https://sputnik.az/20220226/rusiya-avroviziya-2022-den-uzaqlasdirilmasina-cavab-verib-439642020.html
Rusiya "Avroviziya 2022"-dən kənarlaşdırılmasına cavab verdi
Rusiya "Avroviziya 2022"-dən kənarlaşdırılmasına cavab verdi
Sputnik Azərbaycan
RF qrurmlarının cavabında deyilir ki, Avropa Yayım Birliyi üzvləri qeyri-bərabər şəraitdə olan kluba çevrilib.
2022-02-26T18:36+0400
2022-02-26T18:36+0400
2022-02-26T19:15+0400
rusiya
"avroviziya" mahnı müsabiqəsi
ukrayna
iştirak
https://cdnn1.img.sputnik.az/img/07e6/02/07/438912204_0:59:3171:1843_1920x0_80_0_0_f6678fba50a38a38b3938040643a37ce.jpg
BAKI, 26 fevral - Sputnik. Rusiyanın Birinci Kanalı, Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkəti və Ostankino Radio Evi Rusiyanın “Eurovision 2022” mahnı müsabiqəsindən kənarlaşdırılmasına cavab olaraq Avropa Yayım Birliyindən (EBU) çıxdığını elan edib.AYB-nin bu addımı Rusiya tərəfindən qeyri-siyasi statusunu hər zaman vurğulayan musiqi forumunda yersiz siyasi qurban kimi qiymətləndirilir.Rusiyanın kənarlaşdırılması “Eurovision”la bağlı ən sonuncu, lakin heç də birinci qərar deyil.Belə ki, 2016-cı ildə aşkar siyasi manifest olan “1944” mahnısı müsabiqənin qalibi olub.Eyni zamanda, bir neçə il sonra müsabiqənin təşkilatçıları məhz siyasətə əsaslanaraq edərək Belarusu (“Mən sənə öyrədəcəm”) diskvalifikasiya etdilər.“Bunlar, müsabiqənin təşkilatçılarının “siyasət” termininin şərhinə qərəzli və seçici yanaşmalarının uzun silsiləsindən yalnız iki nümunədir. Bununla AYB Avropa İttifaqının iradəsini yerinə yetirib, baxmayaraq ki, üzvlərinin yarısının ona daxil deyil. Təəssüf ki, AYB üzvləri qeyri-bərabər şəraitdə olan kluba çevrilib. Biz bundan sonra da qurumda qalmağı qeyri-mümkün hesab edirik”, – deyə Birinci Kanal, Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkəti və Ostankino-nun birgə bəyanatında bildirilir.Xatırladaq ki, Avropa Yayım Birliyi (EBU) Rusiyanın 2022-ci ildə keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində iştirak edə bilməyəcəyini açıqlayıb."Avropa Yayım Birliyi (EBU) Rusiyanın bu il heç bir nömrə ilə Avroviziya (Eurovision) Mahnı Müsabiqəsində iştirak edə bilməyəcəyini bəyan edib. AYB-nin İcra Şurası sözügedən qərarı bu gün səhər saatlarında "Avroviziya" Mahnı Müsabiqəsinin rəhbər orqanının tövsiyəsi əsasında qəbul edib. Qərarın əsasında AYB-nin tədbirlərinin qaydaları və dəyərləri dayanır”, - deyə müsabiqənin saytında və sosial mediada yerləşdirilən bəyanatda deyilir.Qərar təşkilatın “Ukraynada görünməmiş böhran”la bağlı “narahatlığı” ilə əlaqədar qəbul edilib.Qeyd olunur ki, Rusiyanın orada iştirakı “müsabiqənin reputasiyasına xələl gətirəcək”.Xatırladaq ki, 2003-cü ilin qalibi Türkiyə də daxil olmaqla 8 ölkə “Eurovision 2022”də iştirakdan imtina edib. Belarus isə 2020-ci ildə baş verən siyasi hadisələrə görə müsabiqədən kənarlaşdırılıb və onun üzvlüyü 2024-cü ilə qədər dayandırılıb.Qeyd edək ki, 66-cı Eurovision mahnı müsabiqəsi İtaliyanın Turin şəhərində keçiriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
https://sputnik.az/20220224/rusiya-ve-ukrayna-arasindaki-gerginlik-avroviziya---2022-e-tesir-ede-bilermi-439548478.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/07/438912204_442:0:3171:2047_1920x0_80_0_0_bf45657e8771e03bdafbcb1055319c57.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya avroviziya 2022-dən uzaqlaşdırılmasına cavab verib
rusiya avroviziya 2022-dən uzaqlaşdırılmasına cavab verib
Rusiya "Avroviziya 2022"-dən kənarlaşdırılmasına cavab verdi
18:36 26.02.2022 (Yenilənib: 19:15 26.02.2022) RF qrurmlarının cavabında deyilir ki, Avropa Yayım Birliyi üzvləri qeyri-bərabər şəraitdə olan kluba çevrilib.
BAKI, 26 fevral - Sputnik. Rusiyanın Birinci Kanalı, Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkəti və Ostankino Radio Evi Rusiyanın “Eurovision 2022” mahnı müsabiqəsindən kənarlaşdırılmasına cavab olaraq Avropa Yayım Birliyindən (EBU) çıxdığını elan edib.
AYB-nin bu addımı Rusiya tərəfindən qeyri-siyasi statusunu hər zaman vurğulayan musiqi forumunda yersiz siyasi qurban kimi qiymətləndirilir.
Rusiyanın kənarlaşdırılması “Eurovision”la bağlı ən sonuncu, lakin heç də birinci qərar deyil.
Belə ki, 2016-cı ildə aşkar siyasi manifest olan “1944” mahnısı müsabiqənin qalibi olub.
Eyni zamanda, bir neçə il sonra müsabiqənin təşkilatçıları məhz siyasətə əsaslanaraq edərək Belarusu (“Mən sənə öyrədəcəm”) diskvalifikasiya etdilər.
“Bunlar, müsabiqənin təşkilatçılarının “siyasət” termininin şərhinə qərəzli və seçici yanaşmalarının uzun silsiləsindən yalnız iki nümunədir. Bununla AYB Avropa İttifaqının iradəsini yerinə yetirib, baxmayaraq ki, üzvlərinin yarısının ona daxil deyil. Təəssüf ki, AYB üzvləri qeyri-bərabər şəraitdə olan kluba çevrilib. Biz bundan sonra da qurumda qalmağı qeyri-mümkün hesab edirik”, – deyə Birinci Kanal, Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkəti və Ostankino-nun birgə bəyanatında bildirilir.
Xatırladaq ki, Avropa Yayım Birliyi (EBU) Rusiyanın 2022-ci ildə keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində iştirak edə bilməyəcəyini açıqlayıb.
"Avropa Yayım Birliyi (EBU) Rusiyanın bu il heç bir nömrə ilə Avroviziya (Eurovision) Mahnı Müsabiqəsində iştirak edə bilməyəcəyini bəyan edib. AYB-nin İcra Şurası sözügedən qərarı bu gün səhər saatlarında "Avroviziya" Mahnı Müsabiqəsinin rəhbər orqanının tövsiyəsi əsasında qəbul edib. Qərarın əsasında AYB-nin tədbirlərinin qaydaları və dəyərləri dayanır”, - deyə müsabiqənin saytında və sosial mediada yerləşdirilən bəyanatda deyilir.
Qərar təşkilatın “Ukraynada görünməmiş böhran”la bağlı “narahatlığı” ilə əlaqədar qəbul edilib.
Qeyd olunur ki, Rusiyanın orada iştirakı “müsabiqənin reputasiyasına xələl gətirəcək”.
Xatırladaq ki, 2003-cü ilin qalibi Türkiyə də daxil olmaqla 8 ölkə “Eurovision 2022”də iştirakdan imtina edib. Belarus isə 2020-ci ildə baş verən siyasi hadisələrə görə müsabiqədən kənarlaşdırılıb və onun üzvlüyü 2024-cü ilə qədər dayandırılıb.
Qeyd edək ki, 66-cı Eurovision mahnı müsabiqəsi İtaliyanın Turin şəhərində keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!