Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyadan baxanda Ukrayna necə görünür: Mülki cinayətlərin statistikası?

© AP Photo / Emilio MorenattiUkrayna əsgəri
Ukrayna əsgəri - Sputnik Azərbaycan, 1920, 25.02.2022
Abunə olmaq
Donbasda qarşıdurmanın qaynar mərhələsinin başlanğıcından etibarən Rusiyanın İstintaq Komitəsi öz monitorinqini aparır.
BAKI, 25 fevral — Sputnik. Donbasda səkkiz il davam edən müharibədə Ukrayna hakimiyyəti və ölkədə müxtəlif siyasi qüvvələrin nəzarətində olan silahlı qruplaşmalar dinc əhalinin həlak olmalarına səbəb olan bir çox terror aktları törədiblər. Bu barədə Rusiya mənbələri məlumat yayıb.
Məlumatda iddia edilir ki, Odessada, Mariupolda baş verən qanlı faciələr, dinc Luqanskın mərkəzinin bombalanması, Volnovaxada dinc əhaliyə atəş açmaqdan imtina etdiklərinə görə ukraynalı əsgərlərin güllələnməsi - bunlar Kiyevdə 2014-cü il Maydan hadisələrindən sonra yaranmış siyasi rejimin qəddarlığının ən məşhur hallarıdır.
Kütləvi qətllər
2014-cü ildə Maydan başlayandan Ukraynada millətçilərin sərt çıxışları müşahidə olunmağa başladı. Əvvəlcə fəallar sadəcə olaraq siyasi rəqiblərini döyürdülər, ancaq sonra onları öldürürdülər.
2014-cü il mayın 2-də Odessada baş vermiş faciədə 48 nəfərin həyatına son qoyulub, 240 nəfər isə yaralanıb. Radikal millətçilər Ukraynanın federallaşması uğrunda mitinq iştirakçılarına hücum edərək onları döyüblər. Etirazçılar Həmkarlar İttifaqları Evində gizlənməyə çalışsalar da, radikallar “Molotov” kokteylləri vasitəsilə binanı yandırıblar və yanğından xilas olmağa çalışan insanları döyərək öldürməyə başlayıblar. Aralarında qadınların da olduğu 42 nəfər diri-diri yanıb, 6 nəfər isə küçədə öldürülüb.
İnsanların ölümü ilə bağlı cinayət işinin istintaqı hələ yekunlaşmayıb. Həmkarlar İttifaqları Evindən sağ qalanların özlərini də binanı yandırmaqda günahlandırdılar, 6 nəfər istintaq təcridxanasında 5 ay, daha 30 nəfər isə ev dustaqlığında saxlanıldı.
Bu hadisədən bir neçə gün sonra, 2014-cü il mayın 9-da Maydandan sonra qurulan rejimə qarşı etirazların və yeni hakimiyyətin ilk təşəbbüslərinin xüsusilə parlaq və kütləvi olduğu Mariupolda hekayə gurultulu oldu. Qələbə gününün qeyd olunması orada etiraz aksiyasına çevrildi. Yerli polisə izdihamı dağıtmaq əmri verildi, ancaq hüquq-mühafizə orqanlarının əməkdaşları bu əmrə tabe olmaqdan imtina etdilər.
Şəhərə Ukrayna Silahlı Qüvvələrinin piyada döyüş maşını (PDM) və tankları daxil oldu. Əsgərlər Daxili İşlər İdarəsinin binasına, eləcə də mülki şəxslərə atəş açdılar. Atışma nəticəsində 7 mülki şəxs və Ukrayna Silahlı Qüvvələrinin 4 döyüşçüsü, həmçinin Mariupol şəhərinin yol polisinin rəisi həlak oldu.
2014-cü il mayın sonu və iyunun əvvəllərində baş verən hadisələrin iştirakçılarının çoxsaylı ifadələrinə görə, Ukrayna aviasiyası Donetsk və Luqansk vilayətlərindəki şəhər və qəsəbələri fəal şəkildə bombalayıb.
2014-cü il iyunun 2-də nahar fasiləsi zamanı Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus hücum təyyarəsi Luqansk Vilayət Dövlət Administrasiyasının binasını idarə olunmayan raketlərlə atəşə tutub. Nəticədə 8 nəfər həlak olub, 28 mülki şəxs yaralanıb. İkinci hava zərbəsi Luqanskaya kəndi ərazisinə endirilib, nəticədə 10-a yaxın yerli sakin həlak olub.
2014-cü il iyulun 3-də Ukrayna Silahlı Qüvvələrinin artilleriyası Krasnı Liman şəhərindəki xəstəxanaya zərbə endirib. Atəş zamanı binada həkimlər və xəstələr, "DXR" müqavimət bölmələrinin yaralı döyüşçüləri də olub. Nəticədə 10 hərbçi və 8 mülki şəxs həlak olub.
