https://sputnik.az/20220226/rusiya-da-bezi-olkeler-ucun-hava-mekanini-bagladi-439644919.html
Rusiya da bəzi ölkələr üçün hava məkanını bağladı
Rusiya da bəzi ölkələr üçün hava məkanını bağladı
Sputnik Azərbaycan
Bu ölkələrdən uçuşlar yalnız Federal Hava Nəqliyyatı Agentliyi və ya Rusiya Xarici İşlər Nazirliyinin verdiyi xüsusi icazə ilə həyata keçirilə bilər.
2022-02-26T21:19+0400
2022-02-26T21:19+0400
2022-02-26T22:31+0400
rusiya
rusiya
hava məkanı
bolqarıstan
çexiya
polşa
https://cdnn1.img.sputnik.az/img/07e4/09/15/424987020_0:52:2953:1713_1920x0_80_0_0_812a5ceca1619d756f3005e5324588ef.jpg
BAKI, 26 fevral - Sputnik. Rusiya Federasiyasının aviasiya orqanları qarşılıqlı cavab hərəkətləri etməyi və Rusiya təyyarələrinin uçuşlarını qadağan edən bütün ölkələr üçün öz səmasını bağlamağı planlaşdırı. Bu barədə Rusiya Federasiyasının Nəqliyyat Nazirliyindəki mənbə məlumat verib.Qeyd edək ki, Rosaviatsia Bolqarıstan, Polşa və Çexiya hava yolları üçün ölkəyə uçuşların məhdudlaşdırıldığını elan edib."Bolqarıstan, Polşa və Çexiyanın aviasiya hakimiyyət orqanlarının qeyri-dost qərarlarına görə, 26 fevral 2022-ci il, Moskva vaxtı ilə saat 15:00-dan etibarən bu dövlətlərin və (və ya) onlarda qeydiyyatda olan aviadaşıyıcıların uçuşlarına, o cümlədən Rusiya Federasiyası ərazisindəki məntəqələrə, habelə ölkənin hava məkanı vasitəsilə tranzit uçuşlar həyata keçirilməsinə məhdudiyyət qoyulur”, - deyə məlumatda bildirilir.Federal Hava Nəqliyyatı Agentliyi qərarı belə izah edir ki, qərar beynəlxalq hüquq normalarına uyğun olaraq Rusiya aviadaşıyıcıları tərəfindən həyata keçirilən və (və ya) Rusiyada qeydiyyatdan keçmiş təyyarələrin bütün mülki uçuşlarına qadağaya cavab olaraq qəbul edilib.Qeyd edilir ki, bu ölkələrdən uçuşlar yalnız Federal Hava Nəqliyyatı Agentliyi və ya Rusiya Xarici İşlər Nazirliyinin verdiyi xüsusi icazə ilə həyata keçirilə bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220226/avropanin-uc-olkesi-rusiya-teyyareleri-ucun-oz-semasini-baglayib-439630785.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/15/424987020_0:0:2729:2047_1920x0_80_0_0_a1d837687e7cdf5698273fb64ef87bd3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya da bəzi ölkələr üçün hava məkanını bağladı
rusiya da bəzi ölkələr üçün hava məkanını bağladı
Rusiya da bəzi ölkələr üçün hava məkanını bağladı
21:19 26.02.2022 (Yenilənib: 22:31 26.02.2022) Bu ölkələrdən uçuşlar yalnız Federal Hava Nəqliyyatı Agentliyi və ya Rusiya Xarici İşlər Nazirliyinin verdiyi xüsusi icazə ilə həyata keçirilə bilər.
BAKI, 26 fevral - Sputnik. Rusiya Federasiyasının aviasiya orqanları qarşılıqlı cavab hərəkətləri etməyi və Rusiya təyyarələrinin uçuşlarını qadağan edən bütün ölkələr üçün öz səmasını bağlamağı planlaşdırı. Bu barədə Rusiya Federasiyasının Nəqliyyat Nazirliyindəki mənbə məlumat verib.
Qeyd edək ki, Rosaviatsia Bolqarıstan, Polşa və Çexiya hava yolları üçün ölkəyə uçuşların məhdudlaşdırıldığını elan edib.
"Bolqarıstan, Polşa və Çexiyanın aviasiya hakimiyyət orqanlarının qeyri-dost qərarlarına görə, 26 fevral 2022-ci il, Moskva vaxtı ilə saat 15:00-dan etibarən bu dövlətlərin və (və ya) onlarda qeydiyyatda olan aviadaşıyıcıların uçuşlarına, o cümlədən Rusiya Federasiyası ərazisindəki məntəqələrə, habelə ölkənin hava məkanı vasitəsilə tranzit uçuşlar həyata keçirilməsinə məhdudiyyət qoyulur”, - deyə məlumatda bildirilir.
Federal Hava Nəqliyyatı Agentliyi qərarı belə izah edir ki, qərar beynəlxalq hüquq normalarına uyğun olaraq Rusiya aviadaşıyıcıları tərəfindən həyata keçirilən və (və ya) Rusiyada qeydiyyatdan keçmiş təyyarələrin bütün mülki uçuşlarına qadağaya cavab olaraq qəbul edilib.
Qeyd edilir ki, bu ölkələrdən uçuşlar yalnız Federal Hava Nəqliyyatı Agentliyi və ya Rusiya Xarici İşlər Nazirliyinin verdiyi xüsusi icazə ilə həyata keçirilə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.