Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ərdoğan Putini Türkiyəyə dəvət edib

© Sputnik / Mihail Klimentev / Mediabanka keçidTürkiyə Prezidenti Ərdoğan və Rusiya Prezidenti Putin
Türkiyə Prezidenti Ərdoğan və Rusiya Prezidenti Putin - Sputnik Azərbaycan, 1920, 26.02.2022
Abunə olmaq
Türkiyə lideri rusiyalı həmkarını Ukraynadakı vəziyyəti normallaşdırmaq üçün danışıqlara başlamağa çağırıb.
BAKI, 26 fevral - Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim partiyanın iclasında bildirib ki, o, rusiyalı həmkarı Vladimir Putini Ukraynada gərginliyin azaldılması məsələsini müzakirə etmək üçün Türkiyəyə dəvət edib.
"Əsas məsələnin Ukraynadakı vəziyyətlə bağlı olduğu hakim partiyanın iclasında prezident Ərdoğan Türkiyənin sülhün tərəfdarı olduğunu söylədi. Cənab Putinlə telefon danışığında vəziyyəti normallaşdırmaq üçün onu Türkiyəyə dəvət etdim", - TGRT “Haber” Ərdoğana istinadən məlumat yayıb.
Xatırladaq ki, cümə axşamı səhər Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət “bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, Donbas xalq respublikaları yardım xahişi ilə Rusiyaya üz tutub”.
Fevralın 24-də Ərdoğan Rusiya və Ukraynanı münaqişə məsələlərini diplomatiya və Minsk razılaşmaları əsasında həll etməyə çağırıb:
"Hər iki ölkə bizə dostdur. Mən Rusiya və Ukraynanı Minsk razılaşmaları əsasında problemi dialoq yolu ilə həll etməyə çağırıram".
Türkiyə lideri onu da qeyd edib ki, telefon danışıqları zamanı Rusiya prezidenti Vladimir Putinə Ukrayna böhranı ilə bağlı mövqeyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Kremlə mənzərə - Sputnik Azərbaycan, 1920, 26.02.2022
RUSİYA
Kiyev Moskva ilə danışıqlardan imtina edib
Xəbər lenti
0