https://sputnik.az/20220303/bakinin-en-gozel-binalarindan-biri-omrunu-tapsirir-elyazmalar-nstitutu-qezali-veziyyetde-439820478.html
Bakının ən gözəl binalarından biri ömrünü tapşırır: Əlyazmalar İnstitutu qəzalı vəziyyətdə
Bakının ən gözəl binalarından biri ömrünü tapşırır: Əlyazmalar İnstitutu qəzalı vəziyyətdə
Sputnik Azərbaycan
İnstitutunun baş direktoru, akademik Teymur Kərimli qeyd edib ki, bu yaxınlarda Fövqəladə Hallar Nazirliyinin Komissiyası binanın ön fasadının çat verməsi ilə... 03.03.2022, Sputnik Azərbaycan
2022-03-03T22:20+0400
2022-03-03T22:20+0400
2022-03-03T22:20+0400
əlyazmalar institutu
paytaxt xəbərləri
fövqəladə hallar nazirliyi
amea
https://cdnn1.img.sputnik.az/img/42419/28/424192862_0:161:3071:1888_1920x0_80_0_0_1a802ed1fdf94301c2ad422ebb2cac08.jpg
BAKI, 3 mart — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun binası qəzalı vəziyyətə düşüb.Sputnik Azərbaycan xəbər verir ki, binanın qəzalı vəziyyətə düşməsi ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etdiyini vurğulayan akademikin sözlərinə görə, binanın əsaslı təmir olunmasına ehtiyac var.İnstitutunun baş direktoru, akademik Teymur Kərimli qeyd edib ki, bu yaxınlarda Fövqəladə Hallar Nazirliyinin Komissiyası binanın ön fasadının çat verməsi ilə bağlı akt tərtib edib.Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib ki, tarixi-memarlıq abidəsi kimi dövlət qeydiyyatında olan AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun binasının təmir-bərpa edilməsi ilə bağlı Dövlət Xidmətinə müraciət olunub."Müraciətə baxılıb və aidiyyəti üzrə cavablandırılıb. Qeyd etmək istəyirik ki, mülkiyyətində və ya istifadəsində tarix-mədəniyyət abidələri olan hüquqi və fiziki şəxslər həmin abidələrdə aparılması nəzərdə tutulan təmir-bərpa işlərinin layihələri Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra, öz vəsaitləri hesabına və mütəxəssislərin nəzarəti altında həyata keçirilir", – o qeyd edib.Xatırladaq ki, Əlyazmalar İnstitutunun binasının tikintisinə 1898-ci ildə başlanıb və 1901-ci ildə başa çatıb. Bura Bakıda Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və maliyyə dəstəyi ilə müsəlman Şərqində yaradılan ilk dünyəvi qızlar məktəbinin binası olub. (Apa)Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42419/28/424192862_170:0:2901:2048_1920x0_80_0_0_9430819dd198ba0ad9cbf9ab6d5449d1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
əlyazmalar institutu, fövqəladə hallar nazirliyi, amea
əlyazmalar institutu, fövqəladə hallar nazirliyi, amea
Bakının ən gözəl binalarından biri ömrünü tapşırır: Əlyazmalar İnstitutu qəzalı vəziyyətdə
İnstitutunun baş direktoru, akademik Teymur Kərimli qeyd edib ki, bu yaxınlarda Fövqəladə Hallar Nazirliyinin Komissiyası binanın ön fasadının çat verməsi ilə bağlı akt tərtib edib
BAKI, 3 mart — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun binası qəzalı vəziyyətə düşüb.
Sputnik Azərbaycan xəbər verir ki, binanın qəzalı vəziyyətə düşməsi ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etdiyini vurğulayan akademikin sözlərinə görə, binanın əsaslı təmir olunmasına ehtiyac var.
İnstitutunun baş direktoru, akademik Teymur Kərimli qeyd edib ki, bu yaxınlarda Fövqəladə Hallar Nazirliyinin Komissiyası binanın ön fasadının çat verməsi ilə bağlı akt tərtib edib.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib ki, tarixi-memarlıq abidəsi kimi dövlət qeydiyyatında olan AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun binasının təmir-bərpa edilməsi ilə bağlı Dövlət Xidmətinə müraciət olunub.
"Müraciətə baxılıb və aidiyyəti üzrə cavablandırılıb. Qeyd etmək istəyirik ki, mülkiyyətində və ya istifadəsində tarix-mədəniyyət abidələri olan hüquqi və fiziki şəxslər həmin abidələrdə aparılması nəzərdə tutulan təmir-bərpa işlərinin layihələri Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra, öz vəsaitləri hesabına və mütəxəssislərin nəzarəti altında həyata keçirilir", – o qeyd edib.
Xatırladaq ki, Əlyazmalar İnstitutunun binasının tikintisinə 1898-ci ildə başlanıb və 1901-ci ildə başa çatıb. Bura Bakıda Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və maliyyə dəstəyi ilə müsəlman Şərqində yaradılan ilk dünyəvi qızlar məktəbinin binası olub. (Apa)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.