Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

"Bakı Metropoliteni"nin elektrik yarımstansiyalarından biri yenidən qurulub

© Photo : Baku Metro Closed Joint-Stock CompanyLokomotiv parkının yenilikləri
Lokomotiv parkının yenilikləri  - Sputnik Azərbaycan, 1920, 04.03.2022
Abunə olmaq
Təmir-bərpa işləri müddətində qatarların fasiləsiz hərəkətini təmin etmək üçün ehtiyat tədbirləri görülüb, yarımstansiyanın fiziki cəhətdən köhnəlmiş avadanlıqları yenilənib və Almaniyanın "Siemens" şirkətinin məhsulları ilə əvəz edilib
BAKI, 4 mart — Sputnik. "Bakı Metropoliteni" QSC-nin qatarların hərəkətində əhəmiyyətli rol oynayan elektrik yarımstansiyalarından biri tamamilə yenidən qurularaq ən müasir standartlar səviyyəsinə çatdırılıb.
Sputnik Azərbaycan xəbər verir ki, yenidən qurulmuş yarımstansiya metronun "Gənclik-Qara Qarayev" sahəsində hərəkət edən qatarları dartı elektrik gücü ilə təmin edir.
Məlumatda deyilir ki, təmir-bərpa işləri müddətində qatarların fasiləsiz hərəkətini təmin etmək üçün ehtiyat tədbirləri görülüb, yarımstansiyanın fiziki cəhətdən köhnəlmiş avadanlıqları yenilənib və Almaniyanın "Siemens" şirkətinin məhsulları ilə əvəz edilib:
"Yenidənqurma tədbirləri çərçivəsində müasir dövrün standartları və texnologiyaları xüsusi nəzərə alınıb. Bu xüsusda burada yeni qurğuların prinsipial iş sxemi Bənövşəyi xətdə tətbiq edilən sistemdən istifadə olunmaqla qurulub. Bu da yarımstansiyadan giriş və çıxış xətlərini bir-birindən ayırmağa imkan verib.
Müasir avadanlıqların daha yığcam və optimal olması, yeni nəsil texnologiyalarından istifadə olunduğundan onların baxış, qulluq və təmiri daha sadədir. Bu isə işçi əməyindən daha səmərəli istifadə etməyə şərait yaradacaq. Yeni yarımstansiya SCADA sistemləri vasitəsilə teleidarəetmə ilə dispetçer mərkəzinə qoşulub. Bu isə öz növbəsində, yarımstansiyanın vahid mərkəzdən avtomatik idarə edilməsinə şərait yaradıb".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bakı metrosunda sərnişinlər - Sputnik Azərbaycan, 1920, 17.02.2022
CƏMİYYƏT
Tətil bitdi, metro və avtobuslarda basabas nə vaxt bitəcək?
Xəbər lenti
0