https://sputnik.az/20220301/zelenski-danisiqlar-ucun-sertlerini-aciqladi-439745902.html
Zelenski danışıqlar üçün şərtlərini açıqladı
Zelenski danışıqlar üçün şərtlərini açıqladı
Sputnik Azərbaycan
Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarından "ölkənin ərazisini qorumaq" üçün əlavə S-400 kompleksi istəyib. 01.03.2022, Sputnik Azərbaycan
2022-03-01T20:24+0400
2022-03-01T20:24+0400
2022-03-01T20:24+0400
ukrayna
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
vladimir zelenski
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1c/439697984_0:0:3001:1688_1920x0_80_0_0_4da81867cbf470f72331935f8c3f74b9.jpg
BAKI, 1 mart - Sputnik. Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, danışıqlar masası arxasında əyləşmək üçün öncə atəşi dayandırmaq lazımdır. O, həmçinin qeyd edib ki, əgər NATO Ukraynanı alyansa qəbul etmək istəmirsə, o zaman Kiyevə təhlükəsizlik zəmanəti verməlidir. Ukrayna Prezidenti müharibənin tezliklə bitəcəyinə ümid etdiyini söyləyib. Bu arada Britaniyanın Baş naziri Boris Conson deyib ki, ölkəsi Ukraynada Rusiya ilə döyüşməyəcək. RİA Novosti yazır ki, bunu Conson səfərə gəldiyi Estoniyada mətbuat konfransında deyib. "Ukraynada Rusiya qoşunları ilə savaşmayacağıq. Bizim güclənməyimiz, eləcə də, burada, Tapada (Estoniyada) güclənməyimiz NATO-ya üzv ölkələrin sərhədləri daxilində gerçəkləşdirilir", - o deyib. Bundan öncə Britaniya və NATO birincinin Estoniyadakı qoşunlarının sayının iki dəfə artırılması barədə razılığa gəliblər. Bu arada Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarından "ölkənin ərazisini qorumaq" üçün əlavə S-400 kompleksi istəyib. "Bizim hərbi texnikamız kifayət etmədi. Şəxsi heyətimiz kifayət edir, amma texnika yox. Putinə müaciət etdim ki, Qomel vilayətindəki S-400-dən əlavə birini də göndərsin ki, Minskdən bir az qərbdə yerləşdirək", - Lukaşenko deyib. Xatırladaq ki, fevralın 24-ü səhər Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".Həmin gündən etibarən Ukraynanın bir neçə şəhərində insanlar metro stansiyalarından sığınacaq kimi istifadə edirlər. Ukraynanın paytaxtı Kiyevdə komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib. Dövlət qurumları insanları bomba sığınacaqlarına yollanmağa çağırıb. Hava hücumu barədə xəbərdarlıq həmçinin Lvovda elan olunub. Qeyd edək ki, paytaxt Kiyevi tərk edən xarici səfirliklərin xeyli hissəsi məhz bu şəhərə köçüb. Bombalanan Ukrayna şəhərləri uğrunda ağır döyüşlər gedir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1c/439697984_0:0:2667:2000_1920x0_80_0_0_d7cdbbb1041f20911534fc71102f9a94.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, rusiya, vladimir zelenski
ukrayna, rusiya, vladimir zelenski
Zelenski danışıqlar üçün şərtlərini açıqladı
Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarından "ölkənin ərazisini qorumaq" üçün əlavə S-400 kompleksi istəyib.
BAKI, 1 mart - Sputnik. Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, danışıqlar masası arxasında əyləşmək üçün öncə atəşi dayandırmaq lazımdır.
O, həmçinin qeyd edib ki, əgər NATO Ukraynanı alyansa qəbul etmək istəmirsə, o zaman Kiyevə təhlükəsizlik zəmanəti verməlidir.
Ukrayna Prezidenti müharibənin tezliklə bitəcəyinə ümid etdiyini söyləyib.
Bu arada Britaniyanın Baş naziri Boris Conson deyib ki, ölkəsi Ukraynada Rusiya ilə döyüşməyəcək.
RİA Novosti yazır ki, bunu Conson səfərə gəldiyi Estoniyada mətbuat konfransında deyib.
"Ukraynada Rusiya qoşunları ilə savaşmayacağıq. Bizim güclənməyimiz, eləcə də, burada, Tapada (Estoniyada) güclənməyimiz NATO-ya üzv ölkələrin sərhədləri daxilində gerçəkləşdirilir", - o deyib.
Bundan öncə Britaniya və NATO birincinin Estoniyadakı qoşunlarının sayının iki dəfə artırılması barədə razılığa gəliblər.
Bu arada Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarından "ölkənin ərazisini qorumaq" üçün əlavə S-400 kompleksi istəyib.
"Bizim hərbi texnikamız kifayət etmədi. Şəxsi heyətimiz kifayət edir, amma texnika yox. Putinə müaciət etdim ki, Qomel vilayətindəki S-400-dən əlavə birini də göndərsin ki, Minskdən bir az qərbdə yerləşdirək", - Lukaşenko deyib.
Xatırladaq ki, fevralın 24-ü səhər Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Həmin gündən etibarən Ukraynanın bir neçə şəhərində insanlar metro stansiyalarından sığınacaq kimi istifadə edirlər. Ukraynanın paytaxtı Kiyevdə komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib. Dövlət qurumları insanları bomba sığınacaqlarına yollanmağa çağırıb. Hava hücumu barədə xəbərdarlıq həmçinin Lvovda elan olunub. Qeyd edək ki, paytaxt Kiyevi tərk edən xarici səfirliklərin xeyli hissəsi məhz bu şəhərə köçüb. Bombalanan Ukrayna şəhərləri uğrunda ağır döyüşlər gedir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.