Münaqişədən əvvəl yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin bombalanması dayanmadı. Qaçqınlar jurnalistlərə bildiriblər ki, Ukrayna Silahlı Qüvvələrinin qoşunları və Milli Batalyonun dəstələri onların döyüş bölgəsini tərk etməsinə mane olmağa çalışırlar. İyunun sonundan iyulun ortalarına kimi Rusiya sərhədindəki keçid məntəqəsinə gedən yollar güclü atəşə tutulub.
Nəticədə, sərhədin girişlərində çoxlu tərk edilmiş avtomobillər yığıldı, onların bəzilərində qaçmağa imkanları olmayan həlak olmuş mülki şəxslərin cəsədləri tapıldı.
Donbas ərazisinin bir hissəsi azad edildikdən sonra Rusiyanın istintaq orqanları Ukrayna milli batalyonlarının geridə qoyduğu dəfn yerlərinin axtarışına başlayıblar. Nəticədə "DXR" ərazisində güllə yaralarından ölən mülki şəxslərin olduğu 130 kütləvi məzarlıq aşkar edilib. "LXR" ərazisində daha 17 məzar tapılıb.
Kim və necə hesabladı
Ukrayna Silahlı Qüvvələrinin və Milli Qvardiyanın hərbi cinayətlərinin qurbanları bir neçə dəfə hesablanıb.
2014-cü ildə Rusiya Xarici İşlər Nazirliyi münaqişənin başlanğıcı ilə bağlı hadisələri toplanan "Ukraynada insan hüquqlarının pozulması və qanunun aliliyi prinsipinin ağ kitabı"nı tərtib etdi.
Donbasda qarşıdurmanın qaynar mərhələsinin başlanğıcından etibarən Rusiyanın İstintaq Komitəsi öz monitorinqini aparır. İdarə Ukraynadakı hadisələrin şahidlərinin dindirilməsi zamanı əldə edilən məlumatları toplayır. Münaqişə zamanı hərbi cinayətlərə dair maddələr üzrə 467 cinayət işi açılıb.
Həmçinin 2014-cü ilin mart ayından etibarən ATƏT-in İxtisaslaşdırılmış Missiyası regionda fəaliyyət göstərir.
2022-ci il fevralın 17-də BMT Təhlükəsizlik Şurasının iclasından əvvəl Rusiya Ukrayna hakimiyyətinin səkkiz il ərzində törətdiyi cinayətlərə dair bütün məlumatları cəmləşdirən hesabat yayıb.
Mülki əhali arasında itkilərin ümumi rəqəmləri 1400 nəfərdən 9 min nəfərə qədərdir.
ATƏT missiyası öz hesabatlarında 1400-dən çox qurbandan bəhs edir, onlardan 133-ü uşaqdır və bu, yalnız missiyanın itkilərlə bağlı tematik hesabatlar yaydığı 2016-cı ildən 2020-ci ilə qədər olan dövr üçündür. Zərərçəkmiş mülki şəxslərin əksəriyyətinin məhz Kiyevin nəzarətində olmayan ərazilərdə yaşadıqları qeyd edilir.
Rusiyanın İstintaq Komitəsinin məlumatına görə, Donbasda münaqişənin başlamasından əvvəl 2600 dinc sakin həlak olub, azı 5500 insan isə yaralanıb.
"DXR" və "LXR" hakimiyyəti xəbər verir ki, 2021-ci ilin sonuna 9 min insan münaqişənin qurbanı olub.
Donbasda münaqişənin ən qaynar mərhələsində müşahidəçilər və jurnalistlər güman edirdilər ki, Ukrayna Silahlı Qüvvələri və Milli Batalyonlar tərəfindən həyata keçirilən terror siyasəti, o cümlədən region sakinlərini öz evlərini tərk etməyə məcbur etmək üçün infrastrukturun dağıdılmasını ehtiva edir. İstintaq Komitəsi ümumilikdə cəmi 2200 mülki obyektin məhv edildiyini hesablayıb. Bu siyasətin öz "uğuru" var idi. BMT-nin məlumatına görə, 2015-ci ilə qədər Donbasdan olan qaçqınların sayı 1500 milyon nəfərə çatdı.
Bununla yanaşı, məhz Kiyevin nəzarətində olmayan ərazilərin əhalisi zərər çəkib. Rusiyanın İstintaq Komitəsi Ukrayna hadisələrinin 140 mindən çox şahidini dindirib, nəticədə 22 min ölkə vətəndaşı zərərçəkmiş kimi tanınıb. Avropa İnsan Hüquqları Məhkəməsində Ukraynaya qarşı 7500 şikayət verilib.
Digər xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Xəbər lenti
0