https://sputnik.az/20220302/ukraynalilari-stokholm-sindromundan-nece-sagaltmali-439774242.html
Ukraynalıları Stokholm sindromundan necə sağaltmalı
Ukraynalıları Stokholm sindromundan necə sağaltmalı
Sputnik Azərbaycan
"Stokholm sindromu"nu aradan qaldırmaq üçün əsirlikdən azad edilən girovlarla psixoloqlar işləyirlər. 02.03.2022, Sputnik Azərbaycan
2022-03-02T19:00+0400
2022-03-02T19:00+0400
2022-03-02T19:00+0400
ukrayna
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
stokholm
odessa
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/03/02/439758475_0:103:3276:1946_1920x0_80_0_0_eb9f8be89354fc72fd76bceaa084fc7a.jpg
Keçmiş Ukrayna ərazisindən hərbi xəbərlər dalğası heyrət doğurur. Geri çəkilən Ukrayna silahlı qüvvələrinin əsgərləri, görünür, son səkkiz il ərzində Qərbdən onlara göndərilən bütün sursat ehtiyatını istifadə etməyi qarşılarına məqsəd qoyublar. Lazım oldu olmadı, onlar körpüləri partladır və geri çəkilərkən bacardıqları hər yeri minalayırlar. Belə baxanda, bu, onların ölkəsidir, heyfslənmək olardı, amma yox - uşaqlar “hər şey cəhənnəmə” prinsipi ilə hərəkət edirlər.Bir çox Ukrayna hərbçisi tez təslim olmaq istəyir. Niyə və kiminlə döyüşməlidirlər? Lakin onları qəddar ərazi müdafiə batalyonu hərbçiləri silah gücünə cəbhəyə qovurlar. “Qrad” yaylım atəşi sistemini Kiyevin mərkəzində, yaşayış kvartalları arasında yerləşdirirlər. Bu o deməkdir ki, orada yaşayan insanlar avtomatik olaraq hərbçilər üçün canlı qalxana çevrilir.Mülki əhaliyə odlu silah paylanılır – təkcə paytaxtda 18000 "Kalaşnikov" paylanıb. Və bu silahlar dərhal işə düşür. Bu günlərdə Kiyev sakinləri avtomatlar ilə Rusiya diversiya qrupunu güllələyib. Sonra yaxınlaşıb baxıblar və məlum olub ki, bu Rusiyanın xüsusi təyinatlıları deyil, Kiyevdə yaşayan adi ailədir, yəni mülki şəxslərdir. Ata, ana və uşaq... Öz avtomobillərində öldürüldülər.Gözümüzün qabağında keçmiş ölkə quldur dəstələrinin, mütəşəkkil cinayətkar qrupların, terrorçu qrupların və silahlanmış ayrı-ayrı manyakların fəaliyyət göstərdiyi “Qulyay pole”yə çevrilir. Anarxiya nizamın anasıdır, hər şey tam yüz il əvvəl olduğu kimidir. Və bu kriminal paradın başında əhalisini sözün əsl mənasında girov götürmüş “narkomanlar və neonasistlər” dəstəsi dayanır. Dəhşət ondadır ki, bir çox ukraynalılar bu dəstəni müdafiə etməyə və onun uğrunda canlarını fəda etməyə hazırdırlar.Bu necə oldu? İşlər bura necə gəlib çatdı? Otuz il əvvəl, Ukrayna və Rusiya Belovejsk meşəsində son dərəcə dinc şəkildə ayrılanda, bu kabusu təsəvvür etmək mümkün deyildi.Məsələ ondadır ki, Ukrayna xalqı uzun illər öncə Kiyev xuntası tərəfindən girov götürülüb. Uzun illərdir onu ruhlandırırlar ki, Afrika həyat səviyyəsinə baxmayaraq, “Europa”da yaşayır. Əsas düşmən onu daima qaz, işıq, lazım olan hər şeylə mütəmadi olaraq təmin edən Rusiyadır və Qərbdə Günəş çıxır. Uzun illərdir ki, onların beyinləri yuyulub.Nəticə göz qabağındadır. Ukraynalılar tamamilə Stokholm sindromuna tutulublar. Adətən o, terrorçular tərəfindən girov götürülənlərdə görülür. Onlar qorxurlar, onlar üçün