https://sputnik.az/20220226/xankendide-azan-sesi-esidildi-439638448.html
Xankəndidə azan səsi eşidildi
Xankəndidə azan səsi eşidildi
Sputnik Azərbaycan
Bu il xalqımız Xocalı soyqırımının 30-cu ildönümünü qeyd edir. Bununla bağlı bir sıra anım tədbirlərinin keçirilməsi nəzərdə tutulur.
2022-02-26T15:58+0400
2022-02-26T15:58+0400
2022-02-26T16:52+0400
qarabağ
xocalı soyqırımı
işğaldan azad edilmiş ərazilər
azan
https://cdnn1.img.sputnik.az/img/29853/87/298538725_0:29:511:316_1920x0_80_0_0_0a383ee294e317b05596c541d8807634.jpg
BAKI, 26 fevral — Sputnik. İşğaldan azad edilmiş ərazilərdə Xocalı soyqırımının 30 illiyi ilə bağlı azan səsləndirilib.Sputnik Azərbaycan xəbər verir ki, bu gün saat 13.06-da Ağdam rayonu ərazisindən Əsgəran rayonu, eləcə Pirlər (Xramort), Xanabad kəndləri və Şuşa şəhərindən Xankəndi şəhəri istiqamətində avtomobillərdə quraşdırılmış səsgücləndiricilər vasitəsilə azan səsləndirilib.Azan səsi ətrafda, eləcə də ermənilərin yaşadığı ərazilərdə aydın eşidilib.Azan səsi növbəti dəfə 16.58-də səsləndiriləcək.Xocalı soyqırımının törədilməsindən 30 il ötürBu il xalqımız Xocalı soyqırımının 30-cu ildönümünü qeyd edir. Bununla bağlı bir sıra anım tədbirlərinin keçirilməsi nəzərdə tutulur.Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir.Dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Lidise, Sonqmi, Ruanda kimi faciələrlə eyni sırada dayanan Xocalı soyqırımı zamanı vaxtilə 7 min nəfərdən çox əhalinin yaşadığı şəhər bir gecədə yerlə-yeksan edildi, qadın, uşaq və qoca demədən günahsız insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildi.Otuz ildir ki, xalqımız bu qanlı cinayətin mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220226/xocali-qurbanlarinin-xatiresi-bir-deqiqelik-sukutla-yad-olunacaq-439626729.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/29853/87/298538725_25:0:484:344_1920x0_80_0_0_7531dea7c8063dd854ca261c59d20736.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xankəndi və əsgəran istiqamətində azan səsləndirildi
xankəndi və əsgəran istiqamətində azan səsləndirildi
Xankəndidə azan səsi eşidildi
15:58 26.02.2022 (Yenilənib: 16:52 26.02.2022) Azan səsi ətrafda, eləcə də ermənilərin yaşadığı ərazilərdə aydın eşidilib.
BAKI, 26 fevral — Sputnik. İşğaldan azad edilmiş ərazilərdə Xocalı soyqırımının 30 illiyi ilə bağlı azan səsləndirilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu gün saat 13.06-da Ağdam rayonu ərazisindən Əsgəran rayonu, eləcə Pirlər (Xramort), Xanabad kəndləri və Şuşa şəhərindən Xankəndi şəhəri istiqamətində avtomobillərdə quraşdırılmış səsgücləndiricilər vasitəsilə azan səsləndirilib.
Azan səsi ətrafda, eləcə də ermənilərin yaşadığı ərazilərdə aydın eşidilib.
Azan səsi növbəti dəfə 16.58-də səsləndiriləcək.
Xocalı soyqırımının törədilməsindən 30 il ötür
Bu il xalqımız Xocalı soyqırımının 30-cu ildönümünü qeyd edir. Bununla bağlı bir sıra anım tədbirlərinin keçirilməsi nəzərdə tutulur.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir.
Dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Lidise, Sonqmi, Ruanda kimi faciələrlə eyni sırada dayanan Xocalı soyqırımı zamanı vaxtilə 7 min nəfərdən çox əhalinin yaşadığı şəhər bir gecədə yerlə-yeksan edildi, qadın, uşaq və qoca demədən günahsız insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildi.
Otuz ildir ki, xalqımız bu qanlı cinayətin mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.