Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Avropa İttifaqı RT və Sputnik-i qadağan etmək barədə razılığa gəlib

© AFP 2023 / DOMINIQUE FAGET Флаги Чехии и Евросоюза, фото из архива
Флаги Чехии и Евросоюза, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.02.2022
Abunə olmaq
“Biz Avropa İttifaqına yarıda dayanmamağı, dərhal internetə qadağa qoymağı təklif edirik”, - deyə Sputnik-in mətbuat xidməti bildirib.
BAKI, 28 fevral - Sputnik. Avropa İttifaqının xarici işlər nazirləri Aİ-nin "Russia Today" və "Sputnik"i qadağan etmək barədə razılığa gəlib.
RİA Novosti-nin məlumatına görə, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borell bildirib.
Daha əvvəl Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib ki, Avropa Komissiyası “Russia Today” telekanalı və “Sputnik” agentliyinin Avropa İttifaqı hüdudlarında fəaliyyətini dayandırmaq istəyir.
Bazar günü səhər fon der Leyen, Avropa Komissiyasının Aİ-də dövlətə məxsus Rusiya mediasının işinə qadağa qoyacağını söyləyib. O, qadağanın tətbiq ediləcəyi KİV-lər arasında RT, Sputnik və onların törəmə şirkətlərinin də olacağını deyib. AK rəhbəri əlavə edib ki, Avropa Komissiyası bunun üçün lazımi tədbirləri görür.
Sputnik Avropa Komissiyasının sədri Ursula fon der Leyenə cavab verib.
“Biz Avropa İttifaqına yarıda dayanmamağı, dərhal internetə qadağa qoymağı təklif edirik”, - deyə Sputnik-in mətbuat xidməti bildirib.
Bundan əvvəl isə Cozef Borell bildirib ki, Avropa İttifaqı Rusiya biznesmenlərinə və elitaya qarşı yeni sanskiya hazırlayır.
“Biz həmçinin siyahını genişləndirərək ora oliqarxları da əlavə edəcəyik” – deyə Borrel vurğulayıb.
Xəbər lenti
0