ağrılıdır, döyülürlər, hədələnirlər. Dəli olmamaq üçün insan müdafiə mexanizmini işə salır - terrorçunun haqlı olduğuna özünü inandırır. Ona ürəyi yanır. Onu müdafiə etməyə çalışır.Adətən, xüsusilə "Stokholm sindromu"nu aradan qaldırmaq üçün əsirlikdən azad edilən girovlarla psixoloqlar işləyirlər. Ukraynanın azad edilməsindən sonra, təbii ki, bu psixi cəhətdən sağlam olmayan xalqın ağlını başına gətirmək üçün bütün tədbirlər kompleksini həyata keçirmək tələb olunacaq.Dərhal atılmalı olan ilk konkret addımlar - rus dili ikinci dövlət dili statusu almalıdır. Bütün rus məktəbləri bərpa edilməlidir. Humanitar təhsil sistemi yenidən təşkil edilməli və Rusiyadakına daha yaxın olmalıdır. İdeal olaraq, yaxşı olardı ki, ümumilikdə bir tarix dərsliyi yaradılsın və həm bizim, həm də onların tələbələrinə təqdim olunsun. Eyni zamanda, rus dili və ədəbiyyat dərsliklərinə yenidən baxılmalıdır.Ümumiyyətlə, təhsil sistemi mümkün qədər rus dilinə istiqamətlənməlidir. Rusiyanın Vahid dövlət imtahanına hazırlıq, Rusiya universitetlərinə qəbul üçün bəzi proqramlar... Bütün bunlar lazımdır. Amma oradakı informasiya sahəsini təmizləmək daha aktualdır.Düzdür, rus xilaskarları yaxınlaşdıqca artıq o, özünü təmizləyir. Moskvaya atom bombası atmağa çağıran Zelenskinin köməkçisi Nikita Poturaev qəfildən vətənini tərk etdi və Vyanaya getdi. İllərdir qardaş xalqlar arasında nifrət yaradan unikal yaradıcı kollektivlər və yaradıcı birliklər Kiyevdən Qərbə köç edir. “Rus işğalçılarını dişləri ilə didməyə” hazırlaşan jurnalist Qordon qaçıb.Eyni zamanda, "lənətə gəlmiş moskvalıların" ərazisində pul qazanan Ukrayna kontent istehsalçılarına daha yaxından nəzər salmağa dəyər. Bu yaxınlarda "Oryol i Reşka"ın prodüseri sosial şəbəkələrdə “kaminq-out” etdi və o, Vladimir Putinə ölüm arzuladı. Veriliş tez bir zamanda bağlandı. Ancaq onlardan - belə prodüserlər, rubl axtarışında ətrafımızda dolaşan məşqçilər, informasiya qaraçıları, müğənnilərdən çoxdur.... Almaniyanın denazifikasiyası, bildiyiniz kimi, iki yolla getdi. Almanlara digər xalqlara qarşı cinayətlərə görə tam indulgensiya verilərək AFR ərazisində Holokost kultu təşkil olundu. Axı Sovet İttifaqı müharibədən dərhal sonra yenidən Qərbin düşməni kimi qəbul edildi. Sovetə niyə yazıqları gəlsin ki?AFR-in bütün mövcudluğu dövründə qərbi almanlar məğlubiyyətin rüsvayçılığını ümumiyyətlə slavyanlara, xüsusən də ruslara daimi nifrətlərini kompensasiya etdilər. Onlar SSRİ-nin işğal olunmuş ərazilərində törətdikləri cinayətləri unutmağa üstünlük verdilər. Təəccüblü deyil ki, onlar Xatın mövzusunu bu qədər şiddətlə təbliğ etdilər - məhz özlərinin və Bandera əlaltılarının Belarusiyada Xatında törətdikləri cinayətlərin xatirəsini silmək üçün.Vermaxtın əsgərlərinin nəvələrinin bir çoxu üçün biz məhv olmağa düçar olan Asiya Ordası olaraq qaldıq. “Sarmat hücumu” - Alman klassiki Tomas Mann özünün klassik “Doktor Faustus” romanında Almaniyada sovet ordusunu zərif şəkildə təsvir etdiyi kimi. Barbarlar, untermenşlər...Bu, onilliklər ərzində yığılıb qaldı və 90-cı illərdə almanların Yuqoslaviyada serblərin məhv