Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya "Facebook"a girişi məhdudlaşdırdı

© AP Photo / Wilfredo LeeFacebook loqosu
Facebook loqosu - Sputnik Azərbaycan, 1920, 25.02.2022
Abunə olmaq
Fevralın 25-də Baş Prokurorluq Xarici İşlər Nazirliyi ilə razılaşdırmaqla Facebook sosial şəbəkəsini əsas insan hüquq və azadlıqlarının, habelə Rusiya vətəndaşlarının hüquq və azadlıqlarının pozulmasında iştirak edən təsisat kimi tanımasına qərar verib.
BAKI, 25 fevral - Sputnik. Rusiyada “Facebook” sosial şəbəkəsinə giriş fevralın 25-dən etibarən qismən məhdudlaşdırılacaq.
“Roskomnadzor” xəbər verir ki, Baş Prokurorluq Rusiya Xarici İşlər Nazirliyi ilə razılaşaraq, dörd Rusiya KİV-inin rəsmi hesablarının məhdudlaşdırılması ilə əlaqədar qərar qəbul edib.
Eyni zamanda “Facebook” da Rusiya vətəndaşlarının hüquq və azadlıqlarının pozulmasında iştirak etməkdə günahlandırılır.
“Fevralın 25-də Baş Prokurorluq Xarici İşlər Nazirliyi ilə razılaşdırmaqla Facebook sosial şəbəkəsini əsas insan hüquq və azadlıqlarının, habelə Rusiya vətəndaşlarının hüquq və azadlıqlarının pozulmasında iştirak edən təsisat kimi tanınması barədə qərar qəbul edib”, - deyə məlumatda bildirilir.
Əlavə edilir ki, "Roskomnadzor" qanuna uyğun olaraq, fevralın 25-dən etibarən “Facebook” sosial şəbəkəsinə girişi qismən məhdudlaşdırmaq üçün tədbirlər görür.
Bundan əvvəl bildirilmişdi ki, “Meta Platforms” internet şirkəti “Zvezda” telekanalının, “RİA Novosti” xəbər agentliyinin, “Lenta.ru” və “Gazeta.ru” internet saytlarının senzuradan keçmiş materiallarının blokdan çıxarılması ilə bağlı "Roskomnadzor"un tələblərinə cavab vermir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Xəbər lenti
0