https://sputnik.az/20220303/lavrov-rusiyaya-qarsi-muharibe-planlari-hazirlanir-439807990.html
Lavrov: Rusiyaya qarşı müharibə planları hazırlanır
Lavrov: Rusiyaya qarşı müharibə planları hazırlanır
Sputnik Azərbaycan
Lavrov qeyd edib ki, Rusiya və Ukrayna nümayəndələrinin danışıqları bu gün baş tutacaq. 03.03.2022, Sputnik Azərbaycan
2022-03-03T14:26+0400
2022-03-03T14:26+0400
2022-03-03T14:43+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
sergey lavrov
rusiya
ukraynalı
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1c/438600422_0:0:3063:1723_1920x0_80_0_0_15bb1c995f0b39f29897f5aa86e2105f.jpg
BAKI, 3 mart — Sputnik. Sergey Lavrov Ukrayna ətrafında yaranmış vəziyyət barədə danışıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Rusiya XİN rəhbəri Ukrayna böhranının həllinin tapılacağını, Rusiya minimal tələblər irəli sürdüyünü bildirib.Lavrov qeyd edib ki, Rusiya və Ukrayna nümayəndələrinin danışıqları bu gün baş tutacaq: "Ukrayna ərazisindən Rusiyaya qarşı bir başa hücum təhdidinin olmasına Moskva imkan verə bilməz. Heç şübhəsiz ki, Ukrayna tərəfi danışıqlar zamanı ABŞ-dan siqnallar alırlar. Qərb hər vəchlə Rusiyanın təhlükəsizlik quruculuğuna dair təkliflərinə cavabdan boyun qaçırır. Rusiya yalnız hər iki tərəfin maraqlarını nəzərə almaqla Qərblə danışıqlar aparmağa hazırdır. Nüvə müharibəsi barədə söhbətlər gedir, amma bunu Rusiya deyil ABŞ və Ukrayna edir. Rusiyaya qarşı müharibə planları hazırlanır".Xatırladaq ki, fevralın 24-ü səhər Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".Həmin gündən etibarən Ukraynanın bir neçə şəhərində insanlar metro stansiyalarından sığınacaq kimi istifadə edirlər. Ukraynanın paytaxtı Kiyevdə komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib. Dövlət qurumları insanları bomba sığınacaqlarına yollanmağa çağırıb. Hava hücumu barədə xəbərdarlıq həmçinin Lvovda elan olunub. Qeyd edək ki, paytaxt Kiyevi tərk edən xarici səfirliklərin xeyli hissəsi məhz bu şəhərə köçüb. Bombalanan Ukrayna şəhərləri uğrunda ağır döyüşlər gedir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1c/438600422_332:0:3063:2048_1920x0_80_0_0_e7230d954f6c98c491ea8149b686e04f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sergey lavrov, rusiya, ukraynalı
sergey lavrov, rusiya, ukraynalı
Lavrov: Rusiyaya qarşı müharibə planları hazırlanır
14:26 03.03.2022 (Yenilənib: 14:43 03.03.2022) Lavrov qeyd edib ki, Rusiya və Ukrayna nümayəndələrinin danışıqları bu gün baş tutacaq.
BAKI, 3 mart — Sputnik. Sergey Lavrov Ukrayna ətrafında yaranmış vəziyyət barədə danışıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Rusiya XİN rəhbəri Ukrayna böhranının həllinin tapılacağını, Rusiya minimal tələblər irəli sürdüyünü bildirib.
Lavrov qeyd edib ki, Rusiya və Ukrayna nümayəndələrinin danışıqları bu gün baş tutacaq: "Ukrayna ərazisindən Rusiyaya qarşı bir başa hücum təhdidinin olmasına Moskva imkan verə bilməz. Heç şübhəsiz ki, Ukrayna tərəfi danışıqlar zamanı ABŞ-dan siqnallar alırlar. Qərb hər vəchlə Rusiyanın təhlükəsizlik quruculuğuna dair təkliflərinə cavabdan boyun qaçırır. Rusiya yalnız hər iki tərəfin maraqlarını nəzərə almaqla Qərblə danışıqlar aparmağa hazırdır. Nüvə müharibəsi barədə söhbətlər gedir, amma bunu Rusiya deyil ABŞ və Ukrayna edir. Rusiyaya qarşı müharibə planları hazırlanır".
Xatırladaq ki, fevralın 24-ü səhər Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Həmin gündən etibarən Ukraynanın bir neçə şəhərində insanlar metro stansiyalarından sığınacaq kimi istifadə edirlər. Ukraynanın paytaxtı Kiyevdə komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib. Dövlət qurumları insanları bomba sığınacaqlarına yollanmağa çağırıb. Hava hücumu barədə xəbərdarlıq həmçinin Lvovda elan olunub. Qeyd edək ki, paytaxt Kiyevi tərk edən xarici səfirliklərin xeyli hissəsi məhz bu şəhərə köçüb. Bombalanan Ukrayna şəhərləri uğrunda ağır döyüşlər gedir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.