edilməsində soyuqqanlı şəkildə iştirak etdiyi zaman üzə çıxdı. Sonra Donbasda rusların soyqırımını açıq şəkildə təhrik etdilər. İndi Ukraynaya silah göndərirlər. Nasizmin dirçəlməməsi deyil, bəs nədir?ADR ərazisində denazifikasiya daha asan və daha uğurlu idi. Orada sadəcə Avropalıların şüuraltına yeridilmiş rasizmi xalqların yuxarı və aşağı təbəqələrə bölünmə fikri - sovet internasionalizmi ilə dəyişiblər. İndiyə qədər şərqi almanların əksəriyyəti həm ruslara, həm də Sovet İttifaqına əla münasibət bəsləyirlər.Ukraynalılara indi həqiqət peyvəndi lazımdır - tarixi və müasir. Həqiqi dərsliklər, həqiqi xəbərlər. Uzun müddətdir ki, onlar davamlı yalan axınında yaşayırdılar. İllərdir Qərb elitaları onlardan sosial şəbəkələr kimi hərbi texnologiya ilə təcrübələrində tərcübə heyvanları kimi istifadə edirdilər.Çox az adam xatırlayır, amma ilk dəfə Amerika sosial şəbəkələri və Pentaqon Şimali Afrikadakı "Twitter inqilabı" zamanı ekstazda birləşdi. ABŞ-ın hərbi qurumu İT oliqarxları ilə birlikdə Tunis, Misir, Liviya və Yaxın Şərqin milyonlarla sakinini sözün əsl mənasında özündən çıxartdı, təxribata çəkdi və etirazlara məcbur etdi. Bunun necə bitdiyini hamımız xatırlayırıq. Vətəndaşlar öz hökmdarlarını müvəffəqiyyətlə yıxdılar və ölkələrini xaosa sürüklədilər. Bəli, işlədi.Növbəti sırada Ukrayna idi. Uzun müddətdir ki, burada sosial şəbəkələr, platformalar kütləvi psixi məğlubiyyət silahı rolunu oynayırdı. Odessa Həmkarlar İttifaqları Evində 2 May faciəsini xatırlayın. Dəhşətli olan təkcə qırğın deyildi, həm də ukronazilərin o zaman “Facebook”da başladıqları çılğın təlaş idi. Bütün bu "qızardılmış koloradolar" və digər İnternet memləri ... Bunu xatırlamaq hələ də qorxuncdur. İnterneti bütün bu zibildən Çinsayağı sərt şəkildə təmizləməsən, ona aludə olan ukraynalılar daha çox bəlalar törədər.Və burada əsas söz "sərt"dir. Hələ də bizi məhv etmək arzusunda olan “dünya ictimaiyyəti”nə dönüb baxmadan, ukraynalıları özlərindən xilas etmək lazımdır. Biz onlara həqiqəti çatdırırıq. Həqiqət budur ki, biz bir xalqıq və sülh içində yaşamalıyıq. Bizim yeganə gücümüz budur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
odessa
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Viktoriya Nikiforova
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1d/425334940_0:-1:150:150_100x100_80_0_0_fcc66cc062b3b16f895954dd9042b485.jpg
Viktoriya Nikiforova
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1d/425334940_0:-1:150:150_100x100_80_0_0_fcc66cc062b3b16f895954dd9042b485.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/02/439758475_273:0:3004:2048_1920x0_80_0_0_9c8dfb7771740e78605ef47249bd1c4a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Viktoriya Nikiforova
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1d/425334940_0:-1:150:150_100x100_80_0_0_fcc66cc062b3b16f895954dd9042b485.jpg
ukrayna, stokholm, odessa, rusiya
ukrayna, stokholm, odessa, rusiya
Ukraynalıları Stokholm sindromundan necə sağaltmalı
"Stokholm sindromu"nu aradan qaldırmaq üçün əsirlikdən azad edilən girovlarla psixoloqlar işləyirlər.
