https://sputnik.az/20220301/nato-nuve-quvvelerinin-hazirliq-seviyyesi-barede-439741351.html
NATO nüvə qüvvələrinin hazırlıq səviyyəsi barədə
NATO nüvə qüvvələrinin hazırlıq səviyyəsi barədə
Sputnik Azərbaycan
BAKI, 1 mart - Sputnik. NATO baş katibi Yens Stoltenberq bəyan edib ki, hazırda alyansın nüvə qüvvələrinin hazırlıq səviyyəsinin artırılması üçün bir səbəb... 01.03.2022, Sputnik Azərbaycan
2022-03-01T18:28+0400
2022-03-01T18:28+0400
2022-03-01T18:28+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
ukrayna
nato
yens stoltenberq
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0c/438103082_0:160:3072:1888_1920x0_80_0_0_9fb607f1c276803676b917b95705b557.jpg
BAKI, 1 mart - Sputnik. NATO baş katibi Yens Stoltenberq bəyan edib ki, hazırda alyansın nüvə qüvvələrinin hazırlıq səviyyəsinin artırılması üçün bir səbəb görmür. "Biz həmişə müttəfiqlərimizin müdafiəsi və qorunması üçün lazım olan hər şeyi edəcəyik. Ancaq hazırda düşünürük ki, NATO-nun nüvə qüvvələrinin hazırlıq səviyyəsini dəyişdirməyə ehtiyac yoxdur", - Stoltenberq Associated Press-ə deyib. Bundan əvvəl Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki bəyan edib ki, ABŞ özünün nüvə qüvvələrinin hazırlıq səviyyəsini artırmaq üçün bir səbəb görmür, RF prezidenti Vladimir Putinin Rusiyanın nüvə üçlüyünün xüsusi döyüş növbətçiliyi rejiminə gətirilməsi barədə qərarını isə nəzərdən keçirməkdə davam edirlər.Qeyd edək ki, fevralın 28-də rusiyanın Strateji Təyinatlı Raket Qoşunları, Şimal və Sakit Okean Donanmaları, eləcə də Uzaqmənzilli Aviasiyanın gücləndirilmiş heyəti döyüş növbətçiliyini yerinə yetirməyə başlayıb.Qeyd edək ki, fevralın 27-də Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla görüşdə ordunun strateji çəkindirmə qüvvələrinin xüsusi döyüş növbətçiliyi rejiminə keçirilməsi barədə göstəriş verib.Xatırladaq ki, cümə axşamı səhər Rusiya Prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".Həmin gündən etibarən Ukraynanın bir neçə şəhərində insanlar metro stansiyalarından sığınacaq kimi istifadə edirlər. Ukraynanın paytaxtı Kiyevdə komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib. Dövlət qurumları insanları bomba sığınacaqlarına yollanmağa çağırıb. Hava hücumu barədə xəbərdarlıq həmçinin Lvovda elan olunub. Qeyd edək ki, paytaxt Kiyevi tərk edən xarici səfirliklərin xeyli hissəsi məhz bu şəhərə köçüb. Ukrayna şəhərləri uğrunda ağır döyüşlər gedir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0c/438103082_171:0:2902:2048_1920x0_80_0_0_39a205a1069f8a77a0f2d0b438823147.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nato nüvə qüvvələrinin hazırlıq səviyyəsi barədə
nato nüvə qüvvələrinin hazırlıq səviyyəsi barədə
BAKI, 1 mart - Sputnik. NATO baş katibi Yens Stoltenberq bəyan edib ki, hazırda alyansın nüvə qüvvələrinin hazırlıq səviyyəsinin artırılması üçün bir səbəb görmür.
"Biz həmişə müttəfiqlərimizin müdafiəsi və qorunması üçün lazım olan hər şeyi edəcəyik. Ancaq hazırda düşünürük ki, NATO-nun nüvə qüvvələrinin hazırlıq səviyyəsini dəyişdirməyə ehtiyac yoxdur", - Stoltenberq Associated Press-ə deyib.
Bundan əvvəl Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki bəyan edib ki, ABŞ özünün nüvə qüvvələrinin hazırlıq səviyyəsini artırmaq üçün bir səbəb görmür, RF prezidenti Vladimir Putinin Rusiyanın nüvə üçlüyünün xüsusi döyüş növbətçiliyi rejiminə gətirilməsi barədə qərarını isə nəzərdən keçirməkdə davam edirlər.
Qeyd edək ki, fevralın 28-də rusiyanın Strateji Təyinatlı Raket Qoşunları, Şimal və Sakit Okean Donanmaları, eləcə də Uzaqmənzilli Aviasiyanın gücləndirilmiş heyəti döyüş növbətçiliyini yerinə yetirməyə başlayıb.
Qeyd edək ki, fevralın 27-də Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla görüşdə ordunun strateji çəkindirmə qüvvələrinin xüsusi döyüş növbətçiliyi rejiminə keçirilməsi barədə göstəriş verib.
Xatırladaq ki, cümə axşamı səhər Rusiya Prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Həmin gündən etibarən Ukraynanın bir neçə şəhərində insanlar metro stansiyalarından sığınacaq kimi istifadə edirlər. Ukraynanın paytaxtı Kiyevdə komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib. Dövlət qurumları insanları bomba sığınacaqlarına yollanmağa çağırıb. Hava hücumu barədə xəbərdarlıq həmçinin Lvovda elan olunub. Qeyd edək ki, paytaxt Kiyevi tərk edən xarici səfirliklərin xeyli hissəsi məhz bu şəhərə köçüb. Ukrayna şəhərləri uğrunda ağır döyüşlər gedir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.