüsusi əməliyyatın məqsəd və vəzifələrini ətraflı izah edib. Bu barədə RİA Novosti Kremlə istinadən xəbər yayıb.Rusiya lideri vurğulayıb ki, əsas təhlükə Ukraynanın neonasist birləşmələrindən gəlir.Onun sözlərinə görə, onlar yaşayış məntəqələrinə zərbə silahları yerləşdirərək terror üsullarından istifadə edirlər.Bundan əlavə prezident bildirib ki, Ukraynada 6000-dən çox əcnəbi vətəndaş girov götürülüb - bunlar əsasən də radikallar tərəfindən canlı qalxan kimi istifadə edilən tələbələrdir.O, əlavə edib ki, insanların Ukrayna təhlükəsizlik qüvvələrinin nəzarətində olan əraziləri tərk etmək cəhdləri radikallar tərəfindən silahların köməyi ilə yatırılır.Bununla yanaşı, dövlət başçısı qeyd edib ki, rəsmi Kiyev bu vəhşiliyi dayandırmaq vədini yerinə yetirmir.Öz növbəsində Qərb Ukrayna və radikallar tərəfindən beynəlxalq humanitar hüququn pozulmasına məhəl qoymağa üstünlük verir.Putin onu da xatırladıb ki, səkkiz il ərzində Qərb Kiyev rejiminin Donbas sakinlərinə qarşı törətdiyi soyqırıma göz yumub. O vurğulayıb ki, Rusiya hərbçiləri mülki şəxslərin həyatını xilas etmək üçün bütün mümkün tədbirləri görür.Tərəflər danışıqların üçüncü raundu zamanı Kiyevin ağlabatan və konstruktiv mövqe tutacağına ümid etdiklərini bildiriblər.Ukraynada nə baş verirFevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.Artıq doqquz gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220304/rusiya-ukrayna-danisiqlari-aciqlanmamalidir---peskov-439862918.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/04/439856957_194:0:2558:1773_1920x0_80_0_0_167cfb313e2ee029dc839173609f75b6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya prezidenti vladimir putin, almaniya, kansler, izahat
rusiya prezidenti vladimir putin, almaniya, kansler, izahat
Putin Almaniya kanslerine Ukraynada keçirilən xüsusi əməliyyatın məqsədlərini izah edib
20:24 04.03.2022 (Yenilənib: 20:33 04.03.2022) Prezident xatırladıb ki, səkkiz il ərzində Qərb Kiyev rejiminin Donbas sakinlərinə qarşı törətdiyi soyqırıma göz yumub.
BAKI, 4 mart - Sputnik. Vladimir Putin telefon danışığı zamanı Almaniya kansleri Olaf Şolsa Ukraynada həyata keçiriləcək xüsusi əməliyyatın məqsəd və vəzifələrini ətraflı izah edib. Bu barədə RİA Novosti Kremlə istinadən xəbər yayıb.
Rusiya lideri vurğulayıb ki, əsas təhlükə Ukraynanın neonasist birləşmələrindən gəlir.
Onun sözlərinə görə, onlar yaşayış məntəqələrinə zərbə silahları yerləşdirərək terror üsullarından istifadə edirlər.
Bundan əlavə prezident bildirib ki, Ukraynada 6000-dən çox əcnəbi vətəndaş girov götürülüb - bunlar əsasən də radikallar tərəfindən canlı qalxan kimi istifadə edilən tələbələrdir.
O, əlavə edib ki, insanların Ukrayna təhlükəsizlik qüvvələrinin nəzarətində olan əraziləri tərk etmək cəhdləri radikallar tərəfindən silahların köməyi ilə yatırılır.
Bununla yanaşı, dövlət başçısı qeyd edib ki, rəsmi Kiyev bu vəhşiliyi dayandırmaq vədini yerinə yetirmir.
Öz növbəsində Qərb Ukrayna və radikallar tərəfindən beynəlxalq humanitar hüququn pozulmasına məhəl qoymağa üstünlük verir.
Putin onu da xatırladıb ki, səkkiz il ərzində Qərb Kiyev rejiminin Donbas sakinlərinə qarşı törətdiyi soyqırıma göz yumub. O vurğulayıb ki, Rusiya hərbçiləri mülki şəxslərin həyatını xilas etmək üçün bütün mümkün tədbirləri görür.
Tərəflər danışıqların üçüncü raundu zamanı Kiyevin ağlabatan və konstruktiv mövqe tutacağına ümid etdiklərini bildiriblər.
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq doqquz gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.