Keçmiş Ukrayna ərazisindən hərbi xəbərlər dalğası heyrət doğurur. Geri çəkilən Ukrayna silahlı qüvvələrinin əsgərləri, görünür, son səkkiz il ərzində Qərbdən onlara göndərilən bütün sursat ehtiyatını istifadə etməyi qarşılarına məqsəd qoyublar. Lazım oldu olmadı, onlar körpüləri partladır və geri çəkilərkən bacardıqları hər yeri minalayırlar. Belə baxanda, bu, onların ölkəsidir, heyfslənmək olardı, amma yox - uşaqlar “hər şey cəhənnəmə” prinsipi ilə hərəkət edirlər.
Bir çox Ukrayna hərbçisi tez təslim olmaq istəyir. Niyə və kiminlə döyüşməlidirlər? Lakin onları qəddar ərazi müdafiə batalyonu hərbçiləri silah gücünə cəbhəyə qovurlar. “Qrad” yaylım atəşi sistemini Kiyevin mərkəzində, yaşayış kvartalları arasında yerləşdirirlər. Bu o deməkdir ki, orada yaşayan insanlar avtomatik olaraq hərbçilər üçün canlı qalxana çevrilir.
Mülki əhaliyə odlu silah paylanılır – təkcə paytaxtda 18000 "Kalaşnikov" paylanıb. Və bu silahlar dərhal işə düşür. Bu günlərdə Kiyev sakinləri avtomatlar ilə Rusiya diversiya qrupunu güllələyib. Sonra yaxınlaşıb baxıblar və məlum olub ki, bu Rusiyanın xüsusi təyinatlıları deyil, Kiyevdə yaşayan adi ailədir, yəni mülki şəxslərdir. Ata, ana və uşaq... Öz avtomobillərində öldürüldülər.
Gözümüzün qabağında keçmiş ölkə quldur dəstələrinin, mütəşəkkil cinayətkar qrupların, terrorçu qrupların və silahlanmış ayrı-ayrı manyakların fəaliyyət göstərdiyi “Qulyay pole”yə çevrilir. Anarxiya nizamın anasıdır, hər şey tam yüz il əvvəl olduğu kimidir. Və bu kriminal paradın başında əhalisini sözün əsl mənasında girov götürmüş “narkomanlar və neonasistlər” dəstəsi dayanır. Dəhşət ondadır ki, bir çox ukraynalılar bu dəstəni müdafiə etməyə və onun uğrunda canlarını fəda etməyə hazırdırlar.
Bu necə oldu? İşlər bura necə gəlib çatdı? Otuz il əvvəl, Ukrayna və Rusiya Belovejsk meşəsində son dərəcə dinc şəkildə ayrılanda, bu kabusu təsəvvür etmək mümkün deyildi.
Məsələ ondadır ki, Ukrayna xalqı uzun illər öncə Kiyev xuntası tərəfindən girov götürülüb. Uzun illərdir onu ruhlandırırlar ki, Afrika həyat səviyyəsinə baxmayaraq, “Europa”da yaşayır. Əsas düşmən onu daima qaz, işıq, lazım olan hər şeylə mütəmadi olaraq təmin edən Rusiyadır və Qərbdə Günəş çıxır. Uzun illərdir ki, onların beyinləri yuyulub.
