Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Xüsusi əməliyyat zamanı 498 Rusiya hərbçisi həlak olub - RF Müdafiə Nazirliyi

© Photo : Ministry of Defence of the Russian Federation / Mediabanka keçidİqor Konaşenkov
İqor Konaşenkov - Sputnik Azərbaycan, 1920, 02.03.2022
Abunə olmaq
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib ki RF Ukrayna ilə danışıqların ikinci raundu zamanı təhlükəsizlik təminatları məsələsini müzakirə etməyə hazırdır.
BAKI, 2 mart - Sputnik. Rusiya qoşunlarının xüsusi əməliyyatı başlayandan Ukraynanın hərbçiləri və millətçilərinin itkiləri 2870 nəfər, RF Silahlı Qüvvələri isə 498 nəfər təşkil edib. RİA Novosti-nin xəbərinə görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib.
"Ukraynanın millətçiləri və hüquq-mühafizə orqanlarının hərbçiləri arasında itkilər var: 2870-dən çox ölü və 3700-ə yaxın yaralı var. Yalnız təsdiqlənmiş məlumatlara görə, Ukrayna hüquq-mühafizə orqanlarının əsir götürülən hərbçilərinin sayı 572 nəfərdir", - deyə general jurnalistlərə bildirib.
Daha sonra nazirlik nümayəndəsi təəssüflə bildirib ki, xüsusi hərbi əməliyyatda iştirak edən rusiyalılar arasında da itkilər var:

"498 rus hərbçisi xidməti borcunu yerinə yetirərkən həlak olub. Həlak olanların ailələrinə hər cür köməklik göstərilir. 1597 yoldaşımız yaralanıb”.

Bir qədər əvvəl Ukrayna Ali Radasının “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri, Ukrayna nümayəndə heyətinin üzvü David Araxamia Rusiya Federasiyası ilə danışıqların çərşənbə günü baş tutacağını bildirib. RİA Novosti-nin xəbərinə görə, danışıqların olub-olmayacağı ilə bağlı sualı cavablandırarkən o, Facebook səhifəsində “Olacaq” yazıb.
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib ki RF Ukrayna ilə danışıqların ikinci raundu zamanı təhlükəsizlik təminatları məsələsini müzakirə etməyə hazırdır.
Nazir Zelenskinin təhlükəsizlik zəmanəti almaq istəyi ilə bağlı açıqlamaları müsbət addım adlandırıb.
Eyni zamanda, nazir vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı tələbləri onun təslim olması kimi qiymətləndirilə bilməz, Moskva danışıqlara getməyi təklif edir.
Lavrov onu da əlavə edib ki, Ukraynadakı əməliyyatın vəzifəsi heç vaxt orada yerləşdirilməyəcək zərbə silahlarının konkret növlərini müəyyən etməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0