Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

"İcazə" blanklarının qanunsuz satışına qarşı mübarizə aparılır

© AFP 2023 / GLYN KIRKYük maşınları, arxiv şəkli
Yük maşınları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.03.2022
Abunə olmaq
Bu, daha sonra identifikasiya aparmağa və qanunsuz satış hallarını araşdırmağa imkan yaradır.
BAKI, 4 mart — Sputnik. Dövlət Avtomobil Nəqliyyatı Xidməti "İcazə" blanklarının daşıyıcılar və şirkətlər arasında qanunsuz satışı ilə mübarizə tədbirlərini davam etdirir. Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da "İcazə" blanklarına daşıyıcının ştampının vurulması sırf onun məsuliyyəti və vəzifəsidir.
Daşıyıcıların bəzi hallarda üzərilərinə düşən məsuliyyətə etinasız yanaşması xoşagəlməz nəticələrə və blankların qanunsuz satışına yol açır. Neqativ halların qarşısının alınması məqsədilə daşıyıcılar "İcazə" blanklarını xidmətdən təhvil alan zaman onları yerində şirkətin ştampı ilə möhürləməlidirlər. Dövlət Avtomobil Nəqliyyatı Xidməti prosedurun icrasına nəzarət edən əməkdaşlar ayırıb.
Qurumda, həmçinin "İcazə" blanklarının nömrələri əsasında hansı daşıyıcıya verilməsi qeydə alınır. Bu, daha sonra identifikasiya aparmağa və qanunsuz satış hallarını araşdırmağa imkan yaradır.
Dövlət Avtomobil Nəqliyyatı Xidməti sürücülərə və daşıyıcılara diqqətli olmağı tövsiyə edir. "İcazə" blanklarının qanunsuz satışı ilə rastlaşarlarsa, bu barədə office@danx.gov.az elektron poçt ünvanı, https://www.facebook.com/AzDANX rəsmi "Facebook" ünvanı və (+99412) 566 52 58 telefon nömrəsi vasitəsilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, "İcazə blankları" ölkələr arasında razılığa əsasən daşımaların həcminə uyğun müəyyən olunan və beynəlxalq yükdaşımalarını icra etmək üçün tətbiq edilən sənəd növüdür. Bu sənəd ölkələr arasında daşımaların həcmindən asılı olaraq, kvota əsasında müəyyən olunaraq paritet qaydada mübadilə edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0