Nəticə göz qabağındadır. Ukraynalılar tamamilə Stokholm sindromuna tutulublar. Adətən o, terrorçular tərəfindən girov götürülənlərdə görülür. Onlar qorxurlar, onlar üçün ağrılıdır, döyülürlər, hədələnirlər. Dəli olmamaq üçün insan müdafiə mexanizmini işə salır - terrorçunun haqlı olduğuna özünü inandırır. Ona ürəyi yanır. Onu müdafiə etməyə çalışır.
Adətən, xüsusilə "Stokholm sindromu"nu aradan qaldırmaq üçün əsirlikdən azad edilən girovlarla psixoloqlar işləyirlər. Ukraynanın azad edilməsindən sonra, təbii ki, bu psixi cəhətdən sağlam olmayan xalqın ağlını başına gətirmək üçün bütün tədbirlər kompleksini həyata keçirmək tələb olunacaq.
Dərhal atılmalı olan ilk konkret addımlar - rus dili ikinci dövlət dili statusu almalıdır. Bütün rus məktəbləri bərpa edilməlidir. Humanitar təhsil sistemi yenidən təşkil edilməli və Rusiyadakına daha yaxın olmalıdır. İdeal olaraq, yaxşı olardı ki, ümumilikdə bir tarix dərsliyi yaradılsın və həm bizim, həm də onların tələbələrinə təqdim olunsun. Eyni zamanda, rus dili və ədəbiyyat dərsliklərinə yenidən baxılmalıdır.
Ümumiyyətlə, təhsil sistemi mümkün qədər rus dilinə istiqamətlənməlidir. Rusiyanın Vahid dövlət imtahanına hazırlıq, Rusiya universitetlərinə qəbul üçün bəzi proqramlar... Bütün bunlar lazımdır. Amma oradakı informasiya sahəsini təmizləmək daha aktualdır.
Düzdür, rus xilaskarları yaxınlaşdıqca artıq o, özünü təmizləyir. Moskvaya atom bombası atmağa çağıran Zelenskinin köməkçisi Nikita Poturaev qəfildən vətənini tərk etdi və Vyanaya getdi. İllərdir qardaş xalqlar arasında nifrət yaradan unikal yaradıcı kollektivlər və yaradıcı birliklər Kiyevdən Qərbə köç edir. “Rus işğalçılarını dişləri ilə didməyə” hazırlaşan jurnalist Qordon qaçıb.
Eyni zamanda, "lənətə gəlmiş moskvalıların" ərazisində pul qazanan Ukrayna kontent istehsalçılarına daha yaxından nəzər salmağa dəyər. Bu yaxınlarda "Oryol i Reşka"ın prodüseri sosial şəbəkələrdə “kaminq-out” etdi və o, Vladimir Putinə ölüm arzuladı. Veriliş tez bir zamanda bağlandı. Ancaq onlardan - belə prodüserlər, rubl axtarışında ətrafımızda dolaşan məşqçilər, informasiya qaraçıları, müğənnilərdən çoxdur.
... Almaniyanın denazifikasiyası, bildiyiniz kimi, iki yolla getdi. Almanlara digər xalqlara qarşı cinayətlərə görə tam indulgensiya verilərək AFR ərazisində Holokost kultu təşkil olundu. Axı Sovet İttifaqı müharibədən dərhal sonra yenidən Qərbin düşməni kimi qəbul edildi. Sovetə niyə yazıqları gəlsin ki?
AFR-in bütün mövcudluğu dövründə qərbi almanlar məğlubiyyətin rüsvayçılığını ümumiyyətlə slavyanlara, xüsusən də ruslara daimi nifrətlərini kompensasiya etdilər. Onlar SSRİ-nin işğal olunmuş ərazilərində törətdikləri cinayətləri unutmağa üstünlük verdilər. Təəccüblü deyil ki, onlar Xatın mövzusunu bu qədər şiddətlə təbliğ etdilər - məhz özlərinin və Bandera əlaltılarının Belarusiyada Xatında törətdikləri cinayətlərin xatirəsini silmək üçün.
Vermaxtın əsgərlərinin nəvələrinin bir çoxu üçün biz məhv olmağa düçar olan Asiya Ordası olaraq qaldıq. “Sarmat hücumu” - Alman klassiki Tomas Mann özünün klassik “Doktor Faustus” romanında Almaniyada sovet ordusunu zərif şəkildə təsvir etdiyi kimi. Barbarlar, untermenşlər...
Bu, onilliklər ərzində yığılıb qaldı və 90-cı illərdə almanların Yuqoslaviyada serblərin məhv edilməsində soyuqqanlı şəkildə iştirak etdiyi zaman üzə çıxdı. Sonra Donbasda rusların soyqırımını açıq şəkildə təhrik etdilər. İndi Ukraynaya silah göndərirlər. Nasizmin dirçəlməməsi deyil, bəs nədir?
ADR ərazisində denazifikasiya daha asan və daha uğurlu idi. Orada sadəcə Avropalıların şüuraltına yeridilmiş rasizmi xalqların yuxarı və aşağı təbəqələrə bölünmə fikri - sovet internasionalizmi ilə dəyişiblər. İndiyə qədər şərqi almanların əksəriyyəti həm ruslara, həm də Sovet İttifaqına əla münasibət bəsləyirlər.
Ukraynalılara indi həqiqət peyvəndi lazımdır - tarixi və müasir. Həqiqi dərsliklər, həqiqi xəbərlər. Uzun müddətdir ki, onlar davamlı yalan axınında yaşayırdılar. İllərdir Qərb elitaları onlardan sosial şəbəkələr kimi hərbi texnologiya ilə təcrübələrində tərcübə heyvanları kimi istifadə edirdilər.
Çox az adam xatırlayır, amma ilk dəfə Amerika sosial şəbəkələri və Pentaqon Şimali Afrikadakı "Twitter inqilabı" zamanı ekstazda birləşdi. ABŞ-ın hərbi qurumu İT oliqarxları ilə birlikdə Tunis, Misir, Liviya və Yaxın Şərqin milyonlarla sakinini sözün əsl mənasında özündən çıxartdı, təxribata çəkdi və etirazlara məcbur etdi. Bunun necə bitdiyini hamımız xatırlayırıq. Vətəndaşlar öz hökmdarlarını müvəffəqiyyətlə yıxdılar və ölkələrini xaosa sürüklədilər. Bəli, işlədi.
Növbəti sırada Ukrayna idi. Uzun müddətdir ki, burada sosial şəbəkələr, platformalar kütləvi psixi məğlubiyyət silahı rolunu oynayırdı. Odessa Həmkarlar İttifaqları Evində 2 May faciəsini xatırlayın. Dəhşətli olan təkcə qırğın deyildi, həm də ukronazilərin o zaman “Facebook”da başladıqları çılğın təlaş idi. Bütün bu "qızardılmış koloradolar" və digər İnternet memləri ... Bunu xatırlamaq hələ də qorxuncdur. İnterneti bütün bu zibildən Çinsayağı sərt şəkildə təmizləməsən, ona aludə olan ukraynalılar daha çox bəlalar törədər.
Və burada əsas söz "sərt"dir. Hələ də bizi məhv etmək arzusunda olan “dünya ictimaiyyəti”nə dönüb baxmadan, ukraynalıları özlərindən xilas etmək lazımdır. Biz onlara həqiqəti çatdırırıq. Həqiqət budur ki, biz bir xalqıq və sülh içində yaşamalıyıq. Bizim yeganə gücümüz budur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.