https://sputnik.az/20220228/traceca-ukraynaya-yukdasimalarin-dayandirilmasi-ile-bagli-aciqlama-verdi-439690975.html
TRACECA Ukraynaya yükdaşımaların dayandırılması ilə bağlı açıqlama verdi
TRACECA Ukraynaya yükdaşımaların dayandırılması ilə bağlı açıqlama verdi
Sputnik Azərbaycan
Ukrayna limanlarının imkanları ilə bağlı müəyyən məhdudiyyətlər var. 28.02.2022, Sputnik Azərbaycan
2022-02-28T16:25+0400
2022-02-28T16:25+0400
2022-02-28T18:26+0400
azərbaycan
avropa
qafqaz
yükdaşıma
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
https://cdnn1.img.sputnik.az/img/42363/11/423631181_0:148:3115:1900_1920x0_80_0_0_96666fa9f8584594bac3627158dc52d2.jpg
BAKI, 28 fevral — Sputnik. Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi üzrə Azərbaycan Hökumətlərarası Komissiya (TRACECA) Ukraynaya yükdaşımalarını dayandırmayıb. Bunu Sputnik Azərbaycan-a TRACECA-nın Azərbaycan üzrə Hökumətlərarası Komissiyasının milli katibi Rüfət Bayramov bildirib. Onun sözlərinə görə, Ukraynada limanların iş rejimi məhduddur - hazırda ölkənin limanları malların qəbulu və göndərilməsi üçün fəaliyyət göstərmir."Ukrayna limanlarının imkanları ilə bağlı müəyyən məhdudiyyətlər var. Ona görə də indi onlar Ukraynadan çıxış gözləyən avtomobil nəqliyyatından qurtulmağa çalışırlar", - deyə Bayramov bildirib.O qeyd edib ki, hazırda ölkədə qalan avtomobillərin çıxarılması istiqamətində işlər aparılır.Xatırladaq ki, TRACECA region ölkələrinin nəqliyyat sisteminin multimodal kompleksindən ibarətdir. Bu dəhlizin yaradılması haqqında saziş 1998-ci ilin sentyabrında Bakıda imzalanıb. Marşrut Şərqi Avropa ölkələrindən (Bolqarıstan, Moldova, Rumıniya, Ukrayna) başlayır və Türkiyə ərazisindən keçir.Daha sonra marşrut Qara dəniz vasitəsilə Gürcüstanın Poti və Batumi limanlarına doğru uzanaraq Cənubi Qafqaz ölkələrinin, eləcə də İranın nəqliyyat şəbəkəsindən, Türkiyənin regionla quru əlaqəsindən istifadə edir.Azərbaycandan isə bərələr vasitəsilə marşrut Özbəkistan, Qırğızıstan, Tacikistana çıxışı olan Mərkəzi Asiyanın (Türkmənistan və Qazaxıstan) dəmir yolu şəbəkələrinə daxil olaraq Çin və Əfqanıstanla sərhədə çatır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42363/11/423631181_192:0:2923:2048_1920x0_80_0_0_bd3b5e07f7bc7e3838da4d0fcc8441af.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
ukraynaya yükdaşımaları dayandırılıb?
ukraynaya yükdaşımaları dayandırılıb?
TRACECA Ukraynaya yükdaşımaların dayandırılması ilə bağlı açıqlama verdi
16:25 28.02.2022 (Yenilənib: 18:26 28.02.2022) Ukrayna limanlarının imkanları ilə bağlı müəyyən məhdudiyyətlər var.
BAKI, 28 fevral — Sputnik. Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi üzrə Azərbaycan Hökumətlərarası Komissiya (TRACECA) Ukraynaya yükdaşımalarını dayandırmayıb. Bunu Sputnik Azərbaycan-a TRACECA-nın Azərbaycan üzrə Hökumətlərarası Komissiyasının milli katibi Rüfət Bayramov bildirib. Onun sözlərinə görə, Ukraynada limanların iş rejimi məhduddur - hazırda ölkənin limanları malların qəbulu və göndərilməsi üçün fəaliyyət göstərmir.
"Ukrayna limanlarının imkanları ilə bağlı müəyyən məhdudiyyətlər var. Ona görə də indi onlar Ukraynadan çıxış gözləyən avtomobil nəqliyyatından qurtulmağa çalışırlar", - deyə Bayramov bildirib.
O qeyd edib ki, hazırda ölkədə qalan avtomobillərin çıxarılması istiqamətində işlər aparılır.
Xatırladaq ki, TRACECA region ölkələrinin nəqliyyat sisteminin multimodal kompleksindən ibarətdir. Bu dəhlizin yaradılması haqqında saziş 1998-ci ilin sentyabrında Bakıda imzalanıb. Marşrut Şərqi Avropa ölkələrindən (Bolqarıstan, Moldova, Rumıniya, Ukrayna) başlayır və Türkiyə ərazisindən keçir.
Daha sonra marşrut Qara dəniz vasitəsilə Gürcüstanın Poti və Batumi limanlarına doğru uzanaraq Cənubi Qafqaz ölkələrinin, eləcə də İranın nəqliyyat şəbəkəsindən, Türkiyənin regionla quru əlaqəsindən istifadə edir.
Azərbaycandan isə bərələr vasitəsilə marşrut Özbəkistan, Qırğızıstan, Tacikistana çıxışı olan Mərkəzi Asiyanın (Türkmənistan və Qazaxıstan) dəmir yolu şəbəkələrinə daxil olaraq Çin və Əfqanıstanla sərhədə çatır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.