https://sputnik.az/20220301/kiyevde-telequlleye-mermi-dusub---vdeo-439744481.html
Kiyevdə teleqülləyə mərmi düşüb - VİDEO
Kiyevdə teleqülləyə mərmi düşüb - VİDEO
Sputnik Azərbaycan
BAKI, 1 mart - Sputnik. Ukrayna KİV Kiyevdəki televiziya qülləsinin vurulduğunu bildirib. 01.03.2022, Sputnik Azərbaycan
2022-03-01T19:45+0400
2022-03-01T19:45+0400
2022-03-01T20:09+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
kiyev
teleqüllə
mərmi
https://cdnn1.img.sputnik.az/img/07e6/02/18/439547443_0:160:3071:1887_1920x0_80_0_0_0aa427cb74fad1ebc03326980ecc38e3.jpg
BAKI, 1 mart - Sputnik. Ukrayna KİV Kiyevdəki televiziya qülləsinin vurulduğunu bildirib.Qeyd olunur ki, teleqülləyə mərmi dəyib. Həmçinin o da bildirilir ki, teleqüllənin yanında iki partlayış olub.Partlayışdan sonra Ukrayna kanallarının yayımında problem olub. Ukrayna Ali Radasından bildirilib ki, tezliklə ehtiyat yayım qoşulacaq.Xatırladaq ki, fevralın 24-ü səhər Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".Həmin gündən etibarən Ukraynanın bir neçə şəhərində insanlar metro stansiyalarından sığınacaq kimi istifadə edirlər. Ukraynanın paytaxtı Kiyevdə komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib. Dövlət qurumları insanları bomba sığınacaqlarına yollanmağa çağırıb. Hava hücumu barədə xəbərdarlıq həmçinin Lvovda elan olunub. Qeyd edək ki, paytaxt Kiyevi tərk edən xarici səfirliklərin xeyli hissəsi məhz bu şəhərə köçüb. Bombalanan Ukrayna şəhərləri uğrunda ağır döyüşlər gedir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/18/439547443_171:0:2900:2047_1920x0_80_0_0_a444d8a396c2e58950b7bbe1a32296a2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kiyevdə teleqülləyə mərmi düşüb - video
kiyevdə teleqülləyə mərmi düşüb - video
BAKI, 1 mart - Sputnik. Ukrayna KİV Kiyevdəki televiziya qülləsinin vurulduğunu bildirib.
Qeyd olunur ki, teleqülləyə mərmi dəyib.
Həmçinin o da bildirilir ki, teleqüllənin yanında iki partlayış olub.
Partlayışdan sonra Ukrayna kanallarının yayımında problem olub. Ukrayna Ali Radasından bildirilib ki, tezliklə ehtiyat yayım qoşulacaq.
Xatırladaq ki, fevralın 24-ü səhər Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Həmin gündən etibarən Ukraynanın bir neçə şəhərində insanlar metro stansiyalarından sığınacaq kimi istifadə edirlər. Ukraynanın paytaxtı Kiyevdə komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib. Dövlət qurumları insanları bomba sığınacaqlarına yollanmağa çağırıb. Hava hücumu barədə xəbərdarlıq həmçinin Lvovda elan olunub. Qeyd edək ki, paytaxt Kiyevi tərk edən xarici səfirliklərin xeyli hissəsi məhz bu şəhərə köçüb. Bombalanan Ukrayna şəhərləri uğrunda ağır döyüşlər gedir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.