https://sputnik.az/20220302/a-den-rusiyaya-qarsi-yeni-sanksiyalar-439752632.html
Aİ-dən Rusiyaya qarşı yeni sanksiyalar
Aİ-dən Rusiyaya qarşı yeni sanksiyalar
Sputnik Azərbaycan
Bankları SWIFT-dən, işçiləri "Şimal axını-2"dən çıxarırlar 02.03.2022, Sputnik Azərbaycan
2022-03-02T00:36+0400
2022-03-02T00:36+0400
2022-03-02T00:36+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
avropa ittifaqı
rusiya
sanksiya
swift
"şimal axını-2"
rt
sputnik
https://cdnn1.img.sputnik.az/img/07e5/04/13/426736807_0:59:3073:1787_1920x0_80_0_0_e22a10cca1410826402d7489d6056bc1.jpg
BAKI, 2 mart - Sputnik. Rusiyanın müəyyən banklarının SWIFT-dən çıxarılmasını Aİ ölkələrinin daimi nümayəndələri təqdir ediblər. Bu barədə Avropa İttifaqı Şurasındakı Fransa nümayəndəliyindən məlumat verilib. Nümayəndəlikdən həmçinin bildirilib ki, RT və Sputnik-in Aİ-də yayımına qadağa da nümayəndələr tərəfindən təsdiqlənib. Bu arada "Şimal axını-2" qaz kəmərinin operatoru, İsveçrənin Nord Stream 2 AG şirkəti bütün əməkdaşlarını, ümumilikdə 106 nəfəri işdən çıxarıb. Bunu RİA Novosti-yə şirkətin mənzil-qərargahının yerləşdiyi Tsuq kantonunun nümayəndəsi Silviya Talmann-Qut deyib. Bundan əvvəl o demişdi ki, şirkət ABŞ-ın "Şimal axını-2"yə tətbiq etdiyi sanksiyalar səbəbindən özünü müflis elan etməyə məcburdur. Xatırladaq ki, fevralın 24-ü səhər Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".Həmin gündən etibarən Ukraynanın bir neçə şəhərində insanlar metro stansiyalarından sığınacaq kimi istifadə edirlər. Ukraynanın paytaxtı Kiyevdə komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib. Dövlət qurumları insanları bomba sığınacaqlarına yollanmağa çağırıb. Hava hücumu barədə xəbərdarlıq həmçinin Lvovda elan olunub. Qeyd edək ki, paytaxt Kiyevi tərk edən xarici səfirliklərin xeyli hissəsi məhz bu şəhərə köçüb. Bombalanan Ukrayna şəhərləri uğrunda ağır döyüşlər gedir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/13/426736807_0:0:2731:2048_1920x0_80_0_0_205406edae0424d0e7d6706592ff11eb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bankları swift-dən, işçiləri "şimal axını-2"dən çıxarırlar
bankları swift-dən, işçiləri "şimal axını-2"dən çıxarırlar
Aİ-dən Rusiyaya qarşı yeni sanksiyalar
Bankları SWIFT-dən, işçiləri "Şimal axını-2"dən çıxarırlar
BAKI, 2 mart - Sputnik. Rusiyanın müəyyən banklarının SWIFT-dən çıxarılmasını Aİ ölkələrinin daimi nümayəndələri təqdir ediblər.
Bu barədə Avropa İttifaqı Şurasındakı Fransa nümayəndəliyindən məlumat verilib. Nümayəndəlikdən həmçinin bildirilib ki, RT və Sputnik-in Aİ-də yayımına qadağa da nümayəndələr tərəfindən təsdiqlənib.
Bu arada "Şimal axını-2" qaz kəmərinin operatoru, İsveçrənin Nord Stream 2 AG şirkəti bütün əməkdaşlarını, ümumilikdə 106 nəfəri işdən çıxarıb. Bunu RİA Novosti-yə şirkətin mənzil-qərargahının yerləşdiyi Tsuq kantonunun nümayəndəsi Silviya Talmann-Qut deyib.
Bundan əvvəl o demişdi ki, şirkət ABŞ-ın "Şimal axını-2"yə tətbiq etdiyi sanksiyalar səbəbindən özünü müflis elan etməyə məcburdur.
Xatırladaq ki, fevralın 24-ü səhər Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Həmin gündən etibarən Ukraynanın bir neçə şəhərində insanlar metro stansiyalarından sığınacaq kimi istifadə edirlər. Ukraynanın paytaxtı Kiyevdə komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib. Dövlət qurumları insanları bomba sığınacaqlarına yollanmağa çağırıb. Hava hücumu barədə xəbərdarlıq həmçinin Lvovda elan olunub. Qeyd edək ki, paytaxt Kiyevi tərk edən xarici səfirliklərin xeyli hissəsi məhz bu şəhərə köçüb. Bombalanan Ukrayna şəhərləri uğrunda ağır döyüşlər gedir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.