https://sputnik.az/20220301/kutlevi-mezarlarin-sayi-daha-cox-ola-biler---ombudsman-aparati-439741798.html
Kütləvi məzarların sayı daha çox ola bilər - Ombudsman Aparatı
Kütləvi məzarların sayı daha çox ola bilər - Ombudsman Aparatı
Sputnik Azərbaycan
Ərazilər minalardan təmizləndikcə aşkara çıxan kütləvi məzarlıqlar Ermənistanın dinc insanlara qarşı törətdiyi müharibə cinayətlərini bir daha sübut edir. 01.03.2022, Sputnik Azərbaycan
2022-03-01T18:55+0400
2022-03-01T18:55+0400
2022-03-01T18:55+0400
qarabağ
ombudsman aparatı
kütləvi məzarlıq
xocavənd
işğaldan azad edilmiş ərazilər
https://cdnn1.img.sputnik.az/img/07e6/02/18/439561825_0:0:1280:720_1920x0_80_0_0_c8cb0d42be7c52dd6c74bbd1ed84e07b.jpg
BAKI, 1 mart - Sputnik. İşğaldan azad edilmiş ərazilərimizdə kütləvi məzarların aşkar ediləndən də çox olduğu istisna edilmir. Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Ombudsman Aparatının məlumatında deyilir."Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülmüş azərbaycanlılar amansız işgəncələrə məruz qoyulmaqla qətlə yetirilib, daha sonra onların nəşləri kütləvi şəkildə basdırılıb.Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun topladığı şahid ifadələri və materiallar əsasında daha bir kütləvi məzarlıq Xocavənd rayonunun Edilli kəndində aşkar edilib. Burada Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə girovluqda saxlanılarkən qətlə yetirilmiş 15-20 nəfər azərbaycanlı mülki şəxsin nəşinin 3 metr dərinlikdə basdırıldığı məlum olub. Bu kəndin ərazisində başqa kütləvi məzarlıqların da olması ehtimal edilir", - Aparatın məlumatında deyilir."Bu isə beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının, o cümlədən, “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il tarixli Cenevrə Konvensiyalarının, xüsusilə də “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” Konvensiyanın və ona dair 1977-ci il tarixli I Əlavə Protokolun müddəalarının Ermənistan tərəfindən kobud şəkildə pozulmasıdır.İşğaldan azad edilmiş ərazilərimizdə, xüsusən Xocavənd, Kəlbəcər, Ağdam və Füzuli rayonlarında, eləcə də Şuşa şəhərinin ətrafında bir çox kütləvi və fərdi məzarların olması ilə bağlı məlumatlar var.Bu ərazilər minalardan təmizləndikcə aşkara çıxan kütləvi məzarlıqlar Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətini, dinc insanlara qarşı törətmiş olduğu müharibə cinayətlərini bir daha sübut edir. Bütün bu faktlar Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması üçün əsasdır", - Ombudsman Aparatından bildirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/18/439561825_160:0:1120:720_1920x0_80_0_0_d024d293fd3326e587c05c12261775ba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
kütləvi məzarların sayı daha çox ola bilər - ombudsman aparatı
kütləvi məzarların sayı daha çox ola bilər - ombudsman aparatı
Kütləvi məzarların sayı daha çox ola bilər - Ombudsman Aparatı
Ərazilər minalardan təmizləndikcə aşkara çıxan kütləvi məzarlıqlar Ermənistanın dinc insanlara qarşı törətdiyi müharibə cinayətlərini bir daha sübut edir.
BAKI, 1 mart - Sputnik. İşğaldan azad edilmiş ərazilərimizdə kütləvi məzarların aşkar ediləndən də çox olduğu istisna edilmir.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Ombudsman Aparatının məlumatında deyilir.
"Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülmüş azərbaycanlılar amansız işgəncələrə məruz qoyulmaqla qətlə yetirilib, daha sonra onların nəşləri kütləvi şəkildə basdırılıb.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun topladığı şahid ifadələri və materiallar əsasında daha bir kütləvi məzarlıq Xocavənd rayonunun Edilli kəndində aşkar edilib. Burada Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə girovluqda saxlanılarkən qətlə yetirilmiş 15-20 nəfər azərbaycanlı mülki şəxsin nəşinin 3 metr dərinlikdə basdırıldığı məlum olub. Bu kəndin ərazisində başqa kütləvi məzarlıqların da olması ehtimal edilir", - Aparatın məlumatında deyilir.
"Bu isə beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının, o cümlədən, “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il tarixli Cenevrə Konvensiyalarının, xüsusilə də “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” Konvensiyanın və ona dair 1977-ci il tarixli I Əlavə Protokolun müddəalarının Ermənistan tərəfindən kobud şəkildə pozulmasıdır.
İşğaldan azad edilmiş ərazilərimizdə, xüsusən Xocavənd, Kəlbəcər, Ağdam və Füzuli rayonlarında, eləcə də Şuşa şəhərinin ətrafında bir çox kütləvi və fərdi məzarların olması ilə bağlı məlumatlar var.
Bu ərazilər minalardan təmizləndikcə aşkara çıxan kütləvi məzarlıqlar Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətini, dinc insanlara qarşı törətmiş olduğu müharibə cinayətlərini bir daha sübut edir. Bütün bu faktlar Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması üçün əsasdır", - Ombudsman Aparatından bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.