https://sputnik.az/20220301/turkiye-rusiyaya-sanksiyalarla-bagli-qerarini-aciqladi-439751752.html
Türkiyə Rusiyaya sanksiyalarla bağlı qərarını açıqladı
Türkiyə Rusiyaya sanksiyalarla bağlı qərarını açıqladı
Sputnik Azərbaycan
Ötən istirahət günü Qərb ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediblər. 01.03.2022, Sputnik Azərbaycan
2022-03-01T23:51+0400
2022-03-01T23:51+0400
2022-03-01T23:51+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
türkiyə
rusiya
sanksiya
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e5/02/1a/426325898_0:19:3071:1746_1920x0_80_0_0_850a50dc371056e888b50695f26da75e.jpg
BAKI, 1 mart - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın Ankaranın Moskvaya sanksiya tətbiq etməyi planlaşdırmadığını və bunun səbəbini açıqlayıb."Biz ölkəmizin prioritetlərini nəzərə alaraq davranmalıyıq. Rusiya ilə danışa biləcək bir aktor gərəkdir. Hər kəs körpüləri yandırsa, o zaman Rusiya ilə kim danışıqlar aparacaq? Biz bu kanalı açıq saxlamaq üçün sanksiyalar paketi hazırlamağı planlaşdırmırıq", - Kalın CNN Türk-ə deyib.Ötən istirahət günü Qərb ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediblər. Avropa İttifaqı istənilən Rusiya hava gəmisinə Aİ ərazisində uçmağı, enməyi qadağan edib. Üstəlik Aİ şirkətləri Rusiyaya mülki təyyarə və onların ehtiyat hissələrini sata bilməzlər.Xatırladaq ki, fevralın 24-ü səhər Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".Həmin gündən etibarən Ukraynanın bir neçə şəhərində insanlar metro stansiyalarından sığınacaq kimi istifadə edirlər. Ukraynanın paytaxtı Kiyevdə komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib. Dövlət qurumları insanları bomba sığınacaqlarına yollanmağa çağırıb. Hava hücumu barədə xəbərdarlıq həmçinin Lvovda elan olunub. Qeyd edək ki, paytaxt Kiyevi tərk edən xarici səfirliklərin xeyli hissəsi məhz bu şəhərə köçüb. Bombalanan Ukrayna şəhərləri uğrunda ağır döyüşlər gedir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/1a/426325898_340:0:3071:2048_1920x0_80_0_0_0984ceea25e9bbf99bb3ded08e4e2249.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə rusiyaya sanksiyalarla bağlı qərarını açıqladı
türkiyə rusiyaya sanksiyalarla bağlı qərarını açıqladı
Türkiyə Rusiyaya sanksiyalarla bağlı qərarını açıqladı
Ötən istirahət günü Qərb ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediblər.
BAKI, 1 mart - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın Ankaranın Moskvaya sanksiya tətbiq etməyi planlaşdırmadığını və bunun səbəbini açıqlayıb.
"Biz ölkəmizin prioritetlərini nəzərə alaraq davranmalıyıq. Rusiya ilə danışa biləcək bir aktor gərəkdir. Hər kəs körpüləri yandırsa, o zaman Rusiya ilə kim danışıqlar aparacaq? Biz bu kanalı açıq saxlamaq üçün sanksiyalar paketi hazırlamağı planlaşdırmırıq", - Kalın CNN Türk-ə deyib.
Ötən istirahət günü Qərb ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediblər. Avropa İttifaqı istənilən Rusiya hava gəmisinə Aİ ərazisində uçmağı, enməyi qadağan edib. Üstəlik Aİ şirkətləri Rusiyaya mülki təyyarə və onların ehtiyat hissələrini sata bilməzlər.
Xatırladaq ki, fevralın 24-ü səhər Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Həmin gündən etibarən Ukraynanın bir neçə şəhərində insanlar metro stansiyalarından sığınacaq kimi istifadə edirlər. Ukraynanın paytaxtı Kiyevdə komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib. Dövlət qurumları insanları bomba sığınacaqlarına yollanmağa çağırıb. Hava hücumu barədə xəbərdarlıq həmçinin Lvovda elan olunub. Qeyd edək ki, paytaxt Kiyevi tərk edən xarici səfirliklərin xeyli hissəsi məhz bu şəhərə köçüb. Bombalanan Ukrayna şəhərləri uğrunda ağır döyüşlər gedir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.