Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada yeni avtomobillərin qiyməti arta bilər

© Sputnik / Oleg Zoloto / Mediabanka keçidAvtomobil yığımı
Avtomobil yığımı - Sputnik Azərbaycan, 1920, 02.03.2022
Abunə olmaq
Ötən istirahət günü Qərb ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediblər.
BAKI, 2 mart – Sputnik. Rusiyada mart ayında yeni avtomobillərin qiyməti 20%-dən də çox arta bilər.
Bunu RİA Novosti-yə “Avilon” dilerinin yeni avtomobillərin satışı üzrə müdir müavini Aleksey Starikov deyib.
“Avtomobillərin qiyməti, yəqin ki, valyuta məzənnələrinin artması nəzərə alınaraq yenidən gözdən keçiriləcək. Onlar sabitləşəndən sonra pərakəndə satış qiymətləri yenidən hesablanacaq. Avtomobil qiymətlərinin proqnozlaşdırılan artımı 20%-dən çox olacaq”, - Starikov bildirib.
O əlavə edib ki, qiymətlərin dəyişməsi barədə hələlik rəsmi məlumat yoxdur.
Rusiyaya qarşı sanksiyalar
Ötən istirahət günü Qərb ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediblər. Avropa İttifaqı istənilən Rusiya hava gəmisinə Aİ ərazisində uçmağı, enməyi qadağan edib. Üstəlik Aİ şirkətləri Rusiyaya mülki təyyarə və onların ehtiyat hissələrini sata bilməzlər.
Vaşinqton da ölkənin hava məkanını Rusiya təyyarələri üçün bağlayıb. Bundan başqa, ABŞ Prezidenti Cozef Bayden söz verib ki, Rusiya iqtisadiyyatına təzyiqi artırmaqda davam edəcək.
“Rubl dəyərinin 30%-ni, Rusiya Fond bazarı 40%-ni itirib və orada alqı-satqı dayandırılıb. Rusiya iqtisadiyyatı ləngər vurur və bunda da Putin günahkardır”, - Bayden Konqresdə çıxışında deyib.
ABŞ Prezidenti antirusiya sanksiyalarının nəticələrinə görə ölkəsinin biznesini və istehlakçılarını qorumaq üçün bütün alətləri işə salacağını əmin edib.
O əlavə edib ki, ABŞ Ədliyyə Nazirliyi nəhəng rusiyalı sahibkarların izlənməsi və aktivlərinin “ovlanması” üçün xüsusi qrup yaradıb.
Ukraynada nə baş verir
Fevralın 24-ü səhər Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Həmin gündən etibarən Ukraynanın bir neçə şəhərində insanlar metro stansiyalarından sığınacaq kimi istifadə edirlər. Ukraynanın paytaxtı Kiyevdə komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib. Dövlət qurumları insanları bomba sığınacaqlarına yollanmağa çağırıb. Hava hücumu barədə xəbərdarlıq həmçinin Lvovda elan olunub. Qeyd edək ki, paytaxt Kiyevi tərk edən xarici səfirliklərin xeyli hissəsi məhz bu şəhərə köçüb. Bombalanan Ukrayna şəhərləri uğrunda ağır döyüşlər